Bakıda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
EDnews xəbər verir ki, hadisə iyunun 21-də saat 02:05 radələrində paytaxtın Şıxəli Qurbanov küçəsində baş verib.
Məlumata görə, 77-YG-318 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 99K795 dövlət nömrə nişanlı motosikleti vurub.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Avtomobilin sürücüsünün axtarışda olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.







