2025-ci ildə Azərbaycanda 12 969 tələbə ali təhsil müəssisələrindən xaric olunub.
EDnews xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci nömrəsində yer alıb.
Məlumata əsasən, universitetlərdən xaric edilən tələbələrin əsas səbəblərindən biri təhsil haqqı borcunun ödənilməməsi olub.







