Ünvanlı dövlət sosial yardımlarının ödəniləcəyi tarix açıqlanıb.
EDnews xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, ünvanlı dövlət sosial yardımlarının bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.
Qeyd edək ki, respublika üzrə pensiyaların ödənişi iyunun 19-da həyata keçirilib.







