Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə müraciət edib.
EDnews xəbər verir ki, müraciətdə piyadaların yolun hərəkət hissəsindən keçməsinin ciddi təhlükə yaratdığı bildirilib.
Qeyd olunub ki, son hadisələr piyada keçidlərini əhəmiyyətsiz hesab edərək yolun hərəkət hissəsindən keçməyin insan həyatı üçün nə qədər riskli olduğunu bir daha göstərib.
Mərkəz piyadalara müraciət edərək bildirib ki, belə hadisələrin baş verməməsi, gedəcəkləri ünvana rahat və təhlükəsiz şəkildə çatmaları üçün mütləq piyada keçidlərindən istifadə etməlidirlər.
Sürücülərə isə yolda diqqətli olmaq, sürət həddinə riayət etmək tövsiyə edilib. Bildirilib ki, xüsusilə çoxzolaqlı yollarda qaydalara əməl etmədən yolun hərəkət hissəsindən keçməyə çalışan piyadaları vaxtında görmək və qəzaların qarşısını almaq üçün sürücülərin diqqəti yolda olmalıdır.







