Fransanın cənubunda genişmiqyaslı meşə yanğını qeydə alınıb
EDnews xəbər verir ki, bu barədə Od departamentinin prefekturasına istinadən məlumat yayıb.
Məlumata görə, yanğın təxminən 1000 hektar ərazini əhatə edib. Alovun söndürülməsinə 500 yanğınsöndürən və 13 operativ qrup cəlb olunub.
Bildirilib ki, hazırda vəziyyət müsbət istiqamətdə inkişaf edir və yanğının yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Qeyd edək ki, Fransada anomal istilərlə əlaqədar 96 departamentdən 72-də ən yüksək — qırmızı səviyyəli hava xəbərdarlığı elan edilib. Xəbərdarlıq ölkənin qərb, cənub-qərb və qismən mərkəzi bölgələrini əhatə edir. Bu ərazilərdə havanın temperaturunun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Hava şəraiti ilə əlaqədar Fransanın Baş naziri Sebastyen Lekornyu idarələrarası böhran mərkəzinin yaradılması barədə qərar qəbul edib.






