Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satanlar cinayət məsuliyyətinə cəlb olunub

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satanlar cinayət məsuliyyətinə cəlb olunub

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını qanunsuz zəbt edib satan şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

EDnews xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Cinayət işi həmin nazirliyin tabeliyində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin istifadəsində olan, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən dövlət mülkiyyətindəki kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz zəbt edilərək ayrı-ayrı şəxslərə satılması faktları üzrə istintaq olunub.

İbtidai istintaqla 11 nəfərin – Əliyev Qalib Mirzə oğlu, Hüseynov Anar Rafiq oğlu, Əşrəfov Ceyhun Adil oğlu, İsmayılov Araz Əziz oğlu, Quliyev Amin Fərhad oğlu, Məmmədov Arif Ələsdan oğlu, Rəsulov Vidadi Əlqəmə oğlu, Qəhrəmanov İlqar İsmayıl oğlu, Vahidov Orxan Mustafa oğlu, Dəmirov Ceyhun İkram oğlu və Novruzov Səfa Abbasqulu oğlunun dələduzluq və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını pozma cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Qalib Əliyev, Anar Hüseynov və Ceyhun Əşrəfov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 25 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Daha sonra onlar Araz İsmayılov, Amin Quliyev, Arif Məmmədov və Vidadi Rəsulovla birlikdə həmin torpaq sahələrinin özlərinə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, İlqar Qəhrəmanov, Orxan Vahidov və Ceyhun Dəmirov qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dövlət mülkiyyətində olan 4 hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına zəbt ediblər. Sonradan onlar Səfa Novruzov, Amin Quliyev və Vidadi Rəsulovla birgə həmin torpaq sahələrinin özlərinə məxsus olduğunu yalandan bildirməklə, torpaqları hissə-hissə müxtəlif şəxslərə satıb, onlara məxsus pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçiriblər.

Toplanmış sübutlar əsasında adları qeyd olunan şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 188.3 (kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və digər maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İbtidai istintaq zamanı görülmüş tədbirlər nəticəsində 20 hektardan artıq dövlət mülkiyyətində olan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin istifadəsinə geri qaytarılıb. Bununla yanaşı, cinayət işi üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi də təmin edilib.

Xəbər xətti

Qadınlar Xamenei ilə vida mərasiminə axın edir - VİDEO
15:16
Özəl klinikalarda yoxlama - 10-dan çox tibb müəssisəsi cərimələndi
15:10
Şəkidə 5 nəfəri it dişləyib
14:57
Azərbaycan rəsmiləri Tehranda - VİDEO
14:53
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
14:47
Sadəlik gücdür - Leyla Əliyeva haqqında...
14:40
"Kəpəz"in İdarə Heyətinə yeni sədr seçilib - FOTO
14:25
Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ! - YENİ QİYMƏTLƏR AÇIQLANIB
14:20
SON DƏQİQƏ: Paytaxtda açıq sahədə yanğın başlayıb
14:11
Hərbi qulluqçu infarkt nəticəsində vəfat edib
14:08
Fransada güclü meşə yanğını baş verib
14:06
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
13:50
ABŞ-də isti hava böhranı: Elektrik qiymətləri kəskin bahalaşdı
13:42
Sabah 36 dərəcə isti olacaq
13:38
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
13:31
Hikmət Hacıyev amerikalı professorla görüşüb
13:21
Şəhid Dəyanət Musayev illər sonra doğma yurdda dəfn olundu
13:11
Azərbaycandan tranzitlə Rusiyadan Ermənistana buğda göndərilib
12:59
Pezeşkian Paşinyanla görüşüb
12:49
Nikol Paşinyan Rusiyaya səfər edəcək
12:29
İlham Əliyev Lukaşenkonu təbrik etdi
11:34
“Azenco”nun sabiq rəhbəri həbs edilib
11:31
Moldovanın Baş naziri istefa verib
11:25
Batumidə İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı saxlanılıb
11:22
Ləman Ələşrəfqızının pulu geri qaytarıldı - Dələduz saxlanıldı
11:16
General təqaüdə göndərildi - Foto
11:09
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satanlar cinayət məsuliyyətinə cəlb olunub
10:43
Başqasının yerinə imtahan vermək istədi - Araşdırma başlandı
10:39
Bakı ilə Bratislava arasında birbaşa uçuşlara başlanılacaq
10:29
Korrupsiya halları ilə bağlı 88 nəfər barəsində iş Baş Prokurorluğa göndərildi
10:17
Yasamalın bir hissəsində qaz kəsiləcək
10:00
Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşdü
09:50
Paşinyan İranda belə qarşılandı - VİDEO
09:43
İranda Xameneyi ilə vida mərasimləri başlayıb - VİDEO
09:36
Bakıda 17 istiqamətdə TIXAC VAR
09:27
Qızılın qiyməti 4 200 dollara yaxınlaşır
09:18
Məhkəmədən Arzumun hökmü ilə bağlı AÇIQLAMA: BU SƏBƏBDƏN HƏBS OLUNUB
08:58
Konqoda Eboladan ölənlərin sayı 447-yə çatıb
08:33
Bakının bəzi ərazilərində işıq olmayacaq
08:13
"Bitcoin"in qiyməti 61 min dolları ötüb
07:49
Venesuelada zəlzələ qurbanlarının sayı 2595-ə çatıb
07:21
DÇ-2026: Portuqaliya 1/8 finala yüksəlib
07:11
Bu gün LEYLA ƏLİYEVANIN AD GÜNÜDÜR FOTO
00:00
03.07.2026
50 min dollara saat almaqdansa... - Emin Ağalarov
23:56
Bakıda bir sot torpaq 1 milyona
23:41
ABŞ İrana Hörmüz boğazında ödəniş tətbiqindən vaz keçməyi təklif edib
23:34
Azərbaycanın basketbol millisi səfərdə Lüksemburqu məğlub edib
23:20
İspaniya Avstriyaya qarşı - Yenilənir
23:03
Küçədə tapdığı tablo məşhur rəssamın əsəri çıxdı
22:50
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-7
22:45
Culfa-Ordubad yolunda qəza: Qaz təchizatında yaranan fasilə aradan qaldırıldı
22:17
“İmişli”nin baş məşqçisi oldu
22:10
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
22:00
75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI
21:51
Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi
21:42
Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində
21:23
Ermənistanda zəlzələ baş verdi
21:16
Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı - VİDEO
21:04
Ermənistan dəmir yolunun bərpasına başladı
20:48
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görüldü
20:35
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR