Naxçıvanda qaz xəttinə çırpılan avtomobilin törətdiyi qəzadan sonra yaranan problem aradan qaldırılıb.
EDnews xəbər verir ki, Culfa rayonunun Yaycı kəndi ərazisində minik avtomobilinin Ordubad rayonunu təbii qazla təmin edən magistral xəttə çırpılması nəticəsində dayandırılan mavi yanacağın verilişi artıq tam bərpa edilib.
Hazırda rayona mavi yanacağın verilişi ilə bağlı heç bir problem yoxdur.






