DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR

DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək <span class="text-danger">CƏRİMƏLƏNƏCƏKLƏR</span>

"Əmək müqaviləsi ilə çalışan bütün şəxslərin əmək məzuniyyəti hüququ var. Qanunvericiliyə əsasən, bu hüququn təmin edilməməsi işəgötürənlər üçün inzibati məsuliyyət yaradır".

Bu fikirləri EDnews-a açıqlamasında hüquqşünas Sahib Məmmədov bildirib.

Sahib-Məmmədov-Hüquqşünas-Açıqlama.jpg

Onun sözlərinə görə, Əmək Məcəlləsində əmək məzuniyyəti ilə yanaşı digər məzuniyyət növləri də nəzərdə tutulub. Konstitusiyaya əsasən, işçilərə 21 gündən az olmayaraq məzuniyyət verilməsi məcburidir:

“Hər bir əmək müqaviləsi ilə çalışan şəxsin əmək məzuniyyəti hüququ var. Bu hüququ təmin etməyən işəgötürənlər inzibati məsuliyyət daşıyır və müvafiq qurumlar tərəfindən cərimə oluna bilərlər”, - deyə hüquqşünas qeyd edib.

Sahib Məmmədov bildirib ki, əmək məzuniyyəti əsas və əlavə məzuniyyətdən ibarətdir. Əlavə məzuniyyət iş stajına, çətin və orqanizm üçün zərərli əmək şəraitində işləməyə görə verilə bilər. Bundan başqa, uşağa qulluqla bağlı məzuniyyətlər, işğaldan azad olunmuş ərazilərdə çalışan şəxslər üçün nəzərdə tutulan məzuniyyət hüquqları, həmçinin pedaqoji işçilər, xüsusi xidmətdə olanlar və əlilliyi olan şəxslər üçün xüsusi məzuniyyətlər də mövcuddur.

Hüquqşünasın sözlərinə görə, sosial məzuniyyətlər də qanunvericilikdə ayrıca tənzimlənir. Sosial məzuniyyət hamiləliyə və doğuşa görə məzuniyyət, eləcə də qismən ödənişli sosial məzuniyyətdən ibarətdir:

“Hamiləliyə və doğuşa görə məzuniyyət 126 gündən az olmayaraq verilir. Xüsusi hallarda, məsələn, qeysəriyyə əməliyyatı zamanı, kənd təsərrüfatı sahəsində çalışan qadınlar üçün və digər hallarda bu müddət arta bilər. Hamiləliyə və doğuşa görə məzuniyyət başa çatdıqdan sonra isə şəxs üç ilədək iş yeri saxlanılmaqla qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər”, - deyə o bildirib.

Sahib Məmmədov əlavə edib ki, uşağa qulluqla bağlı məzuniyyət hüququ yalnız anaya aid deyil. Bu məzuniyyətdən ata, eləcə də ailənin digər işləyən üzvləri də istifadə edə bilərlər.

Bundan başqa, təhsil və yaradıcılıq məzuniyyətləri də mövcuddur. Qiyabi təhsil alan şəxslər imtahan sessiyaları, diplom müdafiəsi, magistratura və doktorantura təhsili ilə bağlı bu hüquqdan istifadə edə bilirlər. Ödənişsiz məzuniyyətlərin verilməsi halları da Əmək Məcəlləsi ilə tənzimlənir.

Hüquqşünas vurğulayıb ki, məzuniyyət hüququ Konstitusiya ilə qorunan hüquqdur və Konstitusiyanın 37-ci maddəsində istirahət hüququnun tərkib hissəsi kimi təsbit olunub. Buna görə də işəgötürən işçiyə məzuniyyət verməkdən imtina edə bilməz.

“Məzuniyyət hüququ pozularsa, işəgötürən məsuliyyət daşıyır. İşçi bununla bağlı fərdi əmək mübahisəsi qaydasında da müraciət edə bilər. Məzuniyyət dövrü üçün orta əməkhaqqının hesablanması qaydası və digər ödəniş məsələləri isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir”, - deyə Sahib Məmmədov qeyd edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin qanuna uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir. Eyni zamanda işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın tam ödənilməməsinə görə vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimələnir.   

Aytac Kərimova | EDnews 

Xəbər xətti

“İki sahil” qəzeti 35 yaşını qeyd edir
15:18
ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI - FOTO
15:18
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - Fotolar
15:10
“Ərəb ölkələrinin İranla müharibə aparmaq potensialı yoxdur” - Ekspert
15:00
75 nəfərə qanunsuz torpaq satışı iddiası – BƏLƏDİYYƏ SƏDRİNƏ AĞIR İTTİHAM
14:48
Ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib - RƏSMİ
14:45
DİN-də 6 ayın yekunları müzakirə olundu
14:38
Deşam: “Hakimə yox, Mərakeşə qarşı oynayacağıq”
14:31
Bu rayonlarda qaz olmayacaq – SİYAHI
14:30
MİQ imtahanlarının TARİXİ AÇIQLANDI
14:24
Naxçıvanlı sərnişin Türkiyədə DÖYÜLDÜ - FOTO
14:06
"Arzum9999" üçün imza toplanır - Azadlığa çıxacaq?
14:03
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur
14:00
ABŞ-də sərnişin avtobusu binaya çırpıldı: YARALILAR VAR
13:58
"Tasnim": SEPAH iki terror qruplaşmasını MƏHV EDİB
13:53
Günəşdə yenidən GÜCLÜ PARTLAYIŞ OLDU
13:51
Məşhur müğənni Bonni Tayler vəfat etdi
13:33
Cənubi Koreyanın sabiq rəhbərinə yeddi il həbs cəzası verildi
13:30
61 yaşlı qadın evində ölü tapıldı
13:22
DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
13:20
Paşinyan Simonyanın istefasından danışdı
13:15
Belçikalı nazir Atatürkə görə üzr istədi - FOTO
13:10
Rəsmi Tehrandan ABŞ hücumlarına REAKSİYA
13:08
Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı
13:02
Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 variant var - Paşinyan
12:52
Ermənistanın yeni konstitusiyası bu tarixdə dərc olunacaq
12:39
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33
37 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:30
Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
12:27
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq
12:22
Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”
12:18
ABŞ Almaniyada raketlər YERLƏŞDİRƏCƏK
12:16
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
12:12
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR - VİDEO
12:07
Azərbaycanın “Zəngəzur” gəmisi Britaniya sanksiyalarından AZAD EDİLDİ
11:59
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
11:55
Pezeşkianla Əraqçi izdihamın arasından çətinliklə çıxarıldı - Video
11:51
Tramp sərt danışdı: “Bu qərar Amerikanın məhvinə səbəb ola bilər”
11:46
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı
11:40
Əli Xameneinin cənazəsini daşıyan təyyarə MƏŞHƏDDƏDİR
11:38
Gərginlik artır: ABŞ zərbələri 10-dan çox insanın həyatına son qoydu
11:30
Braziliyalı futbolçu "Qarabağ"dan ayırılır
11:27
Hotellərdən bələdçilərə qədər: Turizm qaydaları yenilənəcək
11:20
İcazə olmadan kamera qoymaq olmaz? - Ali Məhkəmədən qərar
11:12
Bakıda yanacaqdoldurma məntəqəsində dəhşətli qəza – Yaralananlar var
11:07
İran ordusu ABŞ-nin bazalarını HƏDƏFƏ ALDI
10:57
Azərbaycanda yayılan çəyirtkələr HARADAN GƏLİB?- AQTA AÇIQLADI
10:53
Qubada keçmiş məhkum həyətində öldü
10:51
Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
10:48
Salyan Peşə Liseyinə GƏNC KADR TƏYİN OLUNDU
10:40
Xırdalanda evdən 20 yaşlı oğlanın meyiti tapıldı
10:37
Xamenei belə öldürülüb: İLK DƏFƏ PAYLAŞILDI - VİDEO
10:32
Bağçalara qəbulda yeni dövr: Artıq hər şey “myGov” üzərindən
10:28
Çindəki daşqınlarda ÖLƏNLƏRİN SAYI ARTDI
10:21
Ərdoğan TAPANÇALAR hədiyyə etdi AMMA...
10:17
Ermənistanla sərhədlərin delimitasiyası prosesində müsbət irəliləyiş var - XİN BAŞÇISI
10:09
Yasamaldakı güclü yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDI - VİDEO
10:00
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi
09:57
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
09:53
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO
09:46
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR