Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”

Umud Mirzəyev: <span class="text-danger">“Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji  zərurətdir”</span>

Diplomatiya dövlətin beynəlxalq aləmdə sözünü demək, milli maraqlarını qorumaq, etibarlı tərəfdaşlıq əlaqələri qurmaq və sülhə, təhlükəsizliyə töhfə vermək missiyasını daşıyan ən mühüm fəaliyyət sahələrindən biridir.

Son illər Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurlar ölkəmizin artan nüfuzunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl, müstəqil və prinsipial xarici siyasət kursunun mühüm nəticəsidir. Keçmişə nəzər saldıqda Azərbaycan diplomatiyasının keçdiyi bu yolun heç də sadə və asan olmadığını görə bilərik. Torpaqlarımız işğal altında olduğu halda beynəlxalq platformalarda ya kifayət qədər təmsil olunmurduq, ya da sözümüzü başqaları təhrif edərək çatdırırdı. Belə bir çətin və ziddiyyətli mərhələdən keçərək formalaşan Azərbaycan diplomatiyası bu gün əldə etdiyi mövqeyə böyük səy və mübarizə nəticəsində gəlib. 

Bu gün Azərbaycan diplomatiyasının əldə etdiyi uğurlara nəzər salarkən müstəqilliyimizin ilk illərindən başlanmış mürəkkəb və şərəfli yolu da xatırlamaq lazımdır. Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etmək, Ermənistanın təcavüzü nəticəsində yaranmış reallıqları beynəlxalq ictimaiyyətə qəbul etdirmək heç də asan olmayıb. Uzun illər diplomatlarımız, dövlət qurumlarımız və xaricdə fəaliyyət göstərən soydaşlarımız çox çətin şəraitdə bu mübarizəni aparıblar. 

BMT-nin İqtisadi və Sosial şurasının Əsas Məşvərətçi Statusuna malik olan bir vətəndaş cəmiyyəti təşkilatının rəhbəri və iyirmi ildən artıqdır ki, BMT sistemi və digər beynəlxalq platformalarda fəaliyyət göstərən biri kimi bu illər ərzində bir həqiqətin dəfələrlə şahidi olmuşam. Beynəlxalq təşkilatlarda boş qalan yerləri həmişə başqaları doldurur. Əgər sən həmin masada deyilsənsə, sənin haqqında başqaları danışacaq. Əgər sən öz həqiqətlərini söyləmirsənsə, bunu çox vaxt səni istəməyən qüvvələr öz maraqlarına uyğun şəkildə edəcəklər. Uzun illər ərzində biz bunun acı nəticələrini yaşamışıq. Ermənistanın və onu dəstəkləyən dairələrin müxtəlif beynəlxalq təşkilatlarda, komitələrdə və forumlarda Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatları yaymağa çalışmasının dəfələrlə şahidi olmuşuq. Belə hallarda yalnız peşəkar diplomatiyanın, güclü dövlət mövqeyinin və fəal vətəndaş cəmiyyətinin birgə fəaliyyəti həqiqətin müdafiəsinə imkan verirdi. Azərbaycan harada təmsil olunursa, orada həqiqətlərimiz daha inamla səslənir, harada təmsil olunmursa, həmin boşluğu mütləq başqaları doldurmağa çalışırlar. Məhz buna görə beynəlxalq təşkilatlarda fəal iştirak bizim üçün seçim deyil, strateji zərurətdir

2025-ci ildə Azərbaycanın beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü bütün namizədlərin seçilməsi və 14 namizədliyin hər biri üzrə qələbə qazanılması bunun parlaq nümunəsidir. Bu uğur Azərbaycanın beynəlxalq seçki diplomatiyasında yüz faiz nəticə əldə etdiyini göstərir. Eyni zamanda, 2026-cı ilin iyun ayında BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi (CEDAW), İnsan Hüquqları üzrə Komitə (ICCPR) və Uşaq Hüquqları Komitəsinə (CRC) keçirilən seçkilərdə qazanılan uğurlar, həmçinin ölkəmizin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitə (CESCR) və Əməkçi Miqrantlar üzrə Komitədə (CMW) təmsil olunması nəticəsində Azərbaycan BMT-nin insan hüquqları üzrə fəaliyyət göstərən on müqavilə qurumundan beşində təmsil olunan azsaylı dövlətlərdən birinə çevrilmişdir. Bu isə ölkəmizin çoxtərəfli diplomatiyasının gücünü və beynəlxalq etimadın yüksək səviyyəsini nümayiş etdirir.

Bu gün Azərbaycan artıq beynəlxalq gündəliyin formalaşmasına töhfə verən dövlətlər sırasındadır. Qoşulmama Hərəkatına sədrlik etmək, COP29, WUF13 kimi mötəbər qlobal tədbirlərin ev sahibi olmaq, BMT, UNESCO və digər beynəlxalq təşkilatlarda artan nüfuz, regional əməkdaşlıq və sülh təşəbbüsləri Azərbaycanın beynəlxalq mövqeyinin əhəmiyyətli dərəcədə gücləndiyini göstərir.

Qarabağın işğaldan azad edilməsindən sonra diplomatiyamızın qarşısında yeni və daha məsuliyyətli vəzifələr dayanır. Bu gün əsas məqsəd azad olunmuş ərazilərin bərpası, mina təhlükəsinin yaratdığı humanitar problemlərin beynəlxalq gündəmdə saxlanılması, keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi, regionda davamlı sülhün təmin olunması və Azərbaycanın yeni reallıqlarının dünya ictimaiyyətinə düzgün çatdırılmasıdır. Hansı ki, İkinci Qarabağ müharibəsindən sonra illərdir formalaşan mənzərə tamamilə dəyişdi. Bu istiqamətdə dövlət diplomatiyası ilə yanaşı, parlament diplomatiyasının, vətəndaş cəmiyyətinin, medianın, elmi dairələrin və diaspor təşkilatlarının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə diplomatiya Xarici İşlər Nazirliyinin işi olmaqla yanaşı ölkənin milli maraqlarının müdafiəsi istiqamətində əsas məsuliyyətə çevrilib.

Əminəm ki, Azərbaycanın müstəqil, prinsipial və milli maraqlara söykənən xarici siyasəti bundan sonra da ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirəcək, diplomatlarımızın peşəkarlığı və dövlətimizin artan nüfuzu sayəsində üçrəngli bayrağımız dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında daha inamla dalğalanacaq. Azərbaycan Diplomatiyası Günü və Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə bayramı münasibətilə ölkəmizin milli maraqlarını dünyanın müxtəlif ölkələrində və beynəlxalq təşkilatlarda böyük məsuliyyətlə müdafiə edən bütün diplomatlarımızı, diplomatik xidmət veteranlarını və bu müqəddəs missiyaya töhfə verən hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı və yeni uğurlar arzulayıram.

Diplomatiya dövlətin nüfuzu, xalqın səsi və gələcəyinin etibarlı təminatıdır. 9 İyul - Azərbaycan Diplomatiyası Günümüz mübarək!  

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Xəbər xətti

"Arzum9999" üçün imza toplanır - Azadlığa buraxılacaq?
14:03
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur
14:00
ABŞ-də sərnişin avtobusu binaya çırpıldı: YARALILAR VAR
13:58
"Tasnim": SEPAH iki terror qruplaşmasını MƏHV EDİB
13:53
Günəşdə yenidən GÜCLÜ PARTLAYIŞ OLDU
13:51
Məşhur müğənni Bonni Tayler vəfat etdi
13:33
Cənubi Koreyanın sabiq rəhbərinə yeddi il həbs cəzası verildi
13:30
61 yaşlı qadın evində ölü tapıldı
13:22
DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
13:20
Paşinyan Simonyanın istefasından danışdı
13:15
Belçikalı nazir Atatürkə görə üzr istədi - FOTO
13:10
Rəsmi Tehrandan ABŞ hücumlarına REAKSİYA
13:08
Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı
13:02
Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 variant var - Paşinyan
12:52
Ermənistanın yeni konstitusiyası bu tarixdə dərc olunacaq
12:39
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33
37 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:30
Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
12:27
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq
12:22
Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”
12:18
ABŞ Almaniyada raketlər YERLƏŞDİRƏCƏK
12:16
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
12:12
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR - VİDEO
12:07
Azərbaycanın “Zəngəzur” gəmisi Britaniya sanksiyalarından AZAD EDİLDİ
11:59
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
11:55
Pezeşkianla Əraqçi izdihamın arasından çətinliklə çıxarıldı - Video
11:51
Tramp sərt danışdı: “Bu qərar Amerikanın məhvinə səbəb ola bilər”
11:46
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı
11:40
Əli Xameneinin cənazəsini daşıyan təyyarə MƏŞHƏDDƏDİR
11:38
Gərginlik artır: ABŞ zərbələri 10-dan çox insanın həyatına son qoydu
11:30
Braziliyalı futbolçu "Qarabağ"dan ayırılır
11:27
Hotellərdən bələdçilərə qədər: Turizm qaydaları yenilənəcək
11:20
İcazə olmadan kamera qoymaq olmaz? - Ali Məhkəmədən qərar
11:12
Bakıda yanacaqdoldurma məntəqəsində dəhşətli qəza – Yaralananlar var
11:07
İran ordusu ABŞ-nin bazalarını HƏDƏFƏ ALDI
10:57
Azərbaycanda yayılan çəyirtkələr HARADAN GƏLİB?- AQTA AÇIQLADI
10:53
Qubada keçmiş məhkum həyətində öldü
10:51
Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
10:48
Salyan Peşə Liseyinə GƏNC KADR TƏYİN OLUNDU
10:40
Xırdalanda evdən 20 yaşlı oğlanın meyiti tapıldı
10:37
Xamenei belə öldürülüb: İLK DƏFƏ PAYLAŞILDI - VİDEO
10:32
Bağçalara qəbulda yeni dövr: Artıq hər şey “myGov” üzərindən
10:28
Çindəki daşqınlarda ÖLƏNLƏRİN SAYI ARTDI
10:21
Ərdoğan TAPANÇALAR hədiyyə etdi AMMA...
10:17
Ermənistanla sərhədlərin delimitasiyası prosesində müsbət irəliləyiş var - XİN BAŞÇISI
10:09
Yasamaldakı güclü yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNDI - VİDEO
10:00
Zaqatalada 10 gün su olmayacaq: Kəndlər təxliyə edildi
09:57
Cəlilabadda fəhlələri daşıyan mikroavtobus qəzaya uğradı
09:53
XİN-in rəhbər heyəti Fəxri xiyabanı ziyarət etdi - FOTO
09:46
Azərbaycan neftinin qiyməti 82 dolları keçdi
09:40
Qızılın qiyməti 4100 dollardan aşağı düşüb
09:22
Sel səbəbilə Zaqatalanın Meşleş kəndi ilə əlaqə kəsilib
09:18
DÇ-2026-da penaltilər tarixində ən pis göstəricilər qeydə alınıb -59 penaltidən 20-sini qaçırıblar
09:14
Süni intellektin ən çox təsir edəcəyi peşələr açıqlanıb
08:55
Ən faydalı üzüm növü hansıdır? - Mütəxəssis açıqladı
08:47
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
08:20
Dünya bazarlarında NEFT BAHLAŞIR
08:18
"NYMEX" əmtəə birjasında təbii qazın qiyməti artıb
08:16
"Qarabağ" Avropa Liqasında yeni mövsümə start verir
08:12
Ulduz futbolçu ferma qurub inək saxlamaq istəyir - Arzusu gündəm oldu - Fotolar
08:06
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR