Britaniyalı müğənni Bonni Tayler əməliyyatdan sonra 75 yaşında vəfat edib.
EDnews xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Xatırladaq ki, may ayında Tayler təcili bağırsaq əməliyyatı üçün Portuqaliyanın Faro şəhərində xəstəxanaya yerləşdirilib.
O, bir aydan çox müddət ərzində tibbi komada reanimasiyada qalıb.
Qeyd edək ki, onun musiqi karyerası 1970-ci illərdə başlayıb və ilk hiti "Lost in France" olub.
Müğənninin populyarlığı 1980-ci və 1990-cı illərin əvvəllərində zirvəyə çatıb. 2013-cü ildə o, "Believe in Me" mahnısı ilə Birləşmiş Krallığı Avroviziya Mahnı Müsabiqəsində təmsil edib.







