Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi - FOTO

Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi <span class="text-danger">- FOTO</span>

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

EDnews xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Əvvəlcə ötən məhkəmə iclasında çıxışına başlayan təqsirləndirilən Arkadi Qukasyana söz verilib. O, çıxışını davam etdirərək ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Vasili Beqlaryanın müdafiəçisi çıxış edərək məhkəmədən hüquqlarını qoruduğu təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını və 2026-cı il 5 fevral tarixli hökmün ləğv edilməsini xahiş edib.

Ardınca çıxış edən Vasili Beqlaryan da ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra təqsirləndirilən Bako Sahakyanın vəkili çıxış edərək məhkəmədən müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Təqsirləndirilən Bako Sahakyanın digər vəkili isə 2026-cı il 5 fevral tarixli hökmün ləğvini, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını və verilmiş apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş edib.

Bako Sahakyan çıxışı zamanı cinayət işi üzrə ona elan olunan ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmənin növbəti iclası iyulun 14-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xəbər xətti

Ukrayna ordusu Rusiyaya aid 18 gəmini vurub
22:34
Şahbaz Şərif və Məsud Pezeşkian MÜZAKİRƏ APARDI
22:22
Biləsuvarda işıq kəsiləcək
22:15
ABŞ senatorları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı razılaşdılar
22:08
Vuçiç istefa verəcəyi TARİXİ AÇIQLADI
21:57
Biləsuvarda FACİƏ: 45 yaşlı kişi su kollektorunda öldü
21:42
Jezuş Ronaldunun Portuqaliya millisindəki gələcəyindən danışdı
21:33
Helikopterlə dənizdə batan qızı axtarırlar - VİDEO
21:21
Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi - FOTO
21:10
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi
21:02
Ağstafada ağır qəza - Yaralılar var
21:00
Zelenski: Çin Putinə nüvə silahı ilə bağlı ultimatum verib
20:53
Ucuz torpaq sahələri HƏRRACA ÇIXARILDI
20:48
Pitbull 4 yaşlı qızı öldürdü
20:43
Daha bir ölkədə ASAN XİDMƏT FƏALİYYƏT GÖSTƏRƏCƏK
20:37
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
20:28
Bakıda Kolumbiyanın Milli Günü qeyd olunub
20:24
Tramp İranı bombalamaq barədə göstəriş verib: "ONLARI BOMBARDMAN EDƏCƏKLƏR"
20:17
İspaniyada üçgünlük matəm elan edilib
20:00
Filippində torpaq sürüşməsi: 15 ölü var
19:51
Azərbaycan beynəlxalq axtarışa verilən şəxsləri Özbəkistana təhvil verdi
19:43
Polşada polis əməkdaşlarına silahlı hücum olub
19:36
ABŞ- İran danışıqları dalana dirəndi - NƏ BAŞ VERİR?
19:28
Liberiya Prezidenti Türkiyədə səfərdədir
19:18
Goranboyda maşınlar toqquşdu - Xəsarət alanlar var
19:10
“İran istədi, biz razılaşdıq” -TRAMP
19:03
S-400 böhranı bitir, F-35 qapısı açılır: ABŞ-Türkiyə xəttində YENİ MƏRHƏLƏ
18:45
Türkiyədə 22 yaşlı tələbə faciəvi şəkildə öldü
18:35
Həftəsonu bu bürclər diqqətli olsun - ADLAR
18:21
Entoni Hopkinsin gizli istedadı üzə çıxır: ilk dəfə bunu edəcək
18:15
Netanyahunun oğlu adını dəyişdi
18:00
Bakıda partlayışda xəsarət alan ƏR-ARVAD XƏSTƏXANADA ÖLDÜ
17:51
FIFA-dan Venesueladakı zəlzələ qurbanlarına İANƏ
17:46
İrandan ABŞ-yə HƏDƏ
17:40
Bakı-Moskva xəttində kritik görüş: Nələr müzakirə olunacaq?
17:36
Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
17:25
Azərbaycan futbolunda 13 il sonra YENİDƏN TARİXİ UĞUR
17:11
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB
17:00
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
16:58
Azərbaycanlı şair vəfat edib
16:52
Kamran Əliyev Balakəndə qəbul keçirdi - Foto
16:45
Nazirlərin toplandığı zalda gizli cihaz tapıldı – rəsmi açıqlama gəldi
16:40
Elektron siqaretlər QADAĞAN EDİLİR
16:35
Türkiyə S-400-ləri satmaqla üç hədəfə çata bilər - EKSPERT AÇIQLADI
16:30
Doktorantura imtahanlarının tarixləri AÇIQLANDI
16:25
Moskvadan Türkiyənin S-400-ləri satmasına REAKSİYA
16:10
“Shacman” aşdı, sürücü xəsarət aldı - FOTO
16:00
Rusiya bu günə düşdü: Yeltsin bilsəydi...
15:43
Modinin yaşı səfər planını dəyişdi: Pilləkənlər proqramdan çıxarıldı
15:36
Rusiya dizel ixracını dayandırdı: Kim qazanacaq, kim bədəl ödəyəcək? - MÜSAHİBƏ
15:30
Balıq satışında YENİ QAYDALAR: Bu məhsullar bazara buraxılmayacaq
15:16
Naxçıvanda avtobus yanıb
15:11
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
15:03
Zaqatalada seldən sonra elektrik enerjisi bərpa olunub - RƏSMİ
14:43
Xalq artisti qızı ilə Fransada fotosessiya etdirdi
14:25
Kəlbəcərdə ard-arda iki mina partladı
14:15
İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişikliklər I oxunuşda QƏBUL EDİLİB
14:04
Əcnəbilər üçün YENİ ELEKTRON PROSEDUR
13:55
Moskvada raket təhlükəsi ELAN OLUNUB
13:50
Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI
13:44
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR