Polşanın paytaxtı Varşavada Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin (CBZC) əməkdaşlarına silahlı hücum zamanı 3 polis yaralanıb, birinin vəziyyəti ağırdır.
EDnews xəbər verir ki, bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
Məlumata görə, 29 yaşlı şəxs Mərkəzi Kibercinayətkarlıqla Mübarizə İdarəsinin Varşavadakı binası yaxınlığında işə gedən polis əməkdaşına beşbarmaq və maçete ilə hücum edib. Hücum zamanı polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb, hücum edən şəxs isə hadisə yerindən qaçıb.
Daha sonra polis şübhəlini Kabatı metro stansiyası yaxınlığında aşkar edib. Onun saxlanılması zamanı 29 yaşlı şəxs müqavimət göstərərək daha iki polis əməkdaşına xəsarət yetirib.







