Zaqatalada sel nəticəsində elektrik enerjisinin verilişində yaranan fasilə tam aradan qaldırılıb.
“Azərişıq” ASC-dən EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, artıq iyulun 9-dan etibarən ərazidə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Məlumata görə, rayon mərkəzində, eləcə də Qagarin adlanan ərazidə elektrik təminatı bərpa edilib.
Zaqatalanın bütün kəndləri elektrik enerjisi ilə təmin olunub.
Sel nəticəsində ən ciddi problemin qeydə alındığı Yuxarı Tala kəndində də nasazlıq aradan qaldırılıb.
Bildirilib ki, hazırda elektrik enerjisinin verilişi ilə bağlı açıq qalan hər hansı problem yoxdur.
Xatırladaq ki, ötən gün intensiv yağışlar Zaqatala rayonunun Vöhtala kəndinə ciddi ziyan vurub. Kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib.







