Starlink, genişzolaqlı peyk internet xidməti, artıq Azərbaycanda istifadəyə verilib.
"EDnews" xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkədəki "X" səhifəsində yayımlanan məlumatda bildirilir.
2023-cü ildə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") ABŞ-ın SpaceX (Space Exploration Technologies Corporation) şirkəti ilə Azərbaycanda Starlink peyk internetinin satışı üzrə müqavilə imzalayıb.
Starlink, inkişaf etməmiş infrastrukturla olan uzaq ərazilərdə belə internetə qoşulmaq imkanı yaradan qlobal peyk sistemidir. Bağlantı sürəti 1 Gbit/san səviyyəsinə çatır ki, bu da 5G standartına uyğundur.
Starlink-in peykləri, Yerə yaxın orbitdə (550 km-ə qədər) yerləşərək geniş əhatə dairəsi təmin edir. Hazırda Starlink, ABŞ, Kanada, Avstraliya, Avropa ölkələri, Latın Amerikasında və bəzi Afrika bölgələrində mövcuddur.
Şəms Qasımlı // EDnews