"ABŞ İranla müharibədə heç bir nəticə əldə etməyib".
“EDnews” xəbər verir ki, bunu İranın Ali Rəhbəri Əli Xamenei xalqa müraciətində söyləyib.
O əlavə edib ki, ABŞ münaqişənin davam edəcəyi təqdirdə İsrailin tamamilə məhvə məhkum olduğunu anladıqdan sonra İranla müharibəyə başlayıb.
Xamenei çıxışın davamında vurğulayıb ki, Donlad Tramp İranın nüvə obyektlərinə dəyən ziyanı şişirdir:
"Əslində isə dəyən ziyanın miqyası o qədər də böyük deyil".