Azərbaycanda 2500 manatlıq maşın nömrələri 60 min manata satılır FOTO

Maraqlı 11:24 05.08.2019
Azərbaycanda avtomobillərin dövlət qeydiyyat nişanlarının (maşın nömrələri) verilməsi qaydaları qanunvericiliklə tənzimlənir.
 
“Yol hərəkəti haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir.
 
Maşın nömrələrinin qiyməti isə “Dövlət rüsumu haqqında” qanun əsasında müəyyən edilir. Qanuna görə, avtomobil nömrələri üçün rüsumlar seriya və rəqəmlərə görə dəyişir.
 
Bu qanunun 18-ci maddəsində qeyd olunub ki, adi nömrələr, yəni seriyası və rəqəmləri fərqli olanların qiyməti cəmi 22 manatdır.
 
Rəqəmləri və seriyaları müəyyən kombinasiya ilə olan nömrələr isə nisbətən bahadır. Onların qiyməti 500-2500 manat arasında dəyişir.
 
Yəni qanunla Azərbaycanda ən bahalı maşın nömrəsi 2500 manat ola bilər.
 
“Dövlət rüsumu haqqında” qanuna istinadən həmin cədvəli təqdim edirik:
 

Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin kombinasiyası

Dövlət rüsumunun məbləği (manatla)

 

seriyası müxtəlif hərflərdən ibarət olduqda

seriyası eyni hərflərdən ibarət olduqda

001, 002, 003, 004, 005, 006, 007, 008, 009

1500

2500

100, 200, 300, 400, 500, 600, 700, 800, 900

1000

1500

111, 222, 333, 444, 555, 666, 777, 888, 999

500

1000

 
 
Rəqəm və ya hərflərin kombinasiyası istisna olmaqla, avtonəqliyyat vasitələri üçün digər dövlət qeydiyyat nişanlarının verilməsinə, habelə cədvəl hissəsində göstərilmiş rəqəm və ya hərflərin kombinasiyası da daxil olmaqla, dövlət qeydiyyat nişanının təkrar verilməsinə görə rüsum 22 manat təşkil edir.
 
Amma Azərbaycanda bəzi avtomobil dövlət qeydiyyatı nişanlarının çox baha olması haqqında məlumatlar da yayılır.
 
Məsələn, Azərbaycandakı alqı-satqı saytlarına da nəzər yetirdikdə məlum olur ki, satışda minlərlə manata nömrələr var.
 
Misal üçün, 10-NK-009 qeydiyyat nişanının qiyməti 10 min manatdır.
 
Bundan başqa, satış elanında 13 500 manatlıq nömrə də var – 90-OU-002.
 
90-VA-009 nömrəsi isə 15 min manata satılır.
 
Bu da son deyil. Belə ki, qısa araşdırmamız zamanı məlum oldu ki, hətta 60 min manata da avtomobil qeydiyyatı nişanı satılır – 33-SS-333. 
 
 
 
Maraqlıdır, qanunda göstərilən maksimum məbləğ 2500 manat olduğu halda, bəzi nömrələr niyə bu qiymətdən baha satılır?
 
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Oxu.az-a açıqlamasında deyib ki, daha bahalı maşın nömrələrindən əldə olunan gəlir dövlət büdcəsinə getmir, bu qiymətlər bazar qaydaları ilə tənzimlənir.
 
Maşın nömrələrinin qiymətinin necə tənzimlənməli və buna hansı qurumun nəzarət etməli olduğundan danışan ekspert bəzi idarələrin şəffaf işləmədiyini deyir:
 
“Bəzi qurumlarda müəyyən adamlar var ki, şirkətin və dövlət müəssisəsinin işgüzar nüfuzunu nəzərə almır”.
 
R.Ağamirzəyevin sözlərinə görə, bahalı avtomobil nömrələrinin qiymətlərini bazar tənzimləsə də, burada da anlaşılmazlıqlar yaranır. Bu isə qeyri-şəffaflıqla bağlıdır. 
Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
"ABŞ İrana zərbə endirməyə hazırlaşır"
05:18 19.06.2025
Yaponiyada güclü zəlzələ baş verib
05:07 19.06.2025
İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib
23:21 18.06.2025
Antarktidadan gələn qeyri-adi radio siqnalları: Heç kim nə baş verdiyini bilmir
22:32 18.06.2025
BMT Baş katibi İsrail və İrana çağırış edib
21:52 18.06.2025
Milli Məclisin komissiyası Azərbaycanla bağlı yayılan saxta xəbərlərə münasibət bildirib
19:46 18.06.2025
Hamısı