“Eurovision-2021” bu şəhərdə keçiriləcək | Eurasia Diary - ednews.net

27 May, Çərşənbə


“Eurovision-2021” bu şəhərdə keçiriləcək

Maraqlı A- A A+

“Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsi 2021-ci ildə Rotterdamda keçiriləcək.

EDNews.net-in məlumatına görə, bu barədə tədbirin təşkilatçıları məlumat veriblər. 

Şənbə günü təqdim olunan "Europe shine a light" adlı şou 46 ölkəyə translyasiya olunub. Bildirilib ki, növbəti il keçiriləcək müsabiqədə yeni mahnılar tələb ediləcək. 

Qeyd edək ki, 65-ci “Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsinin mayın 16-da Niderlandın Rotterdam şəhərində keçirilməli olan final mərhələsi COVID-19 pandemiyası ilə əlaqədar təxirə salınıb.

Xatırladaq ki, Azərbaycanı bu müsabiqədə Samira Əfəndi “Kleopatra” mahnısı ilə təmsil edirdi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...