Uzun ayaqları, duruşu və çəhrayı rəngi ilə məşhur olan flaminqolar gözəlliyi ilə təbiətin ən böyük yaradılışlarından biridir. Flaminqoların çəhrayı heyvan olduğunu düşünürsünüzsə, sizə pis xəbərimiz var onlar əslində çəhrayı deyil.
Bəs niyə belə görünürlər?
Ednews Habertürk-ə istinadən xəbər verir ki, əslində flaminqolar solğun boz rəngdə doğulur, lakin zaman keçdikcə rəngləri çəhrayı olur. Bu irsi xüsusiyyət deyil. Flaminqoların parlaq çəhrayı rəngi yaşadıqları bataqlıq ərazilərdə yedikləri yosunlar, duzlu milçək sürfələri və duzlu su karideslərində yüksək miqdarda olan qırmızı-narıncı piqmentdən gəlir. Bu maddə lələklərin rənglənməsini təmin edir.
Bəzi flaminqolar daha tünd və ya parlaq çəhrayı, digərləri isə narıncı, qırmızı və ağ rəngdədir.
Dünyanın müxtəlif yerlərində altı fərqli flaminqo növü var.
Aynurə İsmayılqızı