Almaniyanın Hamburq şəhərində qırmızı kərpic zavodunda iqlim dəyişikliyi ilə mübarizə məqsədilə kakao paxlası qabıqlarından biokömür istehsal edilir.
Ednews BBC-ə istinadən xəbər verir ki, qara toz şəklində olan biokömür kakao qabıqlarını oksigensiz kamerada 600 dərəcə selsiyə qədər qızdırmaqla əldə olunur.
Mütəxəssislərin fikrincə, biokömür istehsalı hələ başlanğıc mərhələsində olsa da, bu texnologiya atmosferdə karbon qazının miqdarını azaltmaq üçün innovativ üsul ola bilər.
BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin məlumatına görə, biokömür hər il havaya buraxılan 40 milyard ton karbon dioksidin 2,6 milyardını udmaq üçün istifadə edilə bilər.
Təcrübələrə baxmayaraq, bu maddədən istifadəsinin genişləndirilməsi hələki çətin olaraq qalır.
Törə Zeynal