iPhone 16 Pro-ya aid olduğu iddia edilən prototip şəkilləri internetə sızıb və görüntülər yeni nəsil iPhone-ların batareya tutumuna aydınlıq gətirib.
Ednews donanımhaber-ə istinadən xəbər verir ki, iPhone 16 Pro-nun ilkin istehsal nümunəsindən əldə edilən məlumatlar cihazın 3355 mAh (LCV 4.48V, 13.02WHr) batareya tutumu təklif edəcəyini göstərir.
Apple iPhone 15 seriyası hələ də gündəmdədir. Bununla belə, iPhone 16 və hətta iPhone 17-nin xüsusiyyətlərinin necə olacağı artıq müzakirə edilməyə başlanıb.
Bildiyiniz kimi , Apple öz cihazlarının faktiki batareya tutumlarını texniki cədvəllərin bir hissəsi kimi dərc etməməsi ilə məşhurdur. Bununla belə, istehsal və sınaq prosesindən alınan məlumatlar bizə ilkin baxış təklif edir.
Bu çərçivədə hər iki model arasında yüzdə 2,48 artım var .
Təkmilləşdirmələr kifayət qədər məhduddur. Buna görə də, batareyanın ömründə nəzərəçarpacaq bir artım olacaqsa, bu, mütləq daha səmərəli istehsal prosesi və panel dizaynı ilə əldə ediləcəkdir.
Prototip şəkillərində akkumulyator qapağında şaxtalı metal qoruma və yenidən işlənmiş konnektor var . iPhone 15 Pro-da istifadə edilən L dizaynı qorunub saxlanılıb. Ancaq səthdə edilən dəyişiklik istilik yayılmasını artıracaq . Qeyd etməliyik ki, bu, "Qrafen" əsaslı soyutma sistemi ilə dəstəklənəcək.
Təbii ki, hələ də bu texnologiyaların iPhone 16-lara mütləq gəlib-gəlməyəcəyi bəlli deyil. Ancaq aydındır ki, Apple artıq iPhone 15 Pro və Pro Max-da yaşanan istilik problemlərinə diqqət yetirməyə başlayıb.
Xəyal Ramiz