Texnologiya nəhənglərinin məlumat mərkəzlərində sudan istifadənin artması süni intellekt tətbiqlərinin ətraf mühitə təsirləri ilə bağlı narahatlıqları artırır.
Ednews sözcü.com-a istinadən xəbər verir ki, Mütəxəssislər süni intellekt tətbiqlərinin 2027-ci ilə qədər 4,2 milyarddan 6,6 milyard kubmetrə qədər su ehtiyatını istehlak edə biləcəyini proqnozlaşdırırlar.Dünyanın ən böyük texnologiya şirkətləri məlumat mərkəzlərini soyutmaq üçün sudan istifadəni əhəmiyyətli dərəcədə artıraraq, süni intellekt bumunun ətraf mühitə təsiri ilə bağlı narahatlıqları artırıblar.
Milyonlarla istifadəçi onlayn xidmətlərinə qoşulduqca Microsoft, Google və Meta son illərdə su istehlakını artırıb.
Mütəxəssislər süni intellektə tələbatın 2027-ci ilə qədər 4,2 milyarddan 6,6 milyard kubmetrə qədər yeraltı və yerüstü su ehtiyatlarını istehlak edəcəyini proqnozlaşdırırlar.
Ən son paylaşılan məlumatlara görə, məlumat mərkəzlərindən istifadənin artması nəticəsində 2022-ci ildə Microsoft-un su istehlakı 34 faiz, Google-un 22 faiz, Meta-nın isə 3 faiz artıb.
Xəyal Ramiz