Ölkəmizdə psixi xəstələrin sayı NİYƏ ARTIR? – ARAŞDIRMA

Ölkəmizdə psixi xəstələrin sayı NİYƏ ARTIR? – <span class="text-danger">ARAŞDIRMA</span>

Son illərdə Azərbaycanda psixi sağlamlıq problemlərinin artması həm rəsmi statistikada, həm də mütəxəssislərin müşahidələrində öz əksini tapır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilə 6 063 nəfər qeydiyyata alınıb. Onlardan 4 499-u kişi, 1 564-ü isə qadındır.

Sosioloq Hüseyn İbrahimov EDnews-a açıqlamasında psixi sağlamlığa təsir edən əsas faktorları sadalayıb. Onun sözlərinə görə, psixi və psixoloji problemlərin artması təkcə Azərbaycana xas deyil və bu tendensiya dünyanın bir çox ölkəsində müşahidə olunur.

huseyn_ibrahimov_sosioloq.jpg

“Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində psixoloji və psixi problemlərin statistikası artıb. Qərb ölkələrinin bəzi psixoloq və sosioloqları da bununla bağlı müxtəlif açıqlamalar verirlər. Hətta ABŞ-də son dövrlərdə ayrı-ayrı ştatlarda bu istiqamətdə artım müşahidə olunur və müxtəlif statistikalar gündəmə gətirilir”, – deyə o bildirib.

Sosioloq hesab edir ki, problemin əsas səbəblərindən biri insanların həyat tərzində baş verən dəyişikliklərdir.  

“Mən deməzdim ki, iqtisadi çətinliklər bu məsələdə əsas amildir. Çünki müstəqilliyin ilk illərində daha ağır iqtisadi vəziyyətlə üzləşmişdik. Ancaq həmin dövrdə bu qədər psixoloji problemlər müşahidə olunmurdu. Müasir dövrdə həyat tərzinin özündə baş verən dəyişikliklər daha çox rol oynayır”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, insanların musiqi seçimi, qidalanma vərdişləri, geyim tərzi, gündəlik davranışları və sosial münasibətlərindəki dəyişikliklər psixi vəziyyətə birbaşa təsir göstərir. Hüseyn İbrahimov xüsusilə sosial şəbəkələrin təsirini diqqətə çatdırıb. 

“Bəzi platformalar deviant davranışların formalaşmasına təsir göstərir, ailədaxili münasibətlərdə və sosial qruplar arasında gərginliyi artırır. Yeniyetmə və gənclərin müxtəlif zərərli internet resurslarına çıxışı da onların psixi durumuna mənfi təsir göstərən amillərdəndir”, – deyə sosioloq bildirib.

Araşdırmalar göstərir ki, son illərdə iqtisadi qeyri-sabitlik, yaşayış xərclərinin artması, pandemiyanın nəticələri, müharibə travmaları və sosial media təsirləri insanların psixoloji yükünü artıran əsas amillər sırasındadır. 

COVID-19 pandemiyası dövründə yaranan təcrid, yaxınlarını itirmək qorxusu, sosial münasibətlərin zəifləməsi və qeyri-müəyyənlik hissi bir çox insanın psixi sağlamlığına mənfi təsir göstərib. Dünyada olduğu kimi Azərbaycanda da pandemiyadan sonra depressiya və təşviş hallarında artım müşahidə olunur.

Psixoloq Vəfa Rəşidova isə hesab edir ki, psixi sağlamlıq problemlərinin artmasının əsas səbəblərindən biri ailədaxili münasibətlərdəki problemlərdir.

627ba58a2ef18.jpg

“Problemin tək bir səbəbi yoxdur. Ən əsas səbəblərdən biri ailədaxili münasibətlərin sağlam və balanslı olmamasıdır. Konsultasiyalar zamanı tez-tez görürük ki, insanlar bir-birinin həyatına müdaxilə edir, seçimlərinə hörmət etmirlər. Bu da şəxsi sərhədlərin olmaması ilə bağlıdır”, – deyə psixoloq bildirib.

Onun sözlərinə görə, bir evdə bir neçə ailənin birlikdə yaşaması, maddi sıxıntılar və şəxsi məkanın olmaması da insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir.

“Maddi problemlər, işsizlik, gəlirin az olması və ya məhdud imkanlar insanlarda narahatlıq yaradır. Eyni zamanda qeyri-müəyyənlik hissi də mühüm amildir. İnsanlar gələcəklə bağlı plan qurmaqda çətinlik çəkir və bu da onların psixi sağlamlığına təsir edir”, – deyə Vəfa Rəşidova qeyd edib.

Psixoloq insanların istirahətə kifayət qədər vaxt ayırmamasını da problem kimi qiymətləndirib.

“İnsanlar istirahətə və tətilə pul xərcləmək istəmirlər. Halbuki dincəlməyən və özünə vaxt ayırmayan insanın psixi sağlamlığında müəyyən problemlərin yaranması qaçılmazdır”, – deyə o bildirib.

Vəfa Rəşidovanın fikrincə, müharibə təhlükəsi, zəlzələ qorxusu, zorakılıq və qətl xəbərlərinin geniş yayılması da insanların psixoloji vəziyyətinə mənfi təsir göstərir. Bundan başqa, şəxsi sərhədlərə hörmət edilməməsi və insanların bir-birinin həyatına həddindən artıq müdaxilə etməsi cəmiyyətdə psixoloji gərginliyi artıran amillərdən biridir. 

Beləliklə, həm statistik göstəricilər, həm də mütəxəssis rəyləri göstərir ki, Azərbaycanda psixi sağlamlıq problemlərinin artması bir neçə amilin təsiri ilə bağlıdır. Ailədaxili münasibətlərdəki problemlər, həyat tərzinin dəyişməsi, sosial şəbəkələrin təsiri, iqtisadi və sosial qeyri-müəyyənlik, həmçinin qlobal hadisələrin yaratdığı stress psixi sağlamlığa təsir edən əsas faktorlar kimi qiymətləndirilir. Ekspertlər hesab edirlər ki, problemin həlli üçün həm maarifləndirmə işlərinin gücləndirilməsinə, həm də psixoloji yardım xidmətlərinin əlçatanlığının artırılmasına ehtiyac var.

Xədicə Cabbarlı | EDnews

Xəbər xətti

İranın ali dini lideri Xamenei bu tarixdə dəfn olunacaq
14:58
Braziliya üçün şok itki: Neymar Mərakeşlə oyunu buraxır
14:55
15 İyun Qarabağın azadlığına aparan YOLUN BAŞLANĞICIDIR - MİLLƏT VƏKİLİ
14:48
Sürücülərin nəzərinə! - Bu tarixdə...
14:37
Hindistanda faciəvi hərbi qəza: təyyarə parçalandı, 5 nəfər öldü - VİDEO
14:18
Kuba prezidentinin HƏYATI MASADA! PENTAQON HƏRƏKƏTƏ KEÇDİ
14:07
İran URAN EHTIYATLARINI GİZLƏDİB?
13:56
Sabah bəzi ərazilərdə yağış və dolu gözlənilir
13:46
Bakıda koreyalı şagird “Son zəng” sevincini yaşadı
13:21
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
13:17
Xankəndi, Ağdərə və Xocalıda “Son zəng” tədbirləri keçirilib - FOTO
13:09
İranda edam hökmü çıxarılan 139 məhkumla bağlı QƏRAR VERİLİB
12:54
Polad Həşimovun oğlu məzun oldu - MƏZUN ŞƏHİD övladlarının siyahısı
12:46
Namiq Əliyev: "AZƏRBAYCAN İRƏVANA QƏDƏR GEDİB ÇIXA BİLƏRDİ" - VİDEO
12:39
MİQ imtahanından hansı yeniliklər gözlənilir? - RƏY
12:30
Prezident Britaniya Kralına təbrik ünvanladı
12:03
Polşada azərbaycanlı sürücüyə hücum edildi - SON DƏQİQƏ!
11:59
ABŞ Venesuelada kritik əməliyyat keçirdi - VİDEO
11:46
BƏƏ-dən İranla bağlı iddialara SƏRT CAVAB
11:38
Evdə yıxılıb, xəstəxanada öldü...
11:27
2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır
11:20
Rusiya Paşinyanın qələbəsini tanımaya bilər
11:12
İran millisinin təlim bazası yaxınlığında meyit aşkarlanıb
11:02
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olundu
10:36
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət etdi
10:32
Azərbaycan neftinin qiyməti ucuzlaşdı
10:26
Mundialda ilk turun davamı – bu gün hansı komandalar oynayır?
10:04
SON DƏQİQƏ! Marneulidə FACİƏ: 13 yaşlı azərbaycanlı yeniyetmə evində ölü tapıldı
09:57
Dünya Çempionatında 60 ildən sonra İLK
09:50
Şuşada TDT-nin rəqabət qurumları rəhbərlərinin 3-cü iclası və Rəqabət Forumu keçirilir
09:46
Şamaxıda Beynəlxalq Barbekü Festivalı başlayır
09:43
Bu gün “Son zəng”dir - 116 min məzun üçün UNUDULMAZ GÜN
09:38
"Real" argentinalı futbolçunu A Seriyası klublarına təklif etdi
06:34
Britaniya Rusiya xam neftindən istehsal olunan dizel və kerosin idxalını qadağan edəcək
05:43
İranın Sirik şəhərində partlayış - SEPAH AÇIQLAMA VERDİ
05:21
Xocalı qatili Ohanyan MƏCBURİ MƏHKƏMƏYƏ GƏTİRİLİR
04:53
Şəmkirdə AĞIR YOL QƏZASI- ÖLƏN VAR
03:48
Katz: "İsrail bu bölgələrdən çəkilməyəcək"
02:39
"Şöhrət xiyabanı"nda BU MƏŞHURUN XATİRƏ LÖVHƏSİ -ULDUZU QOYULDU-FOTOLAR
02:31
Kiyevlə 690 milyon dollarlıq tranş RAZILIĞI
02:26
PREZİDENTİN HƏYAT YOLDAŞININ MÜHAFİZƏÇİSİ DİQQƏT ÇƏKDİ
02:15
DÇ-2026-da bu gün keçirilən OYUNLARIN CƏDVƏLİ
02:08
Türkiyədə 4,6 maqnitudada zəlzələ olub
02:03
Əraqçi: ABŞ ilə memorandumun pozulması yekun razılaşmanın iflasına səbəb olacaq
02:01
Kanada - Bosniya və Herseqovina oyununun ən yaxşı futbolçusu açıqlanıb
01:57
Braziliyalı müdafiəçi "Sabah"da
01:46
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
01:41
Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"
01:33
Göygölün bu kəndinə güclü sel gəlib
01:27
Bakıda 11-ci sinif şagirdi hoteldə həyatını itirdi: Hadisə ilə bağlı araşdırma aparılır
01:04
KİV: ABŞ İranda zənginləşdirilmiş uranı ələ keçirmək üçün yerüstü əməliyyatı nəzərdən keçirib
00:53
Kanada Bosniya və Herseqovina- hesab bərabərləşdi
00:45
85 milyon il əvvəl yaşamış sürünənin skeleti aşkarlandı - Fotolar
00:39
"Sadiqliyimizi təsdiqlədik"- HİKMƏT HACIYEVDƏN PAYLAŞIM
00:31
13.06.2026
Gizli məlumatları “TikTok”da paylaşan şəxs həbs olunub - FOTO
23:34
İran XİN ABŞ ilə saziş layihəsindən danışıb
23:24
DÇ-2026 oyunu başlayıb
23:14
Aİ bu iki ölkə ilə danışıqların başlamasını razılaşdırıb
22:44
Fransanın Azərbaycana qarşı qarayaxma kampaniyasına MEDİA-DAN CAVAB
22:24
AZAL-ın təyyarələri Bakıya qayıdıb
21:54
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR