Rusiya Xarici İşlər Nazirliyi Ermənistan parlament seçkiləri ilə bağlı Qərbi müdaxilədə ittiham edib.
EDnews xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama verib.
O bildirib ki, Ermənistanda keçirilən parlament seçkiləri müxalifətə qarşı ciddi təzyiqlər və Qərbin genişmiqyaslı müdaxiləsi fonunda baş tutub.
“Qərbin müdaxiləsi görünməmiş həddə çatıb”, – deyə Zaxarova qeyd edib.
Rusiya XİN sözçüsünün sözlərinə görə, seçki prosesi zamanı müxalif siyasi qüvvələrə qarşı təzyiqlər müşahidə olunub və bu vəziyyət Ermənistanın daxili siyasi proseslərinə xarici təsirin artdığını göstərir.
.jpg)





.jpg)

