Emosiyalarımızı necə idarə edək?

Maraqlı 13:04 28.02.2025

Emosiyalarımızı idarə etmək həyat keyfiyyətimizi artırmaq üçün vacibdir. 

İtan Kross emosiyaların psixologiyası sahəsində dünya üzrə tanınmış mütəxəssisdir. Bu məqalədə o, emosional  sabitliyimizi qorumağa kömək edəcək bir sıra üsullardan bəhs edib.

İtan Kross uşaqlığından bəri “emosiyaların müşahidəçisi” olub və insanların çətin duyğularıyla necə mübarizə apardığını, tez-tez isə bu prosesin uğursuzluğa düçar olduğunu müşahidə edib. “Sanki hamımız sadəcə təsadüfi və ya müvəqqəti həllər taparaq emosional həyatımızı idarə etməyə çalışırıq. Bəzən bu keçici həllər fayda verir, bəzən isə vəziyyəti daha da pisləşdirir. Hər şey çox qarışıq, tək başına və qeyri-effektiv görünür” deyə o bildirib.

Miçiqan Universitetində psixoloq və Emosiyalar və Özünü Nəzarət Laboratoriyasının rəhbəri vəzifəsini icra edən Kross, bu vəziyyəti dəyişdirməyi özünə  məqsəd qoyur. Mütəxəssisin qələmə aldığı “Shift: How to Manage Your Emotions So They Don’t Manage You (Dəyiş: Emosiyalarınızı necə idarə edə bilərsiniz  ki,onlar sizi yönləndirməsin)”  ilə, duyğularımızla daha sağlam və effektiv şəkildə mübarizə aparmağa  kömək edəcək bir sıra üsullar  təqdim etməyi hədəfləyir. Bu kitab duyğuların bizi idarə etməsinə mane olmaq və həyatımızı daha məqsədyönlü  şəkildə yönləndirmək üçün istifadə edə biləcəyimiz praktiki üsulları öyrətməyə çalışır.

Kross elmi araşdırmaçı Devid Robson ilə “mənfi” hisslərin faydaları, təhlükəsiz mühitlər  və “emosional sığınacaqlar” yaratmaq, həmçinin diqqətin yayılmasının gözlənilməz üstünlükləri barədə geniş müzakirə aparıb.

Emosiyalar haqqında bir sıra yanlış təsəvvürlər mövcuddur.

Emosiyalar həyatımızın ayrılmaz hissəsidir və hər birinin özünəməxsus rolu var. “Yaxşı” və “pis” emosiyalar arasında sərhəd çəkmək əvəzinə, onların həyatımıza necə təsir etdiyini anlamaq vacibdir. Qəzəb  ədalətsizliyə  qarşı reaksiya kimi bizi haqsızlıqlara qarşı mübarizə aparmağa təşviq edir. Bu, ədalətin bərpası üçün faydalı motivasiya mənbəyidir.Dərin  itkilər və dəyişikliklər qarşısında hiss edilən kədər, özümüzü yenidən qiymətləndirməyə və həyatımızın yeni mənalarını tapmağa kömək edir. Bu proses, şəxsi inkişaf və böyümə üçün vacibdir.Həsəd bizə öz məqsədlərimizə çatmaq üçün daha çox çalışmaq və inkişaf etmək istiqamətində hərəkət etmək üçün stimul ola bilər.

Bu fikri daha yaxşı başa düşmək üçün fiziki ağrını düşünmək olar; bu, təsəvvür edə biləcəyimiz ən mənfi emosional vəziyyətlərdən biridir. Bir çoxumuz fiziki ağrıdan azad bir həyat arzulayırıq. Lakin bəzi insanlar, genetik səbəblərdən ağrını hiss etmək qabiliyyətindən məhrumdurlar. Bu uşaqlar, ağrı hiss edə bilən insanlara nisbətən daha qısaömürlü olurlar. Eyni prinsip bütün mənfi emosiyalarımız üçün də keçərlidir.

Bir çox insan həyatını mənfi duyğulardan azad yaşamağa çalışmaq əvəzinə, bu duyğuları idarə etməyi öyrənməyin daha faydalı olduğunu düşünür. Əslində, məqsədiniz həyatınızı mənfilikdən tamamilə azad etmək deyil, bu emosional təcrübələri nəzarətdə saxlamağı bacarmaqdır, və məncə, bu, daha real və əldə edilə bilən bir hədəfdir.

Bir çox insan duyğularının öz nəzarətlərindən kənar olduğunu düşünür. Sizcə, bu pessimist yanaşma nədən  qaynaqlanır? Və bunun nəticələri nələrdir?

Düşünürəm ki, bu, emosional təcrübələrimizin hansı tərəfi ilə bağlı olduğumuzdan asılıdır. Gündəlik həyatda avtomatik olaraq yaranan düşüncə və hisslərə çox vaxt nəzarət edə bilmirik, amma bu düşüncə və hisslər ortaya çıxdıqdan sonra onlara necə reaksiya verəcəyimizə nəzarət etmək mümkündür və emosiyaların tənzimlənməsi də məhz bu məqamda əhəmiyyət qazanır.

Amma əgər bir şeyi bacaracağınızı düşünmürsünüzsə, onu tətbiq etmək üçün cəhd etməyəcəksiniz. Məsələn, əgər idmanın sizi daha sağlam edəcəyinə inanmasanız, niyə idmanla məşğul olmağa zaman ayırasınız? Və əgər emosiyalarınızı idarə etmək üçün fərqli strategiyalar istifadə edə biləcəyinizi düşünmürsünüzsə, niyə onlardan istifadə edəsiniz?

Bəs emosialarımıza qarşı reaksiyalarımızı necə dəyişə bilərik?

Musiqi dinləmək, az istifadə olunan üsuldur. Musiqi dinləyənlərə özlərini necə hiss etdiklərini soruşsanız, iştirakçıların demək olar ki, hamısı musiqinin onlara pozitiv emosialar  verdiyini deyəcək. Lakin həmin adamlar emosiyaları ilə mübarizə aparanda – məsələn, sonuncu dəfə hirsləndikləri, narahat olduqları və ya kədərləndikləri vaxt – yalnız az bir qrup musiqi dinlədiyini bildirir.

“Shifters” dediyim vasitələrdən biri də mühit dəyişikliyidir. Gündəlik həyatımızda sadə mühit dəyişiklikləri belə əhvalımızı yaxşılaşdırmağa kömək edə bilər.

Mühit dəyişikliyi, emosional rifahımızı artırmaq üçün təsirli üsuldur. Gündəlik həyatımızda bu prinsipi tətbiq etmək üçün aşağıdakı addımları nəzərdən keçirə bilərik.

Deyirsiniz ki, bir çox insan işlə əlaqəsi olmayan tamamilə fərqli bir yerə getdikdə tamamlanmış  hiss edir. Amma həmişə belə tətilə çıxmaq mümkün olmur və fürsətdən istifadə edərək insanlara xatırlatmaq istəyirəm ki, bəzən olduğunuz ərazilərdə də əhvalımızı dəyişə biləcək yerlər də var.

Biz çox vaxt digər insanlara bağlanmaqdan danışırıq və işlər yaxşı getməyəndə, həmin adamın yanında olmaq rahatlıq və sabitliyin mənbəyi ola bilər. Amma məlum olur ki, biz ətrafımızdakı yerlərə də bağlanırıq. Mənim üçün bunlar arasında evimin yaxınlığındakı ağac parkı, ilk kitabımı yazdığım kafe və universitedəki ofisimdir. O məkanlara daxil olduğum andan etibarən, emosiyalarımı idarə etməyə kömək edən müsbət əlaqələrim olur.

Məncə, bunlar casus filmlərində və ya kitablarında gördüyümüz təhlükəsiz evlərə bənzəyir. Həyatımızda hər birimizin qorunduğumuz evlərimiz var və çətinliklərlə üzləşdiyimiz zaman ora üz tutmaq üçün məqsədyönlü  olmalıyıq. Bu, özümüzü xaricdən idarə etməyin bir yoludur.

Ətraf mühitinizi də tənzimləyə bilərsiniz. Bitkilərin və ya yaşıl sahələrin şəkillərinin bərpaedici təsir göstərdiyini də bilirik. Sevdiklərinizin şəkilləri də belə təsirə malikdir. Araşdırmalarımızda, insanlara çətinliklərlə üzləşdikləri zaman sevdiklərinin şəkillərini göstərmişdik. Nəticədə, bu şəkillərin onlara təcrübədən sonra “bərpa” olma sürətini artırdığını müşahidə etdik.

Məqsədimiz, hisslərimizi dəyişdirmək üçün onu təsadüfə buraxmaq əvəzinə nə edə biləcəyimizi daha şüurlu şəkildə düşünməkdir.

Bu kitabın məqsədlərindən biri də insanların həyatımıza bu vasitələri daha məqsədyönlü şəkildə daxil etmələrini təmin etməkdir.

Məni təəccübləndirən isə odur ki, diqqəti başqa istiqamətə yönəltmək və vəziyyətdən qaçmaq emosiyalarla mübarizə aparmaqda  faydalı bir üsul ola bilər…mi?

Mədinə Məmmədova//EDnews

 

 

 

 

 

 

 

 

 

 

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Azərbaycan XİN ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
18:57 22.06.2025
"İran nüvə proqramını inkişaf etdirəcək"
18:04 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
16:46 22.06.2025
Rasim Dərgahzadə vəfat etdi
14:01 22.06.2025
"Türkiyə tarixi yol ayrıcındadır"
13:56 22.06.2025
Naxçıvanın muxtar statusu ləğv edilir?
13:17 22.06.2025
Braziliyada faciə- Hava şarı qəflətən alovlandı
13:13 22.06.2025
Pişiklərin sahibləri ilə münasibətinə dair bilmədiklərimiz
13:09 22.06.2025
"Azərbaycan Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüquqla həllini dəstəkləyir"
13:07 22.06.2025
Təxirə salmaq vərdişindən necə qurtulaq?
12:29 22.06.2025
İran İsrailə hücumlarda ortamənzilli ballistik raketdən istifadə edib
12:24 22.06.2025
“Netanyahu gedəcək, amma İran qalacaq”
11:49 22.06.2025
Böyük Britaniya kralı "Netflix" üçün sənədli filmə çəkilcək
11:46 22.06.2025
"Çelsi" Mudrikdən 89 milyon avro tələb edə bilər
11:30 22.06.2025
Günəşdən 300 000 dəfə isti: Alimlər inanılmaz rekorda imza atıb
11:27 22.06.2025
Qrossi AEBA-nın təcili iclasını çağırıb
11:25 22.06.2025
"ABŞ-nin hərbi təcavüzünə bütün gücümüzlə müqavimət göstərmək haqqımız var"
10:20 22.06.2025
Vircil van Deyk ən yaxşısıdır
09:50 22.06.2025
İran BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını tələb edib
09:08 22.06.2025
Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək
08:06 22.06.2025
Nyu-Yorkda yaxta çay limanına çırpılıb
03:04 22.06.2025
"ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir"
03:01 22.06.2025
ABŞ İranın nüvə obyektlərinə zərbə endirib
02:56 22.06.2025
“Yeni zərbələr planlaşdırılmayıb”
02:04 22.06.2025
Yaponiya sahilində güclü zəlzələ olub
00:59 22.06.2025
ABŞ Quamda B-2 strateji bombardmançılarını yerləşdirir
20:13 21.06.2025
Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
Hamısı