740-dan çox Çin vətəndaşı İrandan Azərbaycana Astara sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə edilib.
Bu barədə “EDnews” CGTN-ə istinadən xəbər verir.
Nəşr Çinin Azərbaycandakı səfirliyinə istinadən qeyd edir ki, təxliyə edilmiş vətəndaşlara vətənlərinə qayıtmaları üçün yardım göstərilir.
Bildirilib ki, bütün vətəndaşlar Bakıdakı müxtəlif hotellərdə yerləşdirilib.
Həmçinin qeyd olunub ki, Çin vətəndaşlarının Azərbaycana təxliyəsi davam edir.