Texnologiya sürətlə inkişaf etsə də, müasir dövrdə Aya çatmaq əvvəlki dövrlərlə müqayisədə daha uzun çəkir.
“EDnews” xəbər verir ki ,Bunun əsas səbəblərindən biri mühəndislərin kosmik səyahətləri daha səmərəli hala gətirmək üçün yanacaq istehlakını azaltmağa çalışmasıdır. Aya gedən kosmik gəmilərin böyük yanacaq ehtiyatı tələb etməsi və Ayın orbitinin dairəvi olmaması səbəbindən, uçuş müddəti dəyişir. "Apollo" missiyalarında istifadə edilən birbaşa transfer orbitası sürətli olsa da, yüksək yanacaq sərfiyyatına səbəb olurdu. Yeni nəsil metodlar və yanacağa qənaət strategiyaları isə daha uzun, lakin daha qənaətcil trayektoriyalar seçməyə imkan verir. Bu dəyişikliklər nəticəsində Aya səyahət müddəti uzanıb, amma gələcək missiyalar üçün daha dayanıqlı və səmərəli metodlar inkişaf etdirilir.
Fatimə Mərdanlı//EDnews