Məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin bu həftə baş tutacaq toyu haqda yeni məlumatlar yayılıb.
EDnews PEOPLE jurnalına istinadən xəbər verir ki, cütlüyün toyu iyulun 3-də Nyu-Yorkdakı “Madison Square Garden”də keçiriləcək.
Toyun qonaqları üçün qara dreskod müəyyən edilib. Bununla yanaşı onlardan rəsmi libasda iştirak etmələri tələb olunub.
Mənbənin sözlərinə görə, toyda ən sərt qaydalardan biri mobil telefonla bağlı olacaq. Belə ki, qonaqlar məkana daxil olarkən telefonlarını xüsusi qaydada təhvil verməli olacaqlar və mərasim zamanı çəkiliş aparılmasına icazə verilməyəcək.
Toya 500-dən çox qonağın qatılacağı gözlənilir. Dəvətlilər arasında Ed Şiran, Zoi Kravits, Cek Antonoff və Stivi Niks kimi tanınmış simaların da olacağı iddia edilir.
Bununla yanaşı, qonaqlardan hədiyyə gətirməmələri də xahiş olunub.







