Rusiyalı jurnalist, “Forbes”in rus versiyasının xəbər redaktoru Sergey Mingazov xərçənglə ağır mübarizədən sonra 58 yaşında vəfat edib.
EDnews xəbər verir ki, onun ölümü barədə "Forbes" məlumat yayıb.
Məlumatda deyilir: "Jurnalist Sergey Minqazov dünən gecə vəfat etdi. O, son bir neçə aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı".
Qeyd edək ki, 2024-cü ildə Rusiya Silahlı Qüvvələri haqqında saxta xəbərlər yaydığına görə cinayət işi açılıb. 2025-ci ilin fevral ayında məhkəmə cərimə təyin edib, lakin prokurorluq cəzanı çox yüngül hesab edərək işə yenidən baxılmasını istəyib.







