Meksikalı azarkeşlər Dünya Kubokunun 1/8 final mərhələsi oyunu ərəfəsində İngiltərə komandasına qarşı səs-küylü etiraz aksiyası keçirməyi planlaşdırırlar.
EDnews xəbər verir ki, "Mirror" qəzetinin məlumatına görə, azarkeşlər rəqiblərinin istirahətini pozmaq üçün səsgücləndiricilərdən, avtomobil siqnallarından, motosikletlərdən və pirotexnika vasitələrindən istifadə etmək niyyətindədirlər.
Oxşar hadisə əvvəllər də baş vermişdi: ötən həftə Meksikalılar Dünya Kubokunun 1/16 final mərhələsinin oyunundan əvvəl ekvadorlulara müdaxilə etmişdilər və oyun Meksikanın 2-0 hesablı qələbəsi ilə başa çatmışdı. Daha sonra Ekvador Futbol Federasiyası meksikalı azarkeşlərin davranışı ilə bağlı FİFA- ya şikayət etmişdi.
Qeyd edək ki, İngiltərə ilə oyun iyulun 7-də Moskva vaxtı ilə saat 03:00-da başlayacaq.







