30 yaşı var, zavod direktorudur Uğur hekayəsi - FOTOLAR

Müsahibələr 21:56 17.09.2017

Karyerasına 7 il öncə başlayıb, lakin elə də böyük olmayan bu zaman kəsiyində özünü nəinki təsdiq edə bilib, hətta artıq rəhbər vəzifədə qərarlaşır. Hazırda çalışdığı şirkətdə işçilərin çoxu gənclərdir. Deyir ki, əməkdaşları ilə davranış zamanı işçi olduğu dövrləri göz önünə gətirir. Bir növ özünü işçinin yerinə qoyub, qərar verməyə çalışır. Müsahibimiz Azərbaycanın ilk mühərrik yağları istehsalçısı olan "Technol” şirkətinin icraçı direktoru Murad Rəfiyevdir.

Qeyd edək ki, Murad Rəfiyev 1987-ci ilə Bakı şəhərində anadan olub, orta təhsilini 289 saylı Zəngi liseyində alıb. Ali təhsil üçün seçimi isə Dövlət İqtisad Universitetinin iqtisadi münasibətlər fakültəsi olub.

- Murad bəy, indiyə qədər neçə iş yeri dəyişmisiniz?

- "Technol” mənim sayca 5-ci iş yerimdir. Karyerama "Atəşgah” Sığorta Şirkətində başlamışam. Ora mənim ilk iş yerim olub. Daha sonra "Azərtelekom” MMC şirkətinə keçdim. Öz sahəsində Azərbaycanın ən böyük iki şirkətindən biri idi. Orada satış və marketinq mütəxəssisi olaraq çalışmışam. Sonra yerli mobil operatorlarla çalışan "TIMWE” Qlobal şirkətinin Azərbaycan nümayəndəliyində fəaliyyətimi davam etdirdim. Dördüncü iş yerim ölkəmizdə boya sektorunda böyük şirkət olan "SOBSAN” firması oldu. O firmada biznesin inkişafı üzrə şöbə müdiri oldum. Bir il orda çalışdıqdan sonra "Technol” şirkətinin layihəsi ilə bağlı təklif gəldi və qəbul etdim. İl yarım layihənin üzərində çalışıb "Technol”u ərsəyə gətirdik. İcraçı direktor kimi çalışdığım "Technol” hazırda həm Azərbaycan, həm də Qafqazın ilk modern mühərrik və sənaye yağları istehsal edən zavodudur.

- Əvvəllər hansısa rəhbər vəzifəyə gənc kadr gətiriləndə belə bir fikir deyilirdi: Cavan uşağı gətirib o qədər adama rəhbər qoyublar, o nə bilir idarəetməni? Gənc rəhbər kimi sizin bu haqda fikirləriniz maraqlıdır...

- O yanaşma ilə bağlı fikirlərim nə müsbətdir, nə də mənfi. Təbii ki yaşlı mütəxəssislərin öz yeri var, onlar yeni kadrlara bir örnəkdir. Ancaq "Technol”u misal çəksək, şirkət qurulanda mən oradaydım, komandanın yığılmasında birbaşa iştirak etdim. Komandanın hamısı cavan kadrlardan ibarət idi. Onsuz da mühərrik yağları ilə bağlı sektor elədir ki, burada kadr çatışmazlığı hər an müşahidə oluna bilir və biz bu vəziyyəti daim hiss edirik. Maraq üçün deyim ki, hazırda bizim zavodda orta yaş həddi 29-dur. Amma mən müəyyən təcrübəyə malik insanların cavan kadrlara daha çox örnək olmasının tərəfdarıyam.

- Rəhbər və işçilər eyni yaşlarda olanda arada dost münasibəti də yaranır. Bu yaxınlıqdan istifadə etməyə çalışan, işinə müəyyən qədər məsuliyyətsiz yanaşan işçilər də olur. Sizdə hamısı gənclərdir. Bu balansı necə qoruyursunuz? 

- Bu fikirlə razıyam. Cavan kadr deyəndə burada təkcə yaş rol oynamır. Yanaşma tərzi, təhsil forması, iş təcrübəsi dəyişir. Yaşlı kadrlarımız sovet vaxtı böyümüşdülər, o vaxtın təhsilini almışdılar, onların işə yanaşma tərzi tamam fərqli idi. Cavan kadrların əksəriyyəti xaricdə təhsil alıblar, müstəqillikdən sonrakı təhsil sistemində oxuyublar, böyük hissəsi xarici və yerli şirkətlərdə təcrübə keçiblər, tamam fərqli yanaşmalara malikdirlər. Düzdür, cavan rəhbərin heyətlə dost olub-olmaması bir növ insanın özündən asılıdır. Amma qeyd etdiyiniz kimi, insanların bundan istifadə etməsi, vəzifə öhdəliklərini aşması çox yerdə var. Təbii ki bizim şirkətdə də ola bilər. Heç kim gələcəkdə olmayacağı ilə bağlı zəmanət də verə bilməz. Biz maksimum dərəcədə bunun olmaması üçün çalışırıq. Əsas məsələ odur ki, arzuolunmaz həddə çatdıqda bunu sivil yolla həll edə bilərik.

- Bu işdən uzaqlaşdırma ilə nəticələnə bilirmi?

- Nəticələnə bilər. Hədəfimiz sivil şirkət qurmaqdır. Ölkədə ən böyük zavodlarından birinin inşasını uğurla həyata keçirmişik və gələcəkdə də rəhbərliyin siyasətini davam etdirəcək kadrlar, komanda olmalıdır. Bu siyasəti davam etdirə bilməyən insanlar vəzifəsindən kənarlaşdırılır. Vəzifəsindən sui-istifadə edən, öhdəliklərini aşan şəxslər bizim şirkətin daxili iş prinsiplərini, korporativ dəyərlərini əzmiş sayılırlar. Bu da işin düzgün qaydada icrasına mane olduğu üçün sivil qaydada problemi həll edirik.

- İşçi olarkən öyrəndiyiniz nələri rəhbər olaraq bu gün tətbiq edirsiniz?

- 4 iş yeri dəyişsəm də, uzun illərə dayanan bir təcrübəm olduğunu deyə bilmərəm. 7 il ərzində yerli və xarici şirkətlərdə çalışmışam. İndiyə qədər qərar verən yox, işçiydim. Mərhələ-mərhələ bütün iş yerlərini mövqe artımı ilə tərk etmişəm. Çalışdığım 4 iş yerinin heç birindən kənarlaşdırılmamışam. İş təklif olunub, dəyərləndirib qarşılıqlı razılaşma əsasında başqa şirkətə transfer olmuşam. Hər iş dəyişimində daha üst vəzifəyə, məsuliyyəti daha çox olan yerə transfer olmağım həm məndən yuxarıdakı rəhbərliyin təcrübəsini qazanmağa kömək etdi, həm də onların iş prinsipini mənimsəməyə. Xarici şirkətlərə transfer olmağım 5 ilə qazana biləcəyim təcrübəni bir il, il yarım ərzində qazandırdı. Xaricilərlə işləmək, onların iş prinsipini, daxili etik qaydalarını öyrənmək, mənim üçün bu məsafəni sürətləndirdi. Dördüncü və indiki iş yerimdə rəhbər vəzifəyə yüksələndə bundan əvvəl qazandığım təcrübəni, gördüyüm idarəetmə sistemini tətbiq etməyə başladım. Özümdən Amerika kəşf etmədim. Gördüyüm, öyrəndiyim, bizim də dəstəklədiyimiz iş prinsipini tətbiq edirik.

- Qeyd etdiniz ki, öz işinizdə daim irəli getmisiniz. Təbii ki, hər kəsin karyerasında belə olmur. Bu irəliləməyin səbəbi nədir?

- Uğur qazanmaq üçün məsuliyyətli olmaq və gördüyün işi sevmək lazımdır. Bunlar olarsa, insan yerdə qalan bütün çətinlikləri aşmağa qadirdir. Bəzən deyirlər ki, xaricdə təhsilim olmadığı üçün istədiyim işi tapa bilmərəm. Mən xaricdə təhsil almamışam. "Ali təhsil almadığım üçün gələcəkdə uğurlu bir karyeram ola bilməz”, "Dil biliyim zəif olduğu üçün məni işə götürməzlər”, yaxud "Təcrübəm yoxdur deyə iş tapa bilmirəm” kimi fikirləri beyninə həkk edib, mütəmadi dil biliyini, təhsilini, dünyagörüşünü artırmayan, evdə oturmağı üstün tutan insanlar təbii ki gələcəkdə uğur qazanmayacaq. İnsan öz inkişafı üçün çalışmırsa, hansısa şirkətin irəli getməsi üçün nəsə edəcəyi də sual altındadır. Bəzən işlərdən ona görə imtina edirlər ki, maaş azdır, ağırlıq yükü çox. Ən böyük problem budur. İnsan bir il evdə bekar oturmağı daha üstün tutur, nəinki az maaşla işləməyi. "İş yükü çoxdur, maaş azdır”, "6 yox, 5 gün iş olsun”, "30 gün məzuniyyət verilsin”, "şirkət məni xaricə oxumağa göndərsin” kimi tələblərlə iş axtarırlar. O tələblərin qarşılanması üçün işçi çalışmalı, nəticə göstərməlidir. İnsan öz işinə məsuliyyət və sevgi ilə yanaşanda zamanla istədiklərinə nail ola bilir. Məsələn, mənə 7 il öncə zavod direktoru olacağımı desəydilər, gülərdim.

- Bəlli hədəfləriniz yoxuydu?

- Universitet vaxtı mənə "5 il sonra özünü harada görürsən” sualını verəndə cavab verə bilmirdim. Düşünürdüm ki, insan bunu necə bilər axı? Amma indi elə deyil. Müəyyən təcrübə qazanandan sonra insanda bəlli hədəflər formalaşır. Artıq yaxın illərdəki hədəflərimizin nə olduğunu bilirəm. Çox uzaq illəri deyə bilmərəm, amma 3-5 illik hədəfləri artıq müəyyənləşdirmək olur. İnsan daim hədəfə doğru getməlidir. Öz hədəfini müəyyənləşdirməyən insanın uğur qazanacağına inanmıram.

- Şirkətə yeni işçi gəlib və işə tam alışmayıb. Belə məqamlarda birbaşa özünüzün kömək etdiyiniz olubmu?

- Bizim şirkətdə çalışan hər kəs bunu təsdiq edə bilər ki, ehtiyac olanda noutbuku götürüb yeni gələn işçiyə işi tam olaraq özüm izah edirəm. Yeri gəlsə, bir həftə onunla bu işi görürəm. Burada özüm üçün hər hansı sıxıntı, eqo görmürəm. İndiyə qədər işçi olaraq çalışdığım zamanları göz önünə gətirirəm. Mənə kömək edən və etməyən müdirlərimi yada salıram. Birinci tərəf qalib gəlir və noutbuku götürüb işçinin yanında otururam.

- Ofislə yanaşı, istehsalatda rəhbərin işçilərə yaxın olması onlar üçün ayrı bir motivasiyadır. Qolunuzu çırmayıb istehsalatda işləmisinizmi?

- Zavodun qurulmasında birbaşa özüm iştirak etmişəm. Bizim investor deyir ki, Murad zavodun həm sürücüsü, həm fəhləsi, həm də müdiri olub. Zavod qurulanda işçilərlə bir yerdə çəlləkləri də daşımışam. Yeni vaxtlarda elə olub ki, administrativ heyətlə yağın qablara doldurulmasını həyata keçirmişik. Mənim kimi karyera keçmiş insanlarda bu məsələlər sıxıntı yaratmır. Müəyyən vaxtdan bir istehsalatda olan işçilərin yanına düşürük, zarafat da edirik, problemlərini öyrənirik. İşçi əgər sıxıntısı olan zaman çalışdığı yerdə maddini qoyaq kənara, mənəvi dəstək görməsə, o şirkət artıq onun üçün bitmiş olur. Yeni imkan olan kimi mütləq oradan ayrılacaq. Şirkətin və rəhbərin ən böyük hədəflərindən biri yığdığı komandanın uzun müddət onunla çalışmasıdır. Komandanın daim bir hədəfə vurması üçün rəhbər bunu daim diqqətdə saxlamalıdır.

- Yəni, yaxşı kadrı saxlamağı bacarmaq lazımdır?

- Təbii ki. Amma kadr da bu məsuliyyəti dərk etməlidir. Bacarıqlı, savadlı bir kadr həm də öz işinə məsuliyyətli yanaşmalı, etik qaydalara riayət etməli, komanda ilə işləməyi bacarmalıdır.

- Bayaq uğurun sirrindən danışdınız. Bəs özünüzü uğurlu insan hesab edirsiniz?

- 29 yaşımda əldə etdiklərimə baxsaq, özümü uğurlu hesab edirəm. Mənimlə bir yerdə iş həyatına addım atan insanlara baxdığımda bunu daha çox hiss edirəm. Bu nailiyyətimi 40-50 yaşlarımda əldə etsəydim, normal qəbul edərdim. Hamı necə, mən də elə. (kaspi.az)

 

 

Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO

Xəbər xətti

İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Almatı danışıqları 2 gün davam EDƏCƏK
16:02 10.05.2024
Sülh müqaviləsi bu gün imzalana bilər? - Siyasi şərhçinin RƏYİNDƏ
16:00 10.05.2024
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
Ceyhun Bayramov: Sərhəddə dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır - VİDEO
15:56 10.05.2024
Qazax istiqamətində sərhəd dirəklərinin quraşdırılması başa çatır - RƏSMİ
15:43 10.05.2024
Rusiyanın Ermənistandakı hərbi varlığı regiona necə təsir edəcək? - Oleq Kuznetsov ilə MÜZAKİRƏ - VİDEO
15:39 10.05.2024
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
Azərbaycan Şərqi Avropa üçün niyə önəmlidir? – Politoloqun ŞƏRHİNDƏ
15:30 10.05.2024
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
Azərbaycan QHT-ləri Keniyada ağac əkiblər - VİDEO
15:28 10.05.2024
Ağdamda lüks mənzillər satışa çıxarıldı - QİYMƏTLƏR
15:23 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində
15:16 10.05.2024
Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı
15:15 10.05.2024
Ceyhun Bayramov: “Ermənistanla normallaşma prosesinə böyük diqqət yetiririk”
15:15 10.05.2024
Prezident və Birinci xanım Şuşada Çöl Qala məscidində
15:10 10.05.2024
AZAL-ın kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edib
15:01 10.05.2024
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
“Bu layihə Azərbaycanın regiondakı iqtisadiyyatını gücləndirəcək” – İqtisadçı Ekspert Açıqladı
15:00 10.05.2024
Bərdədə qadın qohumu tərəfindən
14:54 10.05.2024
Prezident və Birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində
14:44 10.05.2024
Şuşada elektrik avtobuslar istifadəyə verildi
14:42 10.05.2024
Universitetə qəbul olmaq istəyən subbakalavrların NƏZƏRİNƏ – Qeydiyyat BAŞLADI
14:37 10.05.2024
"Heydər Əliyev mənimlə 1 saat təkbətək söhbət etdi" - Rafiq Bağırov  - VİDEO
14:30 10.05.2024
Mehriban Əliyevadan Heydər Əliyevin 101-ci ildönümü ilə bağlı paylaşım -FOTO
14:28 10.05.2024
Azərbaycan və Ermənistan XİN başçılarının GÖRÜŞÜ BAŞLADI - VİDEO
14:17 10.05.2024
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
Elmar Məmmədyarov: "Həyatım boyu kasıb insan olmamışam" - VİDEO
14:16 10.05.2024
“Narkotiklə bağlı ölümlərin sayı statistik göstəricilərdən daha çoxdur” – Narkomaniya üzrə ekspertlə ÖZƏL MÜSAHİBƏ
14:00 10.05.2024
Prezident Köndələnçay su anbarları kompleksinin açılışında
13:39 10.05.2024
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşdü
13:10 10.05.2024
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda birinci tunelin açılışında
13:04 10.05.2024
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
Ukrayna 20 min məhbusu cəhbəyə göndərir
13:00 10.05.2024
Xankəndidə Türkiyə konsulluğu açılacaq? – Səfirdən AÇIQLAMA
12:51 10.05.2024
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
Microsoft ABŞ kəşfiyyatı üçün süni intellekt hazırlayıb
12:42 10.05.2024
"Paşinyanın sülh təşəbbüsü erməni revanşistlərini dərindən narahat edir" - Türkiyəli Politoloq - VİDEO
12:30 10.05.2024
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
Ukraynada sülhə gedən yol danışıqlardan deyil, döyüş meydanından keçir - Finlandiya Prezidenti
12:28 10.05.2024
BMT: “COP29-la bağlı Azərbaycana dəstək vermək öhdəliyimizdir”
12:26 10.05.2024
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
Azərbaycandan Yaşıl Enerji sahəsində MEQA LAYİHƏ
12:25 10.05.2024
Umud Mirzəyev: “Heydər Əliyev əbədiyaşar liderdir”
12:22 10.05.2024
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
Netanyahu: "Sona qədər dırnaqlarımızla döyüşəcəyik" - VIDEO
12:20 10.05.2024
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
Kral Çarlzdan yeni həmlə: Şəhzadənin səlahiyyətlərini əlindən aldı
12:15 10.05.2024
İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO
12:12 10.05.2024
İŞİD-in Azərbaycandakı üzvlərinə HÖKM OXUNDU
12:05 10.05.2024
"Məni professional fotoqraf edən Heydər Əliyev oldu" - Rafiq Bağırov - VİDEO
12:00 10.05.2024
Hamısı