"Gərək Zərnigar Ağakişiyeva ilə barışaydım" xalq artisiti Səfurə İbrahimova

Müsahibələr 01:00 25.02.2018

Xalq artisti ilə həzin söhbət: Rasim Balayevin zəngi, Əllabas Qədirovla bağlı bəd xatirə, Adil İsgəndərovun təbriki, uğursuz ailə həyatı, tənhalıq...

Nardaranlı Ağababa kişinin qızı idi. Bakıda doğulmuşdu. Atası indiki dillə desək, iş adamı olub, sovet dönəmində bütün varidatı əlindən alınıb. Azərbaycanın ucqar dağ kəndlərində birinə ailəsi ilə sürgünə gedəndə isə cəmi dörd yaşı var imiş. Sonra bəraət alıb atası. Bakıya dönüblər. Qayıdanda da rahat həyat yaşamayıb. Qohum-əqrəba qapısında qalıblar bir müddət. Sonra altı nəfərlik ailə cəmi doqquz kvadratlıq, bir otaqlı mənzilə sığınıb. Deyir, dörd yaşından anasına gücü çatan hər şeydə kömək edib. Yaşına uyğun olmayan əziyyətlərə qatlaşıb. Adamı kəsib keçən bir söz də dedi. Boynunu büküb, kövrələ-kövrələ qayıtdı ki, hərdən uşaqlığımı oynamaq istəyirəm, oynayıram da bəzən. Kənardan baxan olsa, elə bilər, dəliyəm. Amma dəli-zad deyiləm, “mən heç uşaq olmamışam, qızım”...

...Nə qədər əziyyət çəksə də, kimsəyə dərdlərindən danışmayıb. “Hamının dərdi özünə bəsdir” deyib. Elə hamının ağlında da çəkdiyini biruzə verməyən, gülərüz, maraqlı obrazlarla yadda qalıb xalq artisti Səfurə İbrahimova. Onu dinlədikcə ağlımdan bu cümlə keçirdi bütün söhbət boyu. Ölkənin ilk Bahar qızı, Novruz şənliyinin ilk yaraşığı olub bu qadın. Amma o bahar qızın qış həyatı var imiş, sən demə. Bahara gələn qışsa insana ancaq fəlakət gətirər...

***
...Yaşadığı binanın qarşısına çatanda hələ görüşə biləcəyimə ümidvar deyildim. Üzü bəzəkli, blokları, mətəbələri kəskin qoxulu, çirkablı köhnə doqquzmərtəbəli binanın beşinci mərtəbəsində yerləşir mənzili. İllərdir özünü bu binadakı mənzilə həbs edib. Həftə ərzində bayıra çıxdığını ancaq iki halda görmək olar. Bir ərzaq almağa, bir də dərman dalınca gedəndə. Qapısını adamların üzünə açmır. Bəlkə də peşə marağından yanaşsam ilk dəfədir o gün qorxuya və qaranlığa minnətdar oldum. Bu iki hiss Səfurə xanımın qapısını üzümə açdı. Qaranlıqda olmasına səbəb işığının kəsilməsi idi. Evinin soyuq olmasının səbəbi elektrik sobasının işləməməsi idi. “Sizə qonaq gəlmişəm” dedim.

-Yox, gəlmə, istəmirəm, işığım sönüb, evim yaxşı deyil, soyuqdur. Qaranlıqda qonaq qarşılamıram. Səni də heç tanımıram. Mən belə şeyləri sevmirəm, çıx get! Qapı aralı qalanda lap soyuq olur, üşüyürəm.

-Mən sizi belə qoyub gedə bilmərəm axı...

-Get, indi qonşu qız gəlib pulu ödəyəcək, sonrasına Allah kərimdir. Mənim borcum olmamalıdır. Bilmirəm niyə kəsiblər. Həmişə ödəmişəm. İndi lap ödəsəm də, kim calayacaq cərəyanı, bilmirəm...

Söz arası: Təsadüflərə inanmıram. Sadəcə zərurətlər var. Bütün təsadüflər isə adamı o zərurətə aparan səbəbdir. İşığının kəsilməsi, xəstə qadının soyuqda qalması, üstəlik, onun tanınan adam olmasını bilən birinin belə davranması əməlli qıcıq yaratmışdı məndə. Necə yəni, belə bir adamın işığını kəsib soyuqqanlı şəkildə çıxıb getmək, onu soyuqda qoymaq olar?! Yəni onun bizim qarşımızda borclu olduğu qırx doqquz manat qədər hörməti yoxdurmu? Pilləkənləri aşağı endim. Məhlədəki adamlardan əraziyə nəzarət edən elektrik mühəndisini tapmaqda kömək istədim. Sağ olsunlar, tapdılar. O da sağ olsun ki, bir neçə günlük zəmanət aldıqdan sonra mənzilə yenidən ellektrik enerjisi verilməsinə şərait yaratdı. Təkrar qapısındayam. Bu proses bitənə qədər beşinci mərtəbəyə azı altı-yeddi dəfə qalxıb enməli oldum. Artıq məqsəd təkcə müsahibə deyildi. Müsahibə olmur, heç olmasın, təki bu çətin həyat yaşayan yaşlı qadın heç olmasa işıqlı evdə otursun. Qapının ağzında dayanıb diqqətlə üzümə baxdı, adımı soruşdu, “yoruldun sən, bala, gəl içəri” dedi. Beləcə, söhbətə başladıq, Bahar qızın qış həyatı haqda söhbətə...

Rza Təhmasibin sevimlisi...

-İlk rolumu on dörd yaşımda oynadım. Onda dram dərnəyinə üzv yazılmışdım. İki bəndlik şer dedim səhnədə. Adamın ayağını yerdən üzən şeydir səhnə. Sonradan alışdım. Sənətin dərinliklərini isə Rza Təhmasibin sinfində öyrəndim. Sərt adam idi. Öyrənmək istəməyənə ağır söz deyərdi. O üzdən çəkingənliyim vardı Rza müəllimdən. Amma rolunu yaxşı oynadınmı, başının tacı idin.

-İlk rolunuza görə nə qədər maaş yazmışdılar?

-Yaşım az idi. Onda Nəcibə Məlikova, Sofa Bəsirzadə, Leyla Bədirbəyli, Hökümə Qurbanova var idi. Elə sevinirdim onları gördüyümə. Məni heç pul maraqlandırmırdı. Baxmayaraq ailəmizin maddi durumu ağır idi, boynumda böyük məsuliyyət var idi buna görə. Bir rola görə cəmi səksən qəpik yazırdılar, səsimi də çıxarmırdım.

-Az deyildi?

- Məbləğ nə qədər olmalıdır, bilmirdim axı. Bir söz də deyim, bircə donum vardı. Onu yuyub geyinirdim. Bir gün rəhmətlik Nəcibə xanım mənə dedi ki, ay qız, sən bu boyda teatrda işləyirsən, rolların var, səni tanıyırlar, bu nə üst-başdır?! Niyə əyninə paltar almırsan? Dedim, Nəcibə xanım imkanım yoxdur. Təəccübləndi. Necə yəni?!.. O zaman teatra Mehdi Məmmədov rəhbərlik edirdi. Nəcibə xanım mənim məsələmi qaldırdı. Məlum oldu ki, bu qədər zamandır çalışmağıma baxmayaraq, məni hələ heç ştata da götürməyiblər. Üstəlik, o qədər əziyyətin qarşısında ən az pulu da mənə yazırlar. Mehdi müəllim zəhmli adam idi, dedi, biz fikir vermirik-vermirik, sən niyə səsini çıxarmırsan, ay qız? Dedim, düşünürəm, yəqin belə məsləhətdir. Həmin gündən sonra həm ştata götürdülər, həm də maaşım artdı.

Daha mənə sataşmırdı...

-Mən eşidəndə ki, Zərnigar Ağakişiyeva rəhmətə gedib, inanmadım. O ölə bilməzdi axı. O gümrah idi, sərt qadın idi. Sözünü bircə dəfə deyərdi. Necə yəni öldü? Bircə ona pis oldum ki, gərək Zərnigarla barışaydım.

-Niyə küsmüşdünüz ki?

-Onun qəribə xasiyyəti var idi. Adamı qıcıqlandırırdı. “Sevil”i məşq edirdik. O Dilbəri oynayırdı, mən Sevili. Sözlərim olan yerdə, başladı mahnı mızıldanmağa. Hamı dayanıb baxdı ki, axı bu neynir? Dedim, ay qız, sözlərimin üstündə mahnı oxuma, unutmamışam axı, bu nə hərəkətdir? Heç əhəmiyyət də vermədi. Çünki o məqamda beyninə elə yerimişdi. Adamı kobudlayıb, çaşdırmaq. İncidim və danışdırmadım. Əslində bizim qəribə münasibətimiz var idi. Hər yerdə bir idik. Rol oynayırdıq, dialoqlarımız var idi, amma təkcə səhnədə. Səhnədən kənarda mən uzaq idim hamıdan. Bir dəfə də qəribə bir hadisə oldu. O çox yorğun gəlmişdi, həm də qızlara ac olduğunu dedi. Biz əsas məşqə girəsiydik. O zaman tamaşanı komissiya baxıb təhvil alırdı teatrdan. Bir balaca səhv hamımızı biabır edərdi. Gördüm, heç halı yoxdur. Həmişə evdən hazırlıqlı gəlirdim. Blirdim, işimiz uzun olur. Otağıma keçdim, yeməyimi iki yerə böldüm, yanına yaxınlaşıb uzatdım dinməzcə, o da səssiz-səmirsiz aldı. Həmən uzaqlaşdım. İstəmədim mənə təşəkkür eləsin, çünki danışdırmayacaqdım. Beləcə, səssiz bir anlaşmamız yarandı həmin hadisədən sonra. Susub işimizi gördük. Və daha mənə sataşmırdı...

Söz arası: 
-Səni burda səhərdən oturtmuşam, heç səsin də çıxmır. Ay qızım, sən acından, susundan birtəhər oldun ki...
Bu sözünə ikimiz də güldük. Yox, dedim, sizi dinləmək ən dadlı yeməkdən daha vacibdir. 
-Yox, e, yox, dur bir yüngülcə nəsə hazırlayaq. Dəm qaşığında təzə çay, buterbrod, bir də “Moskviçka” konfeti...
Söhbətimizə belə davam edirik vəəə...
...Qəfil zəng...

Xeyli zamandır bu zəng gözləyirdim. O da müsahibdir. Həm də hamını yaxın buraxmayan müsahib:

-Bəri bax, mənəm, ay Jalə, Rasimdi, Balayev. O bizim məsələni neyniyək (müsahibə vermək üçün mənə verdiyi sözü deyir-J.M)

-Necə edəcəyik? Nə vaxt deyirsiniz, mütləq görüşək. İndi bilirsiniz hardayam?

-Yooox... (Səsindən anlaşılır ki, təəccüblənir-J.M)

-Səfurə İbrahimovanın yanında.

-Yox aaa, o ki adamlara qapı açmır.

- Bir olay oldu, mənə açdı, sevindim...

-Ver ona görüm telefonu...

Söhbətin gerisini sadəcə müşahidə elədim. İki möhtəşəm sənət adamının bir-bri ilə azı iyirmi ildən sonra ilk ünsiyyəti idi bu:

-Can, Rasim, cannn! Sənə qurban olum, eşidirsən, qurban olum! Sən bir dənəmizsən!..

Rasim müəllim söhbətin müəyyən mərhələsində ondan nəyə ehtiyacı olduğunu soruşdu. Hıçqıra-hıçqıra cavab verdi:

-Rasim səsə ehtiyacım vardı eyy, səsə. Sənin, Fuadın səsinə. Sizə qurban olum, xəstələnməyin, tək qalmayın, sağlam yaşayın. Mənim kimi olmayın. Fuadı eşidib ölürəm, Rasim, gedə də bilmirəm.

Картинки по запросу səfurə ibrahimova

Söz arası: Beləcə xeyli dərdləşdilər və sağolaşdlar. Baxırsan, dolub, donub qalırsan. Axı necə ola bilər? Necə insan özünü belə cəzalandırar? İllərdir evdən çıxmasının ikicə səbəb olar: ərzaq və dərman. Necə ola bilər, insan bu qədər il ərzində özünü hər şeydən məhrum qoyar? Sevilər, ailə qurmaz. Kimsədən üzr qəbul etməz. Həə, bu məqamda anlayırsan ki, qadın, ya kişi, fərq eləməz. İnsan bir dəfə üz döndərər, iyrənər, bezər və gedər. Belə gedişin cəzası nə olur-olsun, dönüşü qətiyyən olmaz. Təkcə gedənin faciəsi olar bu. Amma yenə də o gedən etirazından, cəmiyyətdə baş verənlərə üsyanından vaz keçməz, gedər. Xəstəliklərdən, tənhalıqdan, əlindən alınacaq hər şeydən çəkinməz. “Siz onsuz da adam olmayacaqsınız, mənli, ya mənsiz, nə fərqi var ki” deyər...
Əlabbasa Qədirova görə getdim...

-Bilirəm durub baxmağından ki, soruşacaqsan bu qədər ağlayırsan, bəs niyə getdin? Mən Əlabbasa görə getdim. Daha doğrusu, onun məni pərt eləməsini qəbul edə bilmədim.

Картинки по запросу səfurə ibrahimova

-Nə demişdi ki?

-Hər il teatr sezona başlayanda rəhbərlik iclas edirdi. İclasa on iki dəqiqə gecikmişdim. Astaca içəri girdim. Məni qapıda görən kimi başladı ki, gecikəni bağışlamayacağam, kim olur-olsun, ona keçmərəm, vaxtında gəlin, heç kim kimdənsə artıq deyil. Sonra da üzümə baxıb dedi ki, keç otur aşağı, görmürsən orda yer var, nə dayanmısan?! Bir xeyli diqqətlə üzünə baxdım. Oturmadım. Otaqdan çıxdım. Çox pərt olmuşdum. Ağlayırdım. Məni hamının yanında biabır elədi. Ara yollarla evimizə gəldim. Özü də qaça-qaça. Qələm-kağız götürüb işdən çıxmaq barədə ərizə yazdım. Səhəri teatra gəldim. Qalxdım qəbul otağına. Katibəyə ərizəmi verib dedim ki, mən çıxandan on dəqiqə sonra müdirinə ver, qol çəksin, göndərsin aşağı, gəlib götürəcəm iki günə. Gəlmədim. Evə dayanmadan zəng gəlirdi, dedilər, təcili teatra qayıtmalısan. Dedim, ölsəm də gəlmərəm. O, məni rüsvay elədi. Sonra peşman olmuşdu. Məni geri çağırdı. Sözünü yerə salmadım, getdim. Dedi ki, iki ay dincəl, maaşına da dəyməyəcəyəm. Amma gəl, teatrdan getmə, o boyda rolların var. Əslində qərarımı vermişdim. Düzü, həm getmək istəmirdim, həm də özümə sığışdırıb qala bilmirdim. İclasda məni pərt eləməsini qəbul edə bilmirdim. On iki dəqiqəyə görə adama o cür sözlər deməzdilər axı. Hələ çoxunu deyə bilmirəm söylədiklərinin. Həm də mənim qədər statuslu adama o münasibət yaraşmazdı. Amma yenə də onun sözünü yerə salmadım. Ərizə yazandan sonra düz bir il teatrda işlədim. Əslində məqsədim var idi. Mən teatra illər öncə oktyabrda gəlmişdim, 2005-in oktyabrında da getdim. Səhnəyə İlyas Əfəndiyevin hekayəsində balaca bir obrazla gəlmişdim. İlyas Əfəndiyevin “Hökmdar və qızı” ilə də getdim. İlk rolumu Həsənağa Turabovla oynamışdım. Son rolumu Əlabbasın özü ilə oynadım. Əslində heç kim bilmədi, o gedişlə özümü bitirdim. Yaşamadım, məhv oldum. Bezdim ağır həyatdan, söz-söhbətdən, atmacalardan, intriqalardan. Anlayırsanmı, qızım, adam birdən bütün gördüklərindən iyrənir və dönüb gedir. Mənim gedişim əslində üsyan idi. Amma qanan olmadı. Çoxunun da ürəyindən idi. Əldə eləmək istədikləri rolları qoydum onlara.

-Bir ara deyirdilər, sizin fəxri ad almağınızı əngəllmək istəyənlər var imiş?

-Var idi. Hələ bu harasıdır. Hökümə Qurbanovadan sonra onun otağında mən olurdum. Qrimi, geyimi orada düzəldirdilər. Dəfələrlə səhnəyə çıxmamı əngəlləməyə çalışıblar. Qaranlıq otaqda ayağımın altına dəmir parçası tullayıblar ki, yıxılım, zədələnim, tamaşa alınmasın. Mənə görə biabırçılıq yaşansın. Amma alınmayıb. istəməyənlər orada o qədər oyun çıxarıb ki, detallara varmıram. İndi ad məsələsini yadıma saldın deyə deyirəm. Azərpaşa Nemətov mənim ad almaq üçün təqdimata göndərilməyimi istəməyib. Bilmirəm, bəlkə də belə deyil, hər halda mənə belə dedilər. Ona bircə xəbər göndərdim. Məndən Allah hər şeyi alıb sənət verib. Mənimlə işi olmasın kimsənin. Allahın verdiyi nəyisə bəndə ala bilməz. Bu mesajdan sonra məndə əminlik oldu ki, o nəsə edib. Əks halda heç olmasa xəbəri olmadığını deyə bilərdi.

Картинки по запросу səfurə ibrahimova

-Allah sizdən nəyi alıb ki?

-Ailəmi. Otuz altı yaşında ailə qurdum. Beş il evli qaldıq. Övladım olmadı. Problem məndə olduğu üçün istəmədim yoldaşım övladsız qalsın. Müraciət elədik, rəsmən ayrıldıq. O, Ukraynada sahə müvəkkili kimi çalışırdı. Elə orada da qaldı. Sonra bir rus qızla ailə qurmuşdu. On il keçirdi boşanmağımızdan. Bir gün gördüm qapı döyüldü. Yoldaşım gəlmişdi. Yanında da balaca, qarayanız bir oğlan vardı. Dedi ki, oğlumdur. Təbrik elədim. Oturub söhbət elədik xeyli, çıxıb getdi. Bilirsən, ondan heç incimədim. Onu övladsız qoymağa haqqım yox idi. Allah məni o rütbəyə layiq bilmədi, ana olmağa. Amma sənət verdi.

-Ana olmasanız da ailə qura bilərdiniz. Heç təkliflər oldumu?

-Oldu, amma məncə ailənin yaraşığı qadının ana olmasındadır. Ailə qursam da ana olmayacaqdım. Kiminsə övladına baxacaqdım. Bu ağır məsələdir. Heç kim qarant dura bilməzdi ki, bir gün sağlam qadın olmadığımı üzümə vurmayacaqdı ailə quracağım kişi. O üzdən elə tək yaxşıdır. Bir də artıq ikinci dəfə ailə qurmaq istəyənlər mənə seçim təklif edirdilər.

-Nə kimi seçim?

-Ya teatr, ya da ev, mətbəx. Mən teatrsız ola bilməzdim. Həm də düşündüm ki, tənhalıq mənim alın yazımdır.
Söz arası: “Bunu yaz” dedi. “Həmişə mənəvi borclu olduğum adamlar var. Həm də çox az sayda. Heydər Əliyev onlardan biridir. Mənə çox şey edib. Əməkdar, xalq artisti adlarını almışam, əmək veteranıyam, dövlət mükafatı laureatı olmuşam, prezident təqaüdçüsüyəm. Bunların hamısını mənə o verdi. Onun mədəniyyət adamlarına fərqli münasibəti var idi. Bəlkə məni şəxsən tanımış olmasaydı o adları amağıma da kimsə kömək etməyəcəkdi. İndi o təqaüdə görə başım dik, üzüm ağdır. Bircə ayağımdakı ağrılar imkan versə, hər şey daha yaxşı olacaq. 
Dilbəri Amalya, Şəfiqə də oynaya bilərdi...

-Siz Cəfər Cabbarlının “Sevil”ində Sevili, sonra Dilbəri oynamısınız. İkisi də ciddi, məsuliyyətli obrazdır. Amma Dilbər sizin tipiniz deyil. Maraqlı olanı isə budur ki, alındı. Necə xatırlayırsınız?..

-O filmi rusiyali rejissor çəkirdi, Qori Kir. Adil İsgəndərovla söhbət edəndə bildirib ki, Dilbər roluna məni çəkmək istəyir. Adil müəllim Şəfiqə Məmmədova və ya Amalya Pənahovanı məsləhət bilib. Deyib, o rolun “anası” bu iki qadın ola bilər, amma Səfurə fağırdır, onda Dilbər alınmaz. Kir də deyib onda mütləq alınacaq, alınmasa filmdəki qonorarımdan imtina edəcəyəm. Beləcə, mən çəkildim və deyəsən, alındı. Filmə Adil müəllim xanımı ilə gəlmişdi. Mənə qayıtdı ki, “qadam, səndən yaman Dilbər alınıb. Mən buna yox, özümün səndə yanılmağıma məətəl qalmışam”...

Söhbətin bu məqamında ürəkdən güldü Səfurə xanım, niyəsini soruşdum. Dedi, Adli müəllim düz bir ay hər rastlaşanda bu rola görə onu təbrik edib və üzr istəyib...

Картинки по запросу səfurə ibrahimova

Söz arası: Hərdən oturduğu stoldan ayağa qalxırdı. Ayağındakı kəskin ağrılara dözə bilmədiyinə görə. Sakitləşəndən sonra dedi ki, bax, qızım, Sara Qədimova, Eldəniz Zeynalov, Leyla Bədirbəyli ayağından oldu, mən olmaq istəmirəm, qorxuram, təkəm axı. Dünyaya tək gəlmişəm, tənhalıq üçün yaranmış adamam. Kecirmədiyim xəstəlik yoxdur. Amma yenə də öləndə özümdən başqa kimsə əziyyət çəksin istəmirəm. Kiməsə yük olmaq ağır işdir.

-Səhərdən istəyirəm bir şey soruşum sizdən, atanız əslən nardaranlı olub. Aktrisa olmağınıza necə mane olmayıb? Ora bir az mühafizəkar kənddir...

- (Gülür-J.M) Anam atamdan “yava” idi. Öldürürdü məni ki, kənddə ad çıxarmısan, biabır olmuşuq. Atam da acılayırdı onu. Deyirdi, kəs, sən elə şeyləri bilməzsən. Məni “Vaqif”də Gülnar rolunda görmüşdü. Deyirdi, səninlə elə fəxr eləyirəm, mənim yaraşıqlı qızımsan. Onun yaxşı saz çalmağı vardı. Mədəniyyət, incəsənət adamı idi atam. Özü də bilirdi ki, mənim canım işimdədir. Nə işimə, nə ailəmə yalanım, yanlışım, xəyanətim olmadı. Məni yıxan edilən xəyanətlər oldu...

Son: Düz altı saatidir ki, danışırıq. Məni evinə buraxmaq istəməyən qadın, indi məni evindən buraxmır. Altı saatlıq söhbət elə bil onu başqa adam eləmişdi. Danışmaq, danışmaq, hey danışmaq istəyir. İllərdir yığılıb qalan bütün söhbətlərini yarı-yarımçıq da olsa anlatmağa çalışırdı. Mart girsin, müalicə alacaq, qarderobunu təzələyəcək, evini yenilmək üçün rəsmi qurumlara müraciət edəcək, onsuz da pulu var hesabında. Prezident təqaüdünün yarısı hər ay üst-üstə yığılr qalır, neynəyəcək ki?! “Sonra gəlib məni parka gəzməyə apararsan” dedi. Başımın hərəkəti ilə söz verdiyimi təsdiqlədim. Bir də dedi ki, alış-verişə çıxaq, gözəllik salonuna gedək. Saçlarını başqa cür boyamaq istəyir. Bir sözlə, o altı saatdan sonra bəlkə rol təklifi alsaydı, onu da dərhal qəbul etməyə hazır vəziyyətə gəlmişdi. Əsində nəyi edib, nəyi etməyəcəyini bilmirəm. Çünki bu həmin an üçün dedikləri idi Səfurə xanımın. Siz itmiş işığın bir insanın üzünə necə döndüyünü və ona nə qədər yaraşdığını müşahidə eləmisinizmi?! O anı bu qadında yaşadım. Ağrısa da, ayağa qalxıb “sən “Madam Tudor”u görməmisən, indi sənə Ceyni xatırladaram” deyib, obraza da girdi. Həmin anda onun evi bəlkə elə ikimizə də möhtəşəm teatr səhnəsi kimi oldu. Təəssüf doğuran tamaşaçının cəmi bir adam olması idi. Yüzlərlə alqış əvəzinə cəmi bir adam alqışladı kasıb, dar otağında Səfurə İbrahimovanı. Beləcə, Ceyndən Dilbərə yol aldı, sonra Sevilə keçdi. Rəna da oldu, Gülnar da. Sakitcə üzümə baxanda isə durub bu zərif vücudun boynunu qucaqladım. Çünki bizim ölkənin insanı işsizlikdən, maddi problemdən, ehtiyacdan ölmür. Ona sarılacaq bir adamı gözləyə-gözləyə, sevgisizlikdən, diqqətsizlikdən məhv olur. Həm də mənəvi, yaşaya-yaşaya yəni. Heç nəyiniz olmasa da iki qolunuz var, insanlar. Ehtiyaclı adam görəndə ona mökəmcə sarılın, dərdləşin və deyin ki, bağışla, insanım, mənim sənə verə biləcəyim başqa nəyimsə yoxdur. Bəlkə sarıldığınız insanın da o iki qoldan savayı bir şeyə ehtiyacı olmur, sevimli Səfurə xanım kimi...

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
Hamısı