Prezident seçkiləri ərəfəsində Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov xarici mətbuat nüməyəndələrini qəbul edib və İtaliyanın Report Difesa mətbu orqanına müsahibə verib. Eurasia Diary italiyalı jurnalist Dominiko Letisiyanın aldığı müsahibəni oxucularına təqdim edir.
Dünən, seçkilərə cəmi bir gün qalmış bizim, İtaliya və xarici mətbuatda çalışan digər həmkarlarımla Azərbaycanda medianın rolunu artırmaq məqsədilə Mətbuat Şurasının sədri və Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov ilə görüşmək imkanımız oldu.
Azərbaycan KİV menecmenti sahəsində öndə gedir, çünki o multimedia kontentindən yararlanmaqla sosial və onlayn medialara fokuslanıb.
1991-ci ildə müstəqillik əldə etdikdən sonra, Azərbycanda yeni telekanal və qazetlər yaratmaq, onları idarə etmək imkanı yarandı. Yeni KİV-lər sənədlərini Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsinə təqdim edərək, asan şəkildə qeydiyyatdan keçə bilərlər. Sertifikatın alınmasından sonra, həm xəbər agentlikləri, həm kütləvi informasiya vasitələrinin digər növlərinin fəaliyyətlnə dövlət nəzarət etmir.
Ölkədə fəal qəzetlərin sayı çoxdur, həmçinin sosial KİV-ə münasibətdə senzura yoxdur.
Qeyd etmək lazımdır ki, Azərbaycanda 2 milyon Facebook istifadəçisi var və onların da fəaliyyəti senzura ilə məhdudlaşmır.
Bundan əlavə, hətta hökumət və qeyri-hökumət institutları sosial mediada fəaldırlar və sosial şəbəkələri, xüsusən də Facebook-u, gündəlik həyatlarında istifadə edirlər.
Azərbaycanın əhalisi onlayn və yaxud ənənəvi KİV-lərə çıxışda, həmçinin, yeni məlumatların əldə edilməsində heç bir məhdudiyyətlə rastlaşmır.
Qeyd edək ki, müsəlman əhalisinin çoxluğuna baxmayaraq, Azərbaycan dünyəvi dövlətdir və burada dini azadlıq mövcuddur.
Digər tərəfdən isə, Azərbaycanda hər il keçirilən Beynəlxalq Humanitar Forum zamanı bir çox ölkələrin nümayəndələri dini eklstremizm, demokratiya və multikulturalizm kimi bir sıra ciddi məsələlərin müzakirəsi üçün Bakıya gəlir. Azərbycanda Amerika KİV-ləri çox populyardı, əhalinin əksəriyyəti ABŞ-ın informasiya sistemi barədə mübət fikirdədir.
“Qafqaz regionunda parlament və demokratiya institutları quraraq biz qərbin demokratik dəyərlərini təqib edən ilk ölkə olduq. Onu da qeyd etmək lazımdır ki, 2007-ci ildən 2015-ci ilə kimi Azərbaycan və Avropa media sektoprunda sıx əməkdaşlıq aparıb. Biz Avropa və ABŞ kommunikasiya institutlarının mexanizmlərini qəbul etməyə və tətbiq etməyə çalışdıq.”
Sonda, Amaşov bildirib ki, 11 aprel prezident seçkilərinin monitorinqində 7 telekanal, 15 qəzet və 10 xəbər agentliyi iştirak edəcək.