“Kişisənsə, sözünün arxasında dayan!” Azərbaycanlı deputat Paşinyana səsləndi

Müsahibələr 12:08 08.08.2019

“Ermənistanın qurduğu, ancaq özünü çox açıq şəkildə göstərən tələyə düşmək olmaz”

Eurasia Diary bildirir ki, deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov “Yeni Müsavat”a geniş müsahibə verib. ABŞ-Azərbaycan əlaqələri, Ermənistan rəhbərliyinin son təxribatçı bəyanatları və torpaqlarımızın azad olunması imkanlarından bəhs edən müsahibəni təqdim edirik:

- Səməd bəy, ABŞ-ın Azərbaycana 100 milyon dollar məbləğində yardım ayırmaq qərarı erməniləri kifayət qədər narahat edib. Vaşinqtonun Azərbaycanla bağlı qərarına müxtəlif prizmalardan yanaşılır. Sizdəki məlumat və ehtimallar nədən ibarətdir?

- Bu, sadəcə, hansısa bir cizgi deyil. Bu, ermənilərin uzun illər beynəlxalq səviyyədə apardığı siyasətin yavaş-yavaş iflasa uğramasının cizgiləridir. Yəqin ki, siz bilirsiniz, biz bir müddət bundan əvvəl ABŞ-daydıq. ABŞ-da olanda elə məhz Konqresdə Beynəlxalq Əlaqələr Komitəsinin bununla bağlı dinləmələrində iştirak etdik, müzakirələri izlədik. Konqresmenlərlə görüşəndə konkret olaraq bəzi fikirləri də çatdırdıq. O fikirlərdən biri də bundan ibarət idi ki, Ermənistan ABŞ Konqresinə, ümumiyyətlə, ABŞ hökumətinə müraciət edərək Dağlıq Qarabağ üçün onlara pul ayrılmasını istəyib. Bunlar Dağlıq Qarabağda “minadan təmizlənmə işləri üçün” xüsusi yardım istəmişdilər. Yəni bu ad altında, özündə humanitar məqsədi ehtiva edən məsələ kimi müraciət etmişdilər. Sonra isə ermənilər özləri Suriyaya Ermənistan hərbçilərini göndərdilər ki, erməni qoşunları bu ölkədə minadan təmizləmədə - humanitar missiyada iştirak etsinlər. Biz də Amerikada bu sualı qaldırdıq. Amerikanlar da bu sualı qaldırdılar ki, sizin minadan təmizləmə humanitar missiyası ilə bağlı belə imkanlarınız varsa və siz Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə “effektiv şəkildə Dağlıq Qarabağı idarə edirsiniz”sə, ona maliyyə, iqtisadi və bütün başqa yardımları göstərirsinizsə, başqa sözlə desək, işğal etmisinizsə, onda niyə Suriyaya minadan təmizlənmə ilə bağlı hərbçi göndərirsiniz, öz qoşunlarınız elə Qarabağda minadan təmizləməklə məşğul olsunlar da! Amma siz ora hərbi mütəxəssislərinizi ora göndərmirsiniz, ancaq bunun üçün Amerikadan pul istəyirsiniz. Eyni zamanda hərbçilərinizi Rusiya ilə bir yerdə Suriyaya göndərirsiniz. Bu, nə deməkdir? Ora ayırmağa pulunuz varsa, bura niyə vermirsiniz, pulunuz yoxdursa, Amerikadan niyə istəyirsiniz? Ona görə də hesab edirəm ki, ABŞ Dövlət Departamentində, Konqresində, Ağ Evdə bu məsələləri kifayət qədər başa düşən insanlar əyləşib. Onlar ABŞ-ın maraqlarını çox gözəl başa düşürlər.

- Belə hesab etmək olarmı ki, sizin okeanın o tayına etdiyiniz səfər də Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycana maliyyə yardımının ayrılması ilə bağlı qərarın verilməsi üçün təkan rolunu oynayıb?

- Söhbət yalnız bizim səfərdən getmir. Təbii ki, cənab prezidentin apardığı siyasətin nəticəsidir. Bu yaxınlarda bir neçə dəfə ABŞ və Rusiyanın baş komandanlığı Bakıda görüşməklə bağlı öz siyasi iradələrini ortaya qoymuşdular. Bundan başqa, bir müddət əvvəl Con Boltonun buraya gəlməsi, Azərbaycanın aktiv TAP və TANAP layihələrinə Qərbin müsbət münasibəti və dəstəyi... Yəni bu, kompleks bir məsələdir, hansısa bir səfərin nəticəsi deyil. Biz sadəcə bu məsələlərin canlı şahidi olduq. Təbii, biz də həqiqətləri çatdırmışıq. Ancaq bunu siz dediyiniz formada qiymətləndirmək həm təvazökarlıqdan uzaqdır, həm də reallıqdan. Biz hamımız öz yerimizdə işlərimizi görürük. Ancaq ümumi şəkildə Azərbaycanın siyasəti regionda həm Qərblə, həm Şərqlə, həm Şimal, həm də Cənubla cəmimi münasibətlərin qurulmasını tələb edir və bunun əsasında durur. Ancaq Ermənistan hamını aldatmaq niyyətini güdür.

- Yeri gəlmişkən, Nikol Paşinyan Xankəndindəki çıxışında “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deməklə bütün dünyaya, beynəlxalq hüquqa meydan oxudu. Bununla bağlı nə demək olar?

- Paşinyan iki gün əvvəl “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deyir, ancaq bir gün sonra Prezident Aparatının əməkdaşı bildirir ki, Paşinyan belə söz deməyib. Yəni deyib, ancaq siz bunu düz başa düşməmisiniz. Bəs biz bunu necə, hansı formada başa düşək? Yəni dünyada eyni sözün ikinci mənası varmı? Heç olmasa bəyanat verirsənsə, de ki, mən dəyərləri, “miatsum”u, daha nəyi nəzərdə tuturam. Amma sən konkret olaraq hətta nöqtəni də qoydun, dedin ki, “və nöqtə”. Nöqtəni qoyursansa və bunu bəyan edirsənsə, ifadəyə görə üzr istəyirəm, kişisənsə, bunun arxasında dayan! Ancaq sabahkı gün özün- özünü, öz katibin, öz işçin vasitəsilə təkzib etmək o deməkdir ki, sən hamını aldatmaq niyyətindəsən. Bu, bir. İkincisi, biləsiniz ki, Paşinyan populist siyasətçi olduğuna görə real məsuliyyəti heç vaxt boynuna götürmək niyyətində olmayacaq. Dağlıq Qarabağ məsələsi isə məsuliyyəti boynuna götürməyi tələb edir, bu məsuliyyəti boynuna götürməyə məhkumdur. Ancaq bundan qaçmaq üçün var gücü ilə Azərbaycanı provokasiyaya çəkir.

- Əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyəti avantürist mövqeyi, təxribatçı davranışları ilə həm də Azərbaycana torpaqlarını geri qaytarmaq şansı yaradır. Bakı İrəvanın yaratdığı bu fürsətdən yararlanmalıdırmı, mənasız danışıqlara Paşinyanın təbirincə desək, nöqtə qoymalıdırmı, hərbi əməliyyatlara qərar verməlidirmi?

- Mən sizə tam səmimi deyim ki, Paşinyan öz siyasəti ilə özünə nöqtə qoyur. Paşinyanın ikinci sətiraltı siyasəti məhz Azərbaycanı bu saat təxribata çəkməkdir və hansısa formada regionda provakativ siyasət apararaq, Azərbaycanı nəyəsə vadar etmək, həmçinin məsuliyyəti öz üzərindən atıb, Azərbaycanın üstünə yıxmaqdır. Ermənistanın nə siyasi, nə iqtisadi, nə hansısa başqa tərzdə gücü yoxdur ki, istədiyi siyasəti, istədiyi islahatları, yaxud dəyişiklikləri Ermənistanda, ya da işğal altındakı Dağlıq Qarabağda aparsın. Vaxt, zaman artıq Ermənistana və Dağlıq Qarabağ separatçılarına işləmir, bu, birmənalıdır! Məhz elə ona görə tez-tələsik belə festivallar, qıcıqlandırıcı sözlər, bəyanatlar verilir. Baxın, Avropa Birliyinə getdi, nələrsə istədi, heç nə əldə edə bilmədi. ABŞ-da burnundan o qədər də ciddi yox, amma çox vacib nöqteyi-nəzərdən zərbə aldı ki, get, işinlə məşğul ol! Başqa istiqamətlər üzrə qonşu ölkələrdə Ermənistanın siyasəti provakativ, populist və məsuliyyətdən qaçmaq niyyətini özündə ehtiva edir.

- Artıq erməni ekspertlər də Paşinyanın ciddi yanlışlıqlara imza atdığını etiraf edirlər və Azərbaycanın zərbə endirəcəyini proqnozlaşdırırlar. Bu mənada Azərbaycan beynəlxalq aləmə qəti mövqeyini elan edə bilərmi ki, artıq Ermənistan hakimiyyəti ilə danışmağın heç bir mənası qalmayıb və torpaqların azad olunmasına qərar veririk?

- Məncə, Azərbaycan Hikmət müəllimin (PA rəsmisi Hikmət Hacıyev-E.P.) verdiyi bəyanatla öz mövqeyini çox düzgün vurğuladı. Yəni bundan sonra baş verəcək hadisələrlə bağlı məsuliyyət Ermənistanın üzərindədir, bu, birincisi. İkincisi, Paşinyanın bəyanatının nə məntiqi, nə də hansısa başqa bir təsiri və gücü ola bilməz. Üçüncüsü və ən əsası bu insan öz-özünü ifşa etməklə məşğuldur. Ona görə də hesab edirəm ki, bu sözləri eşitmək emosional nöqteyi-nəzərdən bizimçün nə qədər ağrılı olsa belə, yaxud onun Qarabağda rəqs etməsi, erməniləri oraya yığması insani nöqteyi-nəzərdən xoşagəlməz məsələ olsa belə, ancaq bu, güclülüyün yox, zəifliyin əlamətidir.

- Amma siz də sualıma cavab vermədiniz. Hərb qərarı verilməlidirmi, yoxsa...

- Mən bu məsələni bir də təkrar edirəm və mənim ciddi fikrimdir: Ermənistanın qurduğu və qurmaq istədiyi, ancaq özünü çox açıq şəkildə göstərən tələyə düşmək olmaz. Azərbaycan bu saat həm hərbi nöqteyi-nəzərdən güclənir, həm beynəlxalq səviyyədə nüfuzu artır, həm beynəlxalq səviyyədə təsir imkanları yüksəlir. Azərbaycanın mövqeyi daha yüksək səviyyədə qəbul olunur. Hər hansı bir məsələ ilə bağlı biz apardığımız siyasəti davam etdirməliyik ki, o, sirkə kimi öz qabını çatladaraq hamı üçün aydın olsun. Necə ki, ABŞ-ın, Avropa Birliyinin atdığı addım. Necə ki, Rusiyanın bəzi rəsmilərinin bu yaxınlarda “Paşinyan ikili oyun oynayır” məzmunlu bəyanatlarını eşitmişik və bundan sonra da eşidəcəyik.

- ABŞ-ın Azərbaycanla bağlı qərarını şərh edən ekspertlərin bir yanaşması da bundan ibarətdir ki, İrəvana dirsək göstərən Vaşinqton bu yolla Azərbaycanı ələ almağa çalışır. Hesab olunur ki, bu, həm də Azərbaycan üzərindən Əfqanıstana həyata keçirilən daşınmalara görə verilən avansdir. Bu iddialarda həqiqət payı varmı?

- Azərbaycanın bu gün gördüyü işlər kəmiyyətcə o dərəcədə geniş, əhatəli işlərdir ki, o, keyfiyyətcə Azərbaycanın siyasətini dəyişdirir. Azərbaycanın dediyim kimi, atıq TAP-ı, TANAP-ı, Bakı-Tiflis-Qarsı, neft kontraktlarının 2050-ci ilədək uzadılması, Qoşulmama Hərəkatı ilə bağlı ən yüksək səviyyədə keçiriləcək zirvə toplantısı, YUNESKO-da rolu, Azərbaycanın beynəlxalq səviyyədə təsir imkanlarının artması, dünyanın ən güclü mərkəzləri ilə normal, adekvat və Azərbaycan xalqının maraqlarının təmin olunması baxımından uğurlu siyasətin aparılması məhz sizin sualınıza cavab verir. Bu gün Azərbaycan regiondakı bəzi ölkələr kimi yox, artıq dünya üçün və dünya güclər, güclü aktorlar üçün hesablaşmağa və mövqeyinin nəzərə alınmasına məcbur edilən bir məmləkətə, bir dövlətə çevrilir. Ona görə də burada söhbət hansısa bir məsələdən getmir. Söhbət Azərbaycanın apardığı işlərin artıq beynəlxalq siyasətə təsir etmək gücündən gedir. Doğrudan da belədir. Merkel regiona gəlir, Ermənistan da gedir, Gürcüstana da, Azərbaycana da gəlir. Ancaq bütün müqavilələr Azərbaycanla bağlanır. Tusk Azərbaycana da gəlir, Gürcüstana da gedir, Ermənistana da, ancaq sazişlər Azərbaycanla bağlanır. Başqa misallar da çəkmək olar və bunların sayı çoxdur. Bu, ona dəlalət edir ki, bu gün regionun geosiyasi xəritəsinin formalaşdırılmasında ən aktiv rollardan birini oynayan Azərbaycandır. Təbii, buna görə də Azərbaycanla hesablaşırlar və onun mövqeyini nəzərə alırlar.

- Bütün bunların nəticəsi olaraq torpaqlarımızı nə zaman azad edə biləcəyik?

- Bir tarixi zərurət mövcuddur. O, mövcud tarixi zərurətin vaxtı gəlsin deyə, gündəlik ardıcıl işləmək lazımdır. Məncə, Qarabağı qaytarmaq, torpaqlarımızı işğaldan azad etmək üçün ordumuzun yüksəlişi ilə yanaşı, ordumuzun qüdrətinin artırılması ilə yanaşı, gördüyümüz işləri daha yüksək səviyyədə icra etmək lazımdır. Bu, bir. İkincisi də bununla yanaşı, dərk etmək lazımdır ki, müasir dünyanın öz danışıq tərzi, münasibətləri qurmaq tərzi mövcuddur. Çox sevinirəm ki, son zamanlar, xüsusilə də islahatlarla bağlı Azərbaycan iqtisadi göstəriciləri ilə yanaşı, məhz dünya tərəfindən qəbul olunan dili də mənimsəyərək, yüksək səviyyədə öyrənərək danışmağa başlayır.

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı