"Ermənilər bunları biləcəyimdən ehtiyat edirdi" Ermənişünas alim

“...Sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır”

Müsahibələr 12:59 16.08.2019
Hər gün erməni saytlarını açıb düşmənin nələr yazdığını bilmək, Ermənistan televiziyalarını izləmək, qələbə eyforiyasında olan düşmən ölkənin təbliğatına birbaşa şahidlik etmək...Təbii ki, təkcə bu deyil.
 
Həm müəllif yazıları, həm də müxtəlif media orqanlarındakı şərhlərlə erməni yalanlarını alt-üst etmək...Bu, onun gündəlik iş qrafikinə daxildir. Deyir uzun müddətdir bu fəaliyyətlə məşğul olsa da, ermənilərin Qarabağla bağlı iddialarını öz dillərindən dinləsə də, yenə də bu mənzərələr ona olduqca pis təsir edir. Doğulduğu Qərbi Azərbaycan əraziləri, doğma kəndi ilə bağlı həsrətini ovundurmağa macal tapmamış Qarabağ nisgili də yazıldı onun ürəyinə, hər birimiz kimi. Həmsöhbətimiz ermənişünas alim,  Türkiyənin Kayseri şəhərindəki  Ərciyəz Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professor Qafar Çaxmaqlıdır. Tətildə olduğu üçün Bakıya gəldiyini eşidəndə onunla şəhərin sakit bir guşəsində söhbətləşmək istədik.
 
- Qafar bəy, avqustun 16-da 63 yaşınız tamam olur. Açığı, bu yaşı vermək olmur. Siz necə, özünüzü 63 yaşda hiss edirsinizmi?
 
- Diqqətinizə və təbrikinizə görə minnətdaram. 63 yaş “Peyğəmbər yaşı” sayılır. Keçmişdə bu yaşa çatanlar onu xüsusi qeyd edər, bu qədər “ yetər” deyib bundan sonrakı ömrü qazanc hesab edərdilər.  İnsanın nə qədər yaşaması da  Allahın təqdiridir.  Müəyyən sağlıq problemlərim olsa da,  özüm də özümə o yaşı vermirəm, çünki  millətə xidmət və yaradıcılıq mənasında əlimdə  yarımçıq işlərim var, onlara isə illər və enerji lazımdır.  Əslində insanın özünün özü qarşısında borcu olur. Bu borcu yerinə yetirmək öhdəliyi bir ayrı. Mənim belə bir öhdəliyim  varmı? Deyə bilmərəm. Amma hər gün bilgisayar arxasına keçib müəyyən işləri görmək “xəstəliyim” var. Bu, daha çox peşəmizlə bağlıdır.  Zənnimcə, o, hansı yaşda olur-olsun, məni tərk etməyəcək.
 
- Bilirik ki, Türkiyənin Ərciyəz Universitetində çalışırsınız. Bir çoxları yay tətilini Türkiyədə keçirməyə üstünlük verir, amma siz Azərbaycana gəldiniz. Doğum gününü Vətəndə keçirmək istədiniz, yoxsa başqa səbəb var?
 
- Doğum gününə xüsusi önəm verən adamlardan deyiləm.   Məsələn, keçən il ad günümü Kiyev- Trutskavets qatarında qarşılamışdım. Ondan əvvəlki il Trabzon-Kayseri avtobusunda. Amma dostlarımla, ailəmlə  keçirdiyim, hətta   təmtəraqlı  ad günlərim də olub. Mənim iş yerində rəsmi tətilim yay aylarına təsadüf etdiyindən həmişə onun çoxunu Bakıda keçirirəm.  Qohum-əqrəba, dost-tanışla bir arada oluram... Bu da bir ehtiyacdır.  Zatən digər aylarda Türkiyədəyəm. Dincəlmək, istirahət etmək anlayışım da bir az fərqlidir. Bəzən heç bir iş görməyən adamlar yekə - yekə  özlərinə istirahət həftələri, günləri, ayları ayırırlar. Mən belələrinə deyirəm, “sən nə iş görüb yorulmusan ki, indi də dincəlirsən?”  Doğum gününü vətəndə keçirməyin heç bir səbəbi yoxdur. Demək, burdayamsa, ailəmlə onu qeyd edəcəyik. Bu il Bakı əsl istirahət yeridir, hava da Kislovodsk havası... Avqust ayında yağış yağdı. Görünməmiş haldır.  Hələ ki, o qovurucu istilər olmayıb.
 
“Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir”
 
- Qafar bəy, Amasiyanın Çaxmaq kəndində anadan olmusunuz. Soyadınızda kəndinizin adını yaşadırsınız. Bəs Qərbi Azərbaycan, düşmən əlində qalan yurd yerləri ilə bağlı yaddaşınızda nələr qalıb?
 
- Kəndimiz 1988-də ermənilər tərəfindən işğal olunandan sonra özümə “Çaxmaqlı” təxəllüsünü götürdüm. Başqa bir məqsədim olmayıb, sırf kəndimizin adını yaşatmaq üçün bu addımı atmışam. Və bunu nə qədər doğru etdiyimi indi anlayıram. Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir. Ona görə ki, kəndimizi əbədi itirdiyimizdən orada keçirdiyimiz xoş günlərə belə qara bir kədər bürünür. Doğulduğum kənd Türkiyə sərhədində yerləşir. Hər gün pəncərələrimizdən Türkiyədən gələn hava ilə qidalanırdıq. Bu sözümü də qəribçiliyə salmayın.  İnsana hər yerdə mənəvi qida lazımdır. Onu almasa, yaşaya bilməz.  Mənim doğma Bakıda belə mənəvi qidaya ehtiyacım olur.  Onu nə dərəcədə təmin edirəm, bu ayrı bir söhbətdir.  İndi düşünürəm ki, biz  Türkiyədən gələn ab-hava  ilə nəfəs aldığımıza görə ayaqda dura bilirdik. “Bir gün gələcəklər, gəlib, bizi incidənlərin cəzasını verəcəklər”, - deyirdik, türkləri arxamız bilirdik. Elə də var əslində.
 
- Tale elə gətirdi ki, Türkiyədə çalışmalı oldunuz. Sizcə, Türkiyə Azərbaycan üçün nə deməkdir?
 
- Orada işləyəndən sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır.  O vaxtlarda belə hisslərlə yaşayırdıq ki,  sanki bədənimizin bir hissəsi orada qalmışdı... İnanın, bu həqiqətən də belə idi. Ata nəslimizin, demək olar, hamısı orada qalmışdı. Bizimkilər bir zamanlar orada yaşamışdılar. Sərhədin o tayında daha bir Çaxmaq kəndinin olduğunu bilirdik. Amma burada kimlər yaşayır, bizimkilərdən kim var, kim yox, bizim kəndə bənzəri varmı, yoxmu - bunlardan xəbərsiz idik. Digər bir həsrətli kənd anamın kəndi idi - İbiş... Anamın anası - Bahar nənəm Türkiyədəki Köhnə İbiş dediyimiz kənddən bu kəndə ərə gəlmişdi. O vaxtlar sərhədlər açıq imiş. Türkiyə ilə SSRİ arasında sərhədlər çəkiləndə bir İbiş bu tərəfdə, o biri İbiş isə digər tərəfdə qalmışdı. Qardaşı bacıdan ayırmışdı bu sərhəd. Demək, nənəmin qardaşları o tərəfdə qalmışdı, nənəmsə bu tərəfdə. Bir - birini görə bilmirsən, gedə bilmirsən, gələ bilmirsən - doğmalarını əbədiyyən əbədi itirirsən. İnsan üçün bundan böyük faciə varmı?!
 
- Kəndinizdə olanda necə, Türkiyə həsrətiniz var idimi?
 
- Kənddə ikən o tərəfin həsrətini çox çəkirdik. İndi adiləşib. Türkiyə ilə sərhəddəki tikanlı məftillərin içəri tərəfində bir “neytral zona” vardı - tikanlı məftillərlə əhatəli idi, bizi oradan ayıran “ala ağaca”  - sərhəd boyu yerə basdırılan dirəklərə belə deyirdik - qədər, yəni bir az içərilərə kəndimizin camaatını yalnız xüsusi “propusk”larla buraxırdılar. Oralar bizim kəndin kolxozuna aid olduğundan əkin - biçin vaxtı bizimkilər bu neytral deyilən zonaya işləməyə, daha çox ot biçməyə, yığıb gətirməyə gedirdilər. Bir də buraya yenə xüsusi “propusk”la kəndin mal-qoyununu otarmağa aparırdıq. Sərhəddə əsgərlər  bizi  ən yaxın yerə buraxmasalar da, bəzən burada türkiyəliləri, yəni bizim o taydakı qohumları görürdük. Amma onları tanımırdıq. Daha bir faciə də bu idi. O tərəfə boylanmaq belə yasaq idi. Üzünü başqa bir tərəfə tutub qorxa-qorxa bəzi şeyləri soruşanlar olurdu. O gün kənddə elə bil bir bayram yaşanırdı. Hamı bir yerə toplanıb, o tərəfdən bizə fırladılan kəlmələri müzakirə edirdi. Müzakirələr aylarla sürürdü. Türkiyədə ən yaxın adamları olan adamlar göz yaşı axıdırdılar. Çox böyük həsrət yaşanırdı bizim kəndimizdə. 1999-da mənim bir kitabım çıxdı. Adını “Qars adlı Vətən” qoydum.  Bu, bir həsrət öyküsüydü. Həm də təkcə mənim hisslərimdən ibarət deyil, bütün həsrət çəkən insanlar üçündü.
 
- Bir az da jurnalistikadan danışaq. Siz 1975-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışınız. Həmin ilin noyabrından ermənicə “Kommunist” qəzetində müxbir kimi fəaliyyətə başlamısınız. Bu qəzet Ermənistanda nəşr olunurdu, yoxsa Bakıda? Ümumiyyətlə, jurnalistika fəaliyyətinə ermənicə başlamaq sizin üçün nə demək idi? Hansısa təzyiqlər hiss edirdinizmi?
 
- Jurnalistika fakültəsinə yüksək qiymətlərlə girmişəm. Bizim fakültə  məzunlarına təyinat vermirdi. Kim harda iş tapdı, tapdı.   Ermənicə danışıq dilini bilməyim və orta məktəbdə ermənicə dərs keçməyimlə əlaqədar olaraq ermənicə bir qədər hazırlığım vardı və o zaman “Azərbaycan ” və “Ulduz ” jurnalları üçün   bəzi tərcümələr də edirdim. Yox, o qəzet Ermənistanda deyildi, Bakıda çıxırdı. O vaxt  Azərbaycan Kommunist Partiyası Mərkəzi  Komitəsinin üç orqanı vardı: “Kommunist” (azərbaycanca) “Kommunist”(ermənicə) və “ Bakinskiy raboçiy”(rusca). Ermənistanda azərbaycanca analoji mətbuat orqanı “Sovet Ermənistanı” idi.   Fakültədə dekanımız rəhmətlik Tofiq Rüstəmovun  məni ermənicə “Kommunist” qəzetinə işləməyə  göndərmək təklifinə çox da yaxşı baxmadım və o dövrün şərtləri çərçivəsində bunu qəbul etməkdən başqa çarəm də yox idi.  Çünki təyinat yox, indiki kimi qəzet-jurnallar da az idi. Ermənilər məni işə götürmək istəmirdilər, çünki qəzetdə hansı yazıların, Azərbaycanın əleyhinə hansı fəaliyyətlərin olduğundan xəbərdar olacağımdan ehtiyat edirdilər.  Qəzetdə yaradıcı işçi olaraq tək azərbaycanlı olmağım onları çəkindirirdi.  Əlbəttə, mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi. Amma onları dəf etmək və bəzi erməni şovinistlərini ifşa etmək qərarlılığım da olmuşdur. Mənim oraya işə girməyimdə Mərkəzi Komitənin ideologiya katibliyi maraqlı idi. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu bilən və buna çalışan  yoldaşlar vardı.  Bu qəzetdə mən düz  9 il, 1989-da o qəzet bağlanana qədər işlədim. 1990-dan başlayaraq  yeni dövr jurnalistikasında öz sözümü deməyə başlamışam. Ermənistanda doğulmağım, ermənicə bir qəzetdə çalışmağım, şübhəsiz, ermənilərlə bağlı olan hər şeyə maraq oyadırdı və onların xalqımıza qarşı nə dərəcədə düşməncə davranışlarını bilirdim. Bunları yeni dövr jurnalistikasında reallaşdırmaq imkanlarım oldu. “Millət”, “Vətəndaş”, “Avrasiya” və b.  kimi qəzetlərinin baş redaktoru olmuşam.  Gündəlik çıxan qəzet konveyerdir, o səni özünə bağlayır və başqa heç nə barədə düşünməyə qoymur Bu cəhətinə görə deyirlər ki, jurnalistlər ən az ömürlü peşə sahibləridir. Gələn il jurnalistika fakültəsini bitirməyimizin 40 illiyidir. Demək olar ki, hər gün yazmışam...
 
- Bəs necə oldu ki, elm sahəsinə gəldiniz?
 
- 2000-ci ildə Bakı Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi işə başladım. Elə burada “Erməni məsələsi” ilə bağlı tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu" adlı dissertasiya yazdım və müdafiə etdim. Türkiyədə isə elmi fəaliyyətimə görə mənə professor elmi dərəcəsi verdilər.
 
- Bu gün çalışdığınız Türkiyə Universitetində ermənişünaslıq bölümünü yaratmısınız. Görünür ki, Türkiyədə bu sahəyə həssas münasibət var...
 
- Türkiyənin özündə də uzun illər ermənicə bilən mütəxəssis hazırlığı olmayıb. Bu işə barmaqarası baxıblar, ona ehtiyac olmadığını düşünüblər, onu kiçik məsələ hesab ediblər. 80-90-cı illərdən başlayaraq ASALA terroru boy göstərərkən, qondarma “erməni soyqırımı” dünyanın gündəminə daşınarkən və bununla bağlı Türkiyənin özünə təhdidlər ciddiləşəndən sonra “erməni məsələsi ” ciddi şəkildə araşdırılmağa başladı. Bu, yaxşıdır ki, Türkiyə bu işi alverə çevirmək və onu Türkiyəyə qarşı istifadə etməyə çalışanlara imkan vermədi. “Erməni məsələsi ” ilə bağlı elə bir mövzu yoxdur ki, Türkiyənin tarixçiləri ondan yan keçsinlər. Əskik qalan ermənicə qaynaqlardan istifadə edərək bunları ortaya qoymaq idi, onu da etməkdə dövlət qərarlı addımlar atır. Bu addımlardan biri  Erciyes Universitetində strateji mərkəzin yaradılması və ermənicə bölümün açılması idi. Onu qurmaq xoşbəxtliyi 2010-cu ildə mənə nəsib oldu.   
 
- Bəs Azərbaycanda necə, ermənişünaslıq ixtisasına ehtiyacın olduğu qənaətindəsinizmi? Qayıdıb burda çalışmaq istəməzdinizmi?
 
(Davamı var...)
(musavat.com)

 

Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO

Xəbər xətti

Aİ Rusiya taxılına qadağa qoyacaq
Aİ Rusiya taxılına qadağa qoyacaq
13:00 19.03.2024
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
Ölkə əhalisinin 10 faizdən çoxu pensiyaçıdır
12:55 19.03.2024
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
Bankda sistem uğursuzluğu baş verdi: Milyonlarla dollar çıxarıldı
12:45 19.03.2024
"Cənub Şərqi Avropa ölkələrinin Azərbaycanın qazına ehtiyacı var" – Natiq Cəfərli
12:30 19.03.2024
BDYPİ bayram günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib
12:26 19.03.2024
Qaradağda 10 min manatlıq oğurluq olub
12:20 19.03.2024
Yeni Zelandiyada maraqlı kəşf
Yeni Zelandiyada maraqlı kəşf
12:15 19.03.2024
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
12:05 19.03.2024
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
Böyük Britaniyada etnik müxtəliflik nə qədər artıb?
12:00 19.03.2024
Mingəçevir sakini sahibkarlara qarşı 200 min manatlıq dələduzluğa görə tutulub
11:55 19.03.2024
Aİ COP29-un uğurlu olması üçün Azərbaycanla əməkdaşlığa ümid edir
11:50 19.03.2024
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
İngiltərədə bir ilk: Uçan taksilər fəaliyyətə başlayır
11:45 19.03.2024
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
Zaxarovadan Paşinyana cavab: “Müharibə açıqlaması Qərblə danışıqların nəticəsidir”
11:39 19.03.2024
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
“Yeni dünya nizamında ölkələr öz yerini müəyyən etməli olacaqlar” – Gürcü Politoloq Gia Xuxaşvili - ÖZƏL
11:30 19.03.2024
Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb
11:25 19.03.2024
Fevralda 3,8 mindən çox şəxsə pensiya təyinatı aparılıb
11:15 19.03.2024
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
Türkiyənin nüfuzlu klubu Super Liqadan ÇIXMAQ İSTƏYİR
11:10 19.03.2024
Nazirlik internet xidmət provayderlərinə təlimat göndərib
11:05 19.03.2024
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
MAQATE dəstək verəcək: İraqda nüvə proqramı üçün yol xəritəsi formalaşıb
11:00 19.03.2024
Mikayıl Cabbarovdan İlaxır çərşənbə ilə bağlı maraqlı paylaşım
10:58 19.03.2024
Bakıda yağışlı hava qəzaya səbəb oldu - VİDEO
10:50 19.03.2024
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
İsrail və Həmasdan gözlənilməz atəşkəs addımı!
10:45 19.03.2024
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
Köln şəhərindən qürurverici görüntülər: Azərbaycan və Türkiyə bayraqları.... - VİDEO
10:38 19.03.2024
Xankəndidə xeyli silah-sursat tapılıb
10:35 19.03.2024
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
Rusiyada ən yüksək maaş harada və hansı sektordadır?
10:30 19.03.2024
FHN əhaliyə müraciət edib
10:22 19.03.2024
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
Almaniyada kitabxanalar təşvişə düşdü: Kitablarda zəhər tapıldı
10:15 19.03.2024
Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
10:06 19.03.2024
Azərbaycanda sosial problemlər həllini niyə tapmır? - Natiq Cəfərli və Tural Abbaslı ilə MÜZAKİRƏ
10:00 19.03.2024
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
Rusiyanın Ukrayna bufer zona yaratmaq planı
09:51 19.03.2024
Bakıda qadın dəm qazından boğularaq ölüb
09:40 19.03.2024
Bayram günlərində təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
09:33 19.03.2024
Sabunçu rayonunda marketin anbarında yanğın olub
09:31 19.03.2024
Pakistanda zəlzələ baş verib
Pakistanda zəlzələ baş verib
09:27 19.03.2024
Sabahdan Novruz tətili başlayır
09:19 19.03.2024
Səhiyyə Nazirliyi viruslarla bağlı əhaliyə müraciət etdi
09:16 19.03.2024
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
09:10 19.03.2024
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
09:00 19.03.2024
Rusiya bu təklifimizə "hə" desə... - ABŞ
06:58 19.03.2024
Sabah Avroparlamentdə Aİ-nin genişlənməsi müzakirə ediləcək
05:00 19.03.2024
Hamısı