Kolumbiyanın şimalında Arauka departamentində yerləşən ən böyük neft kəmərlərindən biri hücuma məruz qalıb.
“EDnews” xəbər verir ki , bu barədə xarici KİV neft kəmərinin operatoru olan “Cenit” şirkətinə istinadən məlumat yayıb.
"Hücum nəticəsində neft sızması baş verib. Mütəxəssislər nəticələrin aradan qaldırılması üçün hadisə yerində işləyirlər", - məlumatda bildirilib.
Qeyd olunub ki, hücumun bu bölgədə fəal olan "Milli Azadlıq Ordusu"nun (ELN) döyüşçüləri tərəfindən həyata keçirildiyi ehtimal olunur.
Fatimə Mərdanlı // EDnews