Türkiyə ABŞ-la razılaşmanı zibil yeşiyinə atdı Soçidə İran məğlub oldu - EKSKLÜZİV

Müsahibələr 16:03 24.10.2019

Xəbər verdiyimiz kimi, oktyabrın 22-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimr Putin arasında Suriya problemi ilə əlaqədar yeni razılaşma imzalanıb. 10 maddədən ibarət bu razılaşmanın mahiyyəti, razılaşmanın Türkiyə üçün əhəmiyyəti və Suriya problemlinin taleyi ilə əlaqədar əslən Azərbaycan Türkü olan, məşhur türkiyəli siyasi anlitik Serdar Sement Eurasia Diary-ə ekskluziv müsahibə verib:

serdar sement ile ilgili görsel sonucu

 

Suriya ABŞ və Rusiya arasında bölüşdürülüb

 

- Soçi razılaşmasını Türkiyə üçün necə qiymətləndirirsiniz?

- Bu suala cavab vermək üçün məsələnin kökünə enmək gərəkdir. Bir dövlətin formalaşması üçün zəruri olan 4 amil var: Torpaq, ölkə, müstəqillik və millət. Suriyada bu 4 amil arasında əlaqə pozulub. Ona görə də bu dövlətdə sabitlik təmin edilməsi çox çətindir. Belə bir stuasiyada  qeyri-leqal yollarla  ABŞ və Rusiya Suriyanı aralarında bölüşdürdü. Bununla qalsa yaxşı idi, Türkiyə də bu bölüşdürməni ABŞ və Rusiya yönündə qəbul etdi. Bununla da Suriyanın “ortaq kupça”sında PKK-ya yer ayrılmış oldu. Və Türkiyə bunu da qəbul etdi. Ancaq Harada? Özündən 30 km uzaqda...

Məsələn, İraq torpaqlarında “PKK-ya kupça verilməsi”ni Türkiyə qəbul etmədi. Rəsmi Ankara İraqın heç bir bölgəsində buna imkan verməzdi, vermədi də... Amma Türkiyə Suriyada PKK-nın torpaqda mülk sahibi olduğunu qəbul etdi. Hətta PKK-nın vasitəçisini də qəbul etdi. Türkiyə ABŞ-ı Ankarayla PKK arasındakı vasitəçi, mediator kimi rəsmən tanıdı. Xarici İşlər nazirimiz rədd etsə də qarşımızda yazılı razılaşma var.

Suriyadakı PKK varlığını ABŞ istiqamətində qəbul etdiyimiz bir faktdır, lakin Rusiya istiqamətində qəbul edib-etmədiyimiz bəlli deyil. Təhlükəsizlik parametrləri baxımından ABŞ-la 17 oktyabr tarixli razılaşmamız daha sağlam, lakin legitimlik baxımından problemlidir. Rusiya ilə Soçi razılaşmamız isə təhlükəsizlik baxımından qənaətbəxş, legitimlik baxından isə daha az təhdidkardır.

 

Türkiyə dövləti “tülkü”sündən məhrum qalıb

 

- ABŞ-la olan razılaşmanın Soçi razılaşmasından fərqləndirən amil nə idi? Nə üçün bu razılaşma uğurlu olmadı?

- Əvvəllər Türkiyə dövlətçiliyində bəzi qurumlar simvollarla ifadə edilirdi. Məsələn, dövlətimizin “meymun”u qubernator (vali) idi, “aslan”ı Milli Qərərgah idi, “tülkü”sü isə diplomatiyamız idi. 200-cu ilin yanvarından bəri biz “tülkü”müzdən məhrumuq. Biz diplomatik-bürokratik fəaliyyətdən məhrum olduğumuz üçün aradakı boşluğu hərbi diplomatiya doldurururdu. Bunu da yaxşı idarə edirdi. 2018-ci ildə diplomatiyamız böhrana düçar oldu, İdlib problemi baş verdi, sentyabr ayında Soçidə Rusiya ilə birgə o problemi aradan qaldırdıq. Amma 2019-cu ilin mart-aprel aylarından bəri diplomatiyamız heç də xoş “siqnal”lar vermir.

 

Bu razılaşmanı zibil yeşiyinə tulladıq

türkiye abd güvenli bölge anlaşması ile ilgili görsel sonucu

Xüsusilə də 7 avqust 2019-da ABŞ-la əldə etdiyimiz “təhlükəsiz bölgə” anlaşması həm təhlükəsizlik, həm də legitimlik baxımından tam bir “fiyasko” idi. Bu razılaşmanı Osmanlı tarixinin ən rüsvayçı müqavilələrindən olan “Kiçik Qaynarca” razılaşması ilə müqayisə etmək olar. 7 avqust razılaşmasında Ankara Osmanlının “Kiçik Qaynarca” sülhündəki səhvlərini təkrarlamışdı. Nəydi bu səhv? Osmanlı “Qaynarca sülhü”ndə daxilindəki etnik azlıqların hamisi qismində rusları tanımışdı. Nəticədə 50 il içərisində Osmanlı Balkan regionunu itirdi. Eyni səhvi 7 avqustda Türkiyə təkrarladı, belə ki, bu razılaşmada biz ABŞ-ı PKK-nın hamisi elan etdik, terrorçuların adından bizimlə danışmasına imkan verdik. Şükürlər olsun ki, bu razılaşma həyata keçirilmədi, alınmadı. Ona görə də 9 oktyabrda biz bu razılaşmanı zibil yeşiyinə tulladıq,  ləğv etdik.

- Soçi anlaşmasında “zibil yeşiyinə tullanacaq” bir prisnip varmı?

- Soçi razılaşmasında bizi narahat edən şey Putinin razılaşmadan sonra işlətdiyi iki ifadə oldu: “Fərqli millətlərdən formalaşan Suriya xalqı...”, “kürdlərlə Əsəd diyaloq qurmalı, görüşməlidir”.

Bu iki ifadə və Putinin digər fikirlərindən belə anlaşılır ki, Moskva Suriyanın gələcəyini federasiya olaraq görmək istəyir.

- Bəs Suriaynın bir federasiyaya çevrilməsi Türkiyəni nə qədər narahat edə bilər?

- Əvvəlcə Suriyanın federativ dövlət olmaq yolunda irəlilədiyini qəbul etməliyik. Burada Türkiyə bir suala cavab tapmalıdır: Suriyada ABŞ tərzi bir federasiya Türkiyənin işinə yarıyar, yoxsa Rusiya tərzi mi?. Əlbəttə ki, Suriyada Rusiya tərzi bir federasiyanın formalaşması Türkiyə üçün daha xeyirli olar. Çünki Rusların federativ sistemi olduqca mərkəzləşmiş federativ sistemdir. Rusiyanın subyektləri məhkəmədə, orduda, maliyyədə əsla mərkəzi dövlət xaricində parametrlərə söykənən federalizmi qəbul etmirlər. ABŞ-da isə tamam fərqli mənzərənin şahidi oluruq. Vaşiqton ordu, məhkəmə və maliyyə müstəqilliyini PKK-ya vermək istəyir, Rusiya bunu qəbul etməz, Əsəd heç qəbul etməz, İran buna görə müharibə elan edər. Beləliklə, Rus federasiya formuluna yeni konsitutsiyada Əsəd də “hə” deyəcək. Buna Türkiyənin çox qarşı çıxmasının nə bir dəyəri var, nə də mənası var.

- İraqda kürd muxtariyyatına Türkiyə səssiz qalmışdı, indi Suriyanın da şimalında bir kürd muxtariyyatının yaranması Türkiyənin milli maraqlarına zidd deyilmi?

- Xeyr, İraqda federalist sistem Türkiyə üçün məqbuldur. Türkiyə güclüykən regional lider, zəyifkən beynəlxalq ovdur. Bunu belə izah edim: İraqda Şimali İraq Regional Muxtariyyatı Türkiyə üçün legitimdir, bu subyekt Türkiyə üçün ciddi narahatçılıq törətməyən bir statusa sahibdir. Şimali İraq Regional Muxtariyyatı 2017 sentyabrında müstəqillik elan etdi, referenduma getdi. Bu müstəqillik bir ay belə sürmədi. 172-ci zirehli briqadamız Silopidə bir əməliyyat belə keçirmədən məsələni həll etdi. 30 gün boyunca ordu manevralar həyata keçirdi. Biraz mazot xərclədik, qan tökmədən, güllə atmadan bunun qarşısını aldıq. Şimali İraqda kürdlərin bir qrup federativ hüququqlarının olduğunu qəbul etməliyik. Balansı qorumalıyıq. İpin ucu bizdə olmalıdır. İraq federativ dövlətinin mərkəzləşmə və ya mərkəzdən qaçma meyillərinin nəzarəti Türkiyə və İranda olmalıdır. Çünki buralar problemli ərazilərdir. Biz İraqdakı kürd muxtariyyatının nə müstəqillik elan etməsinə imkan veririk, nə də Bağdad hökumətinin muxtariyaytın başçısı Barzanini əzməsinə göz yumuruq. Ədalətli bir mövqedəyik. Buna əsasən deyirəm ki, gec-tez Suriyada da kürdlər belə bir muxtariyyat əldə etsələr Suriyada da İraqdakı mövqeyimizi əldə edəcəyik. Bundan qorxmamalıyıq, “Suriya Federasiyası”ndan qorxmamalıyıq. Yetər ki, məhkəməsi, ordusu, və maliyyəsi mərkəzi olsun.

- Soçi razılaşmasından Türkiyənin qazanclı çıxdığını görürük. Bəs İran və Suriya necə?

soçi mutabakatı ile ilgili görsel sonucu

- Soçi razılaşması ilə Əsəd  Türk əsgərinin Suriya torpaqlarında patrul xidməti göstərməsi, türk diplomatiyası və kəşfiyyatının razılaşma prinsiplərinin təhlil və təsdiq mexanizminin tərkib hissəsi olmasına “hə” deyib. Yəni, Əsəd Türk əsgərinin ayaqlarının Suriya torpaqlarında qalmasıyla razılaşıb. Soçi razılaşmasında diqqət etsəniz Türkiyənin Suriyada hərbi baza qurması prinsipi yoxdur. Mən bunu diplomatik uzaqgörənlik kimi qəbul edirəm. Çünki İdlib problemindən də görə biləcəyimiz kimi hərbi baza yaratmaq, onu qoruyub saxlamaq olduqca çətin və məşəqqətlidir. Hazırda İdlibin ətrafındakı hərbi bazalarımıza kordinasiya kəsilib. Bunu Əsəd edib və ruslar da buna mane olmayıb. Buna görə də Soçi müqaviləsində əsgərimizin hərbi baza yaratması deyil, patrul xidməti, təhlil və təsdiq mexanizmləri yer alıb. Bu ağıllı bir hərəkətdir.

Soçi razılaşmasıyla Əsəd Rusiya ilə əldə edilən razılaşma əsasında Türk əsgərinin ölkəsindəki varlığını yenidən qəbul etdi. Əsəd Afrində, Cerablus və İdlibdə ölkənin hər santimetr torpağını xarici işğaldan azad edəcəyini deyirdi, lakin axşama razılaşmanı qəbul etdi. Görüşmələr zamanında Türk hərbi hava qüvvələri Menbiç və Kobani bazalarının üzərindən uçurdu. Bunu da unutmayın. Türkiyə ruslarla tam dostyana anlaşdı, ancaq “zopa”nı da əlindən buraxmadı. Bu təzyiq deyil, qərarlılıqdır. Nəticədə masada Türkiyə və Rusiya maraqları qazandı. Suriya bu razılaşmada həm qalib, həm də məğlub tərəf kimi qiymətləndi

Əsədlə Türkiyənin razılaşması nə asandır, nə də qısa bir zamanda mümkündür. Hətta funksional belə deyil. Bizim Əsədlə razılaşmaq məcburiyəttimiz yoxdur. Bizim təbii ki, Suriya hökuməti ilə əlaqəmiz yaxşı olmalıdır, lakin bu hökumət Əsədin mi hökməti olacaq? Bax Türkiyə bu mövzuda Türkiyə iradəsini ifadə etməyib. Suriyada iş seçkiyə gələndə Türkiyənin də deyəcək çox sözü olacaq.

İrana gəldikdə isə bu dövlət Soçi razılaşmasında məğlub tərəfdir. Bu ədalətli və funksional razılaşmadır, amma İran bunu ədalətli hesab etmiyəcək.

Nicat İSMAYILOV

“Xatirələr işığında Heydər Əliyev” adlı kitabının təqdimatı keçirildi

Xəbər xətti

“Xatirələr işığında Heydər Əliyev” adlı kitabının təqdimatı keçirildi
15:01 02.05.2025
Əməyin Mühafizəsi Mərkəzi işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müəssisələrdə layiqli əməyin təminatına dövlət dəstəyi ilə bağlı maarifləndirmə tədbirlərinə start verib
14:32 02.05.2025
Şüuraltı bəndləri yıxan sənətin əbədi təlimatı Xanəmir Telmanoğlu yazır...
14:28 02.05.2025
Meymun kənddə qarışıqlıq yaratdı: İnsanlara hücum etdi
12:48 02.05.2025
Gözümüzün altı niyə qaralır? - Nə etməli?
12:46 02.05.2025
" Pakistan qardaş Azərbaycanın dəstəyini çox yüksək qiymətləndirir"
12:43 02.05.2025
Londonda Azərbaycan–Böyük Britaniya biznes əlaqələrinə həsr olunmuş tədbir keçirilib
12:35 02.05.2025
Ötən ay 58 aptekdə monitorinq aparılıb, 20-də nöqsan aşkarlanıb
12:31 02.05.2025
UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatıb
12:23 02.05.2025
Azərbaycanın dəniz məhsullarının Aİ ölkələrinə ixracı ilə bağlı işlər aparılır
12:19 02.05.2025
"Prezident Kuboku-2025”: Azərbaycan təmsilçiləri daha altı medal qazanıblar
12:12 02.05.2025
Alimlər bizi qaşındıran şeyləri aşkar ediblər
12:07 02.05.2025
BMT qlobal arxitekturada genişmiqyaslı islahat hazırlayır
12:02 02.05.2025
Marko Rubio İranla nüvə sazişinin şərtlərindən daha birini açıqlayıb
12:00 02.05.2025
Pekindən siqnal: ABŞ tarif danışıqlarına hazırdır
11:58 02.05.2025
"D" vitaminini necə tənzimləyək ?
11:55 02.05.2025
"Türk ölkələrinin xoreoqrafiya mədəniyyətini yaxınlaşdırmaq vacib amildir"
11:49 02.05.2025
Eskişehirdə Məhəmməd Əmin Rəsulzadəyə həsr olunan konfrans keçirilib
11:45 02.05.2025
İsrail “Azadlıq donanması”nı vurdu
11:42 02.05.2025
AMEA-da Azərbaycan-Misir elmi əməkdaşlığı müzakirə edilib
11:36 02.05.2025
Şərqşünas alim beynəlxalq konfransda qədim dillərin süni intellekt vasitəsilə öyrənilməsindən danışıb
11:34 02.05.2025
İraq ərazisində anti-İran qüvvələrin fəaliyyəti qadağan edilib
11:27 02.05.2025
Azərbaycan və Nepal arasında Anlaşma Memorandumunun imzalanması üçün hazırlıq işləri görülür
11:25 02.05.2025
Boliviyada sərnişin təyyarəsi yoxa çıxdı
11:16 02.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Azərbaycana səfər edəcək
11:07 02.05.2025
FHN metronun “28 May” və “Nizami” stansiyalarında taktiki-xüsusi təlim təşkil edilib
11:01 02.05.2025
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir
10:50 02.05.2025
Azərbaycan karbon bazarlarında iştirakını genişləndirməyi hədəfləyir
10:39 02.05.2025
Prezidentin Balaxanı Sənaye Parkının genişləndirilməsi ilə bağlı sərəncamının icrasına başlanılıb
10:35 02.05.2025
Süni intellekt güclü prosessorların köməyi ilə parolları sındırmağa nail olub
10:11 02.05.2025
“Xocalı. Son toy...” filmi nümayiş olunacaq
09:59 02.05.2025
Tramp 11 noyabr və 8 may tarixini qələbə günləri elan edib
09:54 02.05.2025
Vaşinqton Moskva-Kiyev danışıqlarında vasitəçi olmaqdan imtina edib
09:46 02.05.2025
Milli Aviasiya Akademiyasında autizmli uşaqlara həsr olunan festival keçirilib
09:21 02.05.2025
“Skype” platformasının fəaliyyəti dayandırılır
07:00 02.05.2025
BMT-də kütləvi ixtisarlar həyata keçirilə bilər
04:53 02.05.2025
Leyla Əliyeva və Arzu Əliyeva Sumqayıtda ağacəkmə aksiyasında iştirak ediblər
02:21 02.05.2025
Kardinallar imanlıların dua etməsini istəyiblər
01:24 02.05.2025
“Azərbaycanın İrana münasibəti hər zaman xoşməramlı olub”
18:03 01.05.2025
“Bu cür kütləvi məzarlıqlar erməni vandalizminin çoxsaylı əyani sübutlarındandır”
16:58 01.05.2025
Hamısı