“Azərbaycanın İrana münasibəti hər zaman xoşməramlı olub”

Yazarlar 18:03 01.05.2025

İran Prezidentinin Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməsi Tehranın Bakı ilə münasibətləri uzunmüddətli perspektivdə normallaşdırmaqda maraqlı olduğunu təsdiqləyir. Nəzərə alsaq ki, Azərbaycan səfirliyinə terror hücumu başda olmaqla bu illər ərzində iki ölkə arasında müxtəlif dövrlərdə gərginliklər yaşanıb. Bununla belə, İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrin yüksək səviyyədə olmasının təzahürü kimi qiymətləndirilə bilər. Prezidentlər səviyyəsində imzalanan sənəd, o cümlədən əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən digər rəsmi razılaşmalar iki qonşu ölkənin bütün istiqamətlər üzrə bir-birinə yaxın olmaq istəyini göstərdi. Azərbaycan Prezidentinin də söylədiyi kimi, “məramımız, məqsədimiz birdir - dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır”.

Dövlət başçıları həmçinin üçtərəfli əməkdaşlıq layihələrini, xüsusilə bütün iştirakçıların fayda görəcəyi Şimal-Cənub nəqliyyat dəhlizini geniş müzakirə etdilər. Bu səfərdən sonra, Bakıda aparılan müzakirələrdən sonra bu istiqamətdə də müəyyən intensivlik gözləmək olar. Dövlət başçımız da bəyan etdi ki, Azərbaycan öz ərazisində bu nəqliyyat dəhlizinin fəaliyyəti üçün bütün lazımi infrastruktur layihələrini həyata keçirib. Hazırda imkanların və infrastrukturun genişləndirilməsi prosesi gedir. Belə ki, dəniz limanı, dəmir yolu və  avtomobil nəqliyyatı üzrə də böyük sərmayə qoyuluşlu layihələrə start verilib.

Bakıda keçirilən biznes forum isə Azərbaycan və İran arasında iqtisadi əlaqələrin inkişafına zəmin yaradır. Dövlət başçılarının bəyanatından aydın oldu ki, hazırki göstəricilər qənaətbəxş deyil, burada artan dinamikaya ehtiyac var. İrandan gələn 120 nəfərdən ibarət iş adamının Bakıda apardığı məsləhətləşmələrin yaxın gələcəkdə real nəticələr verəcəyinə ümidlər çoxdur. Dövlət başçımız hətta İranlı iş adamlarını

Ermənistan işğalından azad olunmuş ərazilərimizə fəallıq göstərməyə dəvət etdi.

İran Prezidenti eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını bəyan etdi. Bu səfərdə diqqətçəkən məqamlardan biri də Məsud Pezeşkianın Azərbaycan dilində şeir səsləndirməsi oldu. 

Bu gün 10-dan çox ölkə ilə sərhədi olan İranın ən etibarlı quru sərhədi Azərbaycanladır. 44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentin Xudafərinə səfər etməsi və bu körpünü “Dostluq körpüsü” adlandırması Azərbaycanın qonşu İrana əsl dost münasibətinin real göstəricisi idi. Rəsmi Bakının münasibəti hər zaman xoşməramlı olub olub. 

Ümumilikdə qonşu dövlətlərlə normal münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetidir. Bu gün Türkiyə, Rusiya, gürcüstanla yüksək səviyyəli əlaqələr mövcuddur. Həmçinin İranla əlaqələrin möhkəmləndirilməsi və münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması üçün artıq heç bir maneənin olmadığını deyə bilərik.

Nigar Məmmədova

Milli Məclisin Deputatı

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Prezidentlərzəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Azərbaycan MAMA "Ana təbiət” sərgisi ilə ilk dəfə London Dizayn Biennalesində təmsil olunur
14:15 19.06.2025
Niderlandın Təl-Əvivdəki səfirliyi "vuruldu"
13:52 19.06.2025
Çimərliklərdə yoxlama aparıldı
13:34 19.06.2025
"Hizbullah" komandiri öldürüldü
13:31 19.06.2025
BRICS: Qərbsiz gələcəyin xəyalı, yoxsa reallıq?
13:08 19.06.2025
"Xameneyinin öldürülməsi geniş xaosa səbəb ola bilər"
12:58 19.06.2025
"İşğaldan azad olunan ərazilərdə yeni su anbarlarının tikintisi planlaşdırılır"
12:53 19.06.2025
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin genişlənməsinə səbəb ola bilər"
12:35 19.06.2025
AQTA transsərhəd heyvan xəstəlikləri üzrə monitorinqlər keçirəcək
11:26 19.06.2025
"Zelenski ilə görüşməyə hazıram, amma sənədləri kim imzalayacaq?"
11:22 19.06.2025
"Məqsədimiz İran hökumətini sarsıtmaqdır"
11:08 19.06.2025
Prezident İlham Əliyev BP -nin baş icraçı direktorunu qəbul edib
10:55 19.06.2025
Çindən Azərbaycana idxal olunan 50 minə yaxın baytarlıq preparatı məhv edilib
10:52 19.06.2025
Dünyanın taleyini həll etmək üçün 6 dəqiqə: NATO son 20 ilin ən qısa sammitini keçirəcək
10:32 19.06.2025
Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları Sədrlərinin 3-cü iclası başlayıb
10:25 19.06.2025
İran İsrail Müdafiə Qüvvələrinin kiberkomandanlıq qərargahına və kəşfiyyat mərkəzinə zərbə endirdi
10:10 19.06.2025
I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
09:54 19.06.2025
Böyük Britaniyanın baş naziri tərcüməçini Cənubi Koreya prezidenti ilə səhv saldı
09:39 19.06.2025
Dünyanın ən yaxşı 1000 Universiteti siyahısında 6 Azərbaycan universiteti var
09:37 19.06.2025
Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi
09:03 19.06.2025
İnsanlıq süni intellektə uduzurmu?
09:01 19.06.2025
Hamısı