Azərbaycanın karbon bazarlarında iştirakını genişləndirmək üçün müvafiq hüquqi və institusional çərçivənin yaradılması istiqamətində işlər görülür.
“EDnews” xəbər verir ki , bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.
"Bu, kənd təsərrüfatında aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaq. İnanıram ki, bugünki tədbir çərçivəsində müzakirə ediləcək mövzular, o cümlədən dövlət və özəl sektorun əməkdaşlığı, gələcəkdə iqlim dəyişikliyinə davamlı kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət daşıyacaq", - deyə o qeyd edib.
Fatimə Mərdanlı //EDnews