"İran kəşfiyyatı Azərbaycanda çox ciddi fəaliyyət göstərir" İsrailli siyasi ekspertdən XƏBƏRDARLIQ

Müsahibələr 13:46 10.01.2020

Qasım Süleymaninin ABŞ silahlı qüvvələri tərəfindən öldürülməsi beynəlxalq ictimaiyyətdə, o cümlədən, Azərbaycanda ciddi müzakirə mövzusuna çevrilib. İsrail əsilli beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut bu mövzu və gündəmdə olan məsələlərlə bağlı Eurasia Diary-ə eksklüziv müsahibə verib: 

- Qasım Süleymaninin öldürülməsi regiondakı siyasi proseslərə necə təsir göstərib?

- Qasım Süleymaninin öldürülməsiylə əlaqədar Yaxın və Orta Şərq regionunda vəziyyət olduqca gərginləşib və mürəkkəbləşib. Yeni müharibələr proqnozlaşdırılır. İsrail və ABŞ ekspertlərinin, o cümlədən, mənim fikrimcə, Süleymani regionda çox aktiv fəaliyyət göstərən beynəlxalq terroru dəstəkləyən general idi və məhz indiki məqamda ABŞ tərəfindən bu generalın zərərsizləşdirilməsi çox gərəkli və önəmli idi. Bu şəxsin İsrail ətrafındakı dövlətlərdə, İraqda, Livanda, Suriyada İsrailə qarşı fəaliyyət göstərən terrorçu qrupların idarə və yardım edilməsində xüsusi rolu var idi. Hər kəsə məlumdur ki, İran iqtisadiyyatı çökmək üzrədir. Son dövrlər genişləndirilən sanksiyalar İranda vətəndaşların sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırıb və xalq noyabrda benzin aksiyalarında da göstərdi ki, belə vəziyyətdə yaşamaq istəmir. İran vətəndaşları ölkələrinin təbii sərvətlərindən faydalanaraq yüksək rifah səviyyəsində yaşamağı arzulayır. Lakin İrandakı rejim bütün bunlara rəğmən dövlətin vəsaitini xalqa yox, Hizbullah, Həmas, İslami Cihad kimi terror təşkilatlarına sərf edir. Bu İran siyasəti üçün paradoksal bir durumdur.

- Süleymaninin öldürülməsinə Azərbaycan ictimaiyyətindən gələn ziddiyətli reaksiyaları necə qiymətləndirirsiz?

- Azərbaycan ictimaiyyətində Süleymaninin öldürülməsi böyük rezonans doğurub. Bu rezonansı yaradanlar da düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən İranyönümlü təşkilatlardır. Hansı ki, bu təşkilatlar İrandan maliyyələşir və real şəkildə dəstəklənir. Lakin bu təşkilatlar İranda yaşayan 35 milyondan çox azərbaycanlının sosial-siyasi durumu ilə maraqlanmır. İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala bilmir, öz dövlətinin bayrağını qaldıra bilmir, bir çox qadağalar, təzyiqlərlə üzləşirlər. Mən İsraildə yaşayan azərbaycan kökənli insan kimi sizə deyə bilərəm ki, burada 70 min azərbaycanlı, İrandakı 35 milyon azərbaycanlıdan daha sərbəst şəkildə öz dövlətlərinin milli bayramlarını, həmrəylik gününü və digər əlamətdar günləri qeyd edirlər və hər keçirilən tədbirdə Azərbaycanın üç rəngli bayrağı dalğalandırılır. Eyni zamanda, Azərbaycanda bu gün bəzi məscidlərdə Süleymani üçün dini mərasimlərin keçirilməsi çox böyük təəssüf doğurur. Yaxın tarixə nəzər salsaq görərik ki, Süleymani Qarabağda dinc azərbaycanlılara qarşı divan tutan erməniləri real şəkildə dəstəkləyib. Bütün bunlara rəğmən Süleymaniyə Azərbaycan məscidlərində mərasimlər keçirilməsi, təxminən 80 mindən çox azərbaycanlının sosial şəbəkələrdə onun şəkillərini paylaşması bir daha göstərir ki, İranın Azərbaycanda sosial dayaqları çox güclüdür. Sözügedən dayaqların formalaşmasında İran kəşfiyyat qurumlarının böyük xidmətləri var. Düşünürəm ki, bu Azərbaycan dövlətçiliyi üçün ən ciddi milli təhlükəsizlik problemidir və böyük təhdiddir. İranda hər kəs yaxşı bilir ki, Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal edib, bir milyondan çox azərbaycanlını öz torpaqlarından didərgin salıb. Lakin İran bunlara rəğmən Ermənistanla bütün sahələrdə sıx əməkdaşlıq edir. Hətta ermənilərin işğalı altındakı Şuşada Yuxarı Gövhər Ağa məscidini təmir etdirir, abidənin də üzərində “fars mədəniyyət nümunəsi” yazdırır...

- İranın Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat olduğu göz qabağındadır. Bu narahatlıq iki dövlət arasındakı münasibətlərə təsir edə bilərmi?

- İran rejimi daim Azərbaycan-İsrail münasibətlərinə qarşı böyük qısqanclıqla yanaşıb. Lakin eyni zamanda rəsmi Tehran yaxşı başa düşür ki, Azərbaycan və İsrail arasındakı dostluq münasibətlərinə əngəl törədə bilməz. Azərbaycanla İsrail arasındakı münasibətlər siyasi, iqtisadi, humanitar və digər sahələrdə ilbəil inkişaf edir. İki dövlət arasında ticarət dövriyyəsi 3 milyard dollara çatıb. 70 mindən çox azərbaycanlı bu gün İsraildə yaşayır və onlar Azərbaycan-İsrail arasındakı humanitar körpüləri daha da möhkəmləndirir.

Nicat İSMAYILOV

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndidə keçiriləcək
11:10 29.04.2025
Hindistanla Pakistan Nəyi Bölə Bilmir?
10:39 29.04.2025
Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib
10:22 29.04.2025
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verilib
16:52 28.04.2025
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
12:46 28.04.2025
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərə gəlib
12:19 28.04.2025
Türkiyə Pakistana 6 təyyarə silah göndərdi
11:58 28.04.2025
"Süni intellekt və rəqəmsallaşma əməyin təhlükəsizliyi üçün geniş imkanlar yaradır"
11:47 28.04.2025
"Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə kömək edəcək"
11:43 28.04.2025
Daşkənd Dövlət Aqrar Universitetinin nümayəndə heyəti ADAU-da səfərdə olub
11:40 28.04.2025
Hərbi vəzifəlilərlə çöl şəraitində praktiki məşğələlər keçirilib
11:33 28.04.2025
Azərbaycanda “Baku Flames Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalı” keçiriləcək
11:28 28.04.2025
Ötən həftə 1925,4 hektar ərazi minalardan təmizlənib
11:25 28.04.2025
"Azərbaycan ilə əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur"
11:21 28.04.2025
"Qlobal Cənub təşəbbüsü, sadəcə, nəzəri ideya olmaqla kifayətlənməməlidir"
11:13 28.04.2025
Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub
11:10 28.04.2025
Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü olacaq
11:07 28.04.2025
Azərbaycan incəsənət ustaları III Fuceyra Beynəlxalq Ud Forumunda iştirak edəcəklər
11:00 28.04.2025
FIDE prezidenti Bakıya gəlib
10:56 28.04.2025
Keniya liderinin qızı Qlobal Cənubu dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib
10:43 28.04.2025
ABŞ-də qeyri-adi "Ford Mustang 2016" hərracda satılıb
10:35 28.04.2025
Makronun mühafizə rəisi “qırmızı bülleten”lə axtarışa verildi
10:29 28.04.2025
" Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir"
10:19 28.04.2025
Gündə 50 dəqiqə yeriyin
10:14 28.04.2025
Danimarka İxrac və İnvestisiya Fondu ilə Azərbaycan arasında aqrar sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
10:10 28.04.2025
Qəzzada ölən jurnalistlərin sayı artdı
10:08 28.04.2025
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
10:05 28.04.2025
Çin 2035-ci ilədək avtomobil satışlarında elektromobillərin üstünlük təşkil etməsini hədəfləyir
10:02 28.04.2025
Türk Dünyası Bələdiyyələr Birliyinin yeddinci qurultayı keçirilib
09:59 28.04.2025
Xocalı şəhərinə daha 33 ailə köçürülüb
06:44 28.04.2025
Bu gün Zərifə Əliyevanın doğum günüdür
00:00 28.04.2025
100 gün : Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir
08:47 27.04.2025
Rabat Amerikan Məktəbində Mədəniyyət Günü: Azərbaycan zəngin irsi ilə fərqlənib
08:44 27.04.2025
Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib
08:39 27.04.2025
ABŞ-də tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb
08:36 27.04.2025
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək
08:32 27.04.2025
Çexiyada qızıl xəzinəsi tapılıb
21:25 26.04.2025
Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
21:15 26.04.2025
İran XİN rəhbəri ABŞ ilə nüvə sazişi üzrə danışıqlardan məmnun olduğunu bildirib
21:07 26.04.2025
Zaqataladan axan çaylarda sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb
20:02 26.04.2025
Hamısı