Şuşa həsrəti ilə yaşayan qərib azərbaycanlılar "Sevgimiz Şuşadan başladı" - FOTOLAR

Müsahibələr 12:00 14.01.2022
Arzu və Çingiz cütlüyünün sevgi hekayəsi Şuşadan başlayıb.
 
Uzun bir yol gələn məhəbbət əfsanəsi 35 il keçməsinə baxmayaraq, bir az belə solmadan uzun-uzadı yol gəlir. Bəlkə də bunun əsas səbəbi təməlinin Şuşada qoyulmasıdır.
 
Bu gün Nəbiyevlər cütlüyü EDNews.net-in qonağıdır. Öz sevgi tarixçələrindən elə özləri danışır.
 
 
Bizim sevgimiz alma hekayəsindən başladı...
 
Haşiyə: Arzu və Çingizin sevgisi 1980-ci ildə Şuşada 2 ay yarım davam edən qış düşərgəsi zamanı başlayıb. Oğuz rayonunun sakinləri olmalarına baxmayaraq, tale onları ilk dəfə Şuşada görüşdürüb və elə sevgiləri də orada yaranıb.
 
Əvvəl məsum uşaq sevgisi daha sonra şaxələnərək iki gənci qovuşdurub.
 
 
 
Arzu xanım danışır:
 
“Bir ay idi ki, Şuşada düşərgədə idik. Biz orada həm səhərlər məktəbə gedirdik, sonra da müxtəlif aktivlərdə iştirak edirdik. Ayda bir-iki dəfə ailələrimiz bizi ziyarətə gəlirdi. Deyəsən, həmin günü onlar gəlmişdi, Çingizə də alma gətirmişdilər. O zamanlar mən 5-ci, Çingiz isə 7-ci sinifdə oxuyurdu. (gülür) Bir rəfiqəm var idi Çimnaz, Çingizin əvvəl ondan xoşu gəlirdi. Bir də gördüm Çingiz əlində bir iri alma ilə gəlir. Təsəvvür edin, almanı o qədər köynəyinə sürtmüşdü ki, meyvə par-par parıldayırdı. (gülür).
 
Mənə yaxınlaşıb almanı uzatdı, mən də düşündüm ki, mənim üçün gətirib, amma sən demə alma Çimnaz üçün pay idi. Çingiz dedi ki, get o qıza de ki, mənim ondan xoşum gəlir və bu almanı ona ver. Mən də onun dediyi kimi etdim. Çimnaz almanı əvvəl yemək istədi, lakin sevgi etirafı olduğunu anlayanda mənə dedi ki, apar meyvəni vur o oğlanın başına. Dedim yaxşı, getdim çəkildim qırağa almanı yaxşıca yedim və Çingizə dedim ki, hədiyyən qıza çatıb. Səhəri Çingiz sevinə-sevinə qıza yaxınlaşanda isə qız bunu acılayıb. (gülür) Mən də cavabında ona dedim ki, mən almanı verdim, gerisi öz işinizdir”.
 
Bu yerdə əsərin baş qəhrəmanı Çingiz bəy də söhbətə qoşulur.
 
“Şuşa bizim üçün müqəddəs bir yerdir. Bizim sevgimiz orada başlayıb. 1980-ci ildə axırıncı dəfə Şuşadan çıxdıq və bir daha ora qayıtmaq nəsibimiz olmadı. Neçə illərdir biz Şuşanın həsrətindəyik. Bu gün Ali Baş Komandan İlham Əliyev və Müzəffər ordumuz sayəsində bizim Şuşamız azaddır. Biz evləndik və 35 ildir Rusiyanın Udmurtiya vilayətində yaşayırıq. Ancaq hər zaman Vətən - Şuşa həsrəti ilə yaşamışıq”.
 
Hazırda ən böyük arzuları Şuşanı görmək, onun qoxusunu yenidən ciyərlərinə çəkmək istəyir Arzu xanım və Çingiz bəy. Çingiz bəy deyir ki, qismət olsa Şuşaya səfər etsələr ilk olaraq, əyilib torpağı öpəcək.
 
“Şuşa uşaqlıq xatirələrimdən yadigardır. Təsəvvür edin, hər bir təsvir bütün xırda detalları ilə yadımdadır. Cıdır düzü, Yuxarı Gövhər Ağa məscidi, bazar. İlk olaraq o torpağa ayaq basanda onu öpəcəyəm. Həsrətim bəlkə sona çatdı”.
Arzu xanım da Şuşa ilə qovuşacağı günü gözləyir. O deyir ki, Şuşanın azad olunduğu gün Çingiz bəy ona şad xəbəri verəndə uşaq tək hönkür-hönkür ağlayıb.
 
“Qulaqlarıma inana bilmirdim, Şuşa azad idi. Bu bizim üçün ikiqat bayram idi, çünki həm Vətən, həm də sevgi şəhərimiz azad olmuşdu. İnanırsız, həmin gün biz şəhərdə böyük bir atəşfəşanlıq etdik, ermənilər isə pərtliklərindən qaçıb öz çuxurlarına girmişdilər”.
 
Cütlük Azərbaycana etdikləri səfərin məqsədini də açıqlayıb. Onlar bir şəhid ailəsinin sevinməsində rol oynadıqları haqqında çox qürur hissi ilə danışırdılar.
 
““Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb. Biz də gəldik ki, evi öz əllərimizlə şəhid ailəsinə təhvil verək”.
 
İndi Arzu və Çingiz cütlüyü sevgilərinin şəhəri Şuşanı görmək arzusu ilə yaşayır. Onların hazırda bir duası, bir arzusu var Şuşaya qovuşmaq...
 
Vüsalə Balayeva
 
 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Hamısı