“Sülhməramlılar iki icma arasında dialoqa mane olmaq üçün süni problemlər yaradır” Politoloqla ÖZƏL MÜSAHİBƏ

Müsahibələr 17:01 16.12.2022

Hazırda Şuşa-Xankəndi yolunda ekoloji Qeyri Hökumət Təşkilatı nümayəndələri, vətəndaş cəmiyyətinin bir sıra fəalları, həmçinin media mənsublarının iştirakı ilə aksiya davam edir. Dinc aksiya iştirakçıları ekoloji soyqırımına son qoyulması tələbi ilə yanaşı, həm də Xankəndindəki erməni sakinlərlə də birbaşa dialoq yaratmaq niyyətindədir. Lakin orada əraziyə müvəqqəti nəzarət edən sülhməramlılar buna mane olur.

Politoloq Aytən Qurbanova Ednews-a müsahibəsi zamanı baş verənlərlə bağlı bir sıra sualları cavablandırıb.

- İki tərəf arasında üçüncü tərəfin müdaxiləsi olmadan danışıq aparmaq üçün ən münasib vasitə nə ola bilər?

- Çox təəssüflər olsun ki, nəinki səsləndirilən tələblər yerinə yetirilməyib, hətta sülhməramlı kontingentin komandanlığı tərəfindən heç bir rəsmi münasibət bildirilməməklə yanaşı sivil qaydada davam edən aksiyanın iştirakçılarına qarşı əsassız iddialar səsləndirilib. Təbii olaraq bu da aksiya iştirakçılarında sülhməramlıların öz missiyasını doğru və ədalətli şəkildə icra etməməsi ilə bağlı əsaslı fikirlər yaradır. Ona görə də, artıq aksiyanın şüarlarına yeniləri əlavə olunmaqla bərabər Xankəndində yaşayan erməni əsilli vətəndaşlarla (hələ ki, bu rəsmi olmasa da, onların Azərbaycan ərazisində yaşamasının yeganə legitim yolu ən qısa zamanda vətəndaşlığı qəbul etmələridir və biz də onları Azərbaycan vətəndaşları olaraq qəbul edirik) birbaşa danışıqların aparılması tələbləri səsləndirilməyə başlanıb. Əslində üçüncü tərəfin vasitəçiliyi olmadan aparılacaq danışıqlar ümumi Azərbaycan-Ermənistan sülh danışıqlarına və beynəlxalq platformada aparılan anti-Azərbaycan ideoloji təbliğatı vasitəsilə yayılan yalan informasiyaların yerində təkzib olunmasına töhfə verməklə yanaşı, Qarabağ ərazisində iki icma arasında inteqrasiya prosesinin də sürətləndirilməsini təşviqedici amil ola bilər. Məhz bu səbəblə də, bu tələbin yerinə yetirilməsi kifayət qədər önəmlidir.

- Aksiya nə qədər davam edə biləcək və bunun nəticəsini necə görürsünüz?

- Düşünürəm ki, irəli sürülən tələblər qəbul edilənə və ya ən azından tələblərin müzakirə ediləcəyi ortaq platformanın yaradılması üçün ikitərəfli və ya çoxtərəfli danışıqlar başlayana qədər aksiyanın başa çatması ehtimalı istisna edilməlidir. Ona görə də, aksiyanın davametmə müddəti ilə bağlı dəqiq tarix ifadə edə bilməsək də, əsas gözləntilərimiz Laçın dəhlizində gömrük postlarının yaradılması, Azərbaycanın milli sərvətlərinin talanmasına və ərazilərimizin minalanmasına son qoyulması ilə bağlı götürülən öhdəliklərin dərhal icra olunmasıdır. Amma təbii ki, bu tələblər yerinə yetirilmədiyi halda, sülhməramlıların öz missiyalarına uyğun olmayan fəaliyyəti və Ermənistanla birlikdə rəsmi Kremlin də üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri icra etməməsilə bağlı təkzibolunmaz reallıq əsas göstərilərək. Azərbaycan tərəfi də öz öhdəliklərindən imtina edə və Qarabağ ərazisində müvəqqəti yerləşmiş rus sülhməramlılarının missiyasına vaxtından əvvəl xitam verilməsini tələb edə bilər.

- Azərbaycanlı fəallarla Xankəndi erməniləri arasında ikili danışıq baş tutarsa sülhməramlıları hansı aqibət gözləyəcək?

- Artıq birbaşa danışıqlar mümkün olduğu halda, ümumiyyətlə sülhməramlıların orada qalmasına üçün heç bir zərurət olmayacaq və onların missiyası bitmiş hesab olunacaq. Prosesin bu qədər uzanmasının da əsas səbəbi məhz budur. Qarabağdan getmək istəməyən “sülhməramlılar” iki icma arasında birbaşa ünsiyyətin olmaması üçün süni problemlər və ermənilərə qarşı real olmayan hədələr yaratmağa cəhd edərək inteqrasiya prosesini maksimum dərəcədə gecikdirməyə çalışırlar.

- Bu dinc yolla mümkün ola biləcəkmi?

- Ümid edirik ki, bu mümkün olacaq. Bizim bütün səylərimiz və bugünə qədər davam edən təmkinli mövqeyimiz prosesi dinc yol ilə yekunlaşdırmağı hədəfləyir. Bütün kanallar vasitəsilə dialoqu davam etdirməyimizin yeganə məqsədi də budur. Amma çox təəssüflər olsun ki, bu birtərəfli xoş niyyətlə mümkün ola bilməz. Proses nəticəsiz qaldığı halda isə ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin qorunması üçün hərbi əməliyyatlar qaçınılmaz ola bilər. Ona görə də, Ermənistan tərəfi ya sülh, ya da güc tətbiqi ilə Azərbaycanın ərazi bütövlüyünü tanımağa və bütün tələbləri yerinə yetirməyə məcburdur. Başqa çıxış yolu yoxdur.

Söhbətləşdi: Elnur Ənvəroğlu 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
İsrail XİN başçısı 15 ildən sonra ilk dəfə Yaponiyaya səfər edib
11:41 13.05.2025
Azərbaycan və Türkiyə maliyyə sektorunda risk əsaslı nəzarət sisteminin qurulmasını müzakirə ediblər
11:37 13.05.2025
Tanınmış italyan pianoçunun Bakıda ustad dərsi təşkil olunacaq
11:35 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Hamısı