ANS-in məşhur şərhçisi Asif Bağırov: “Müştərim borca görə özünü asdı” – MÜSAHİBƏ – ÖZƏL

Müsahibələr 15:00 11.10.2023

Ednews tanınmış telejurnalist, futbol şərhçisi Asif Bağırovla müsahibəni təqdim edir.

-  Söhbətimizə ANS-dən başlayaq. ANS bir vaxtlar Azərbaycan televiziya məkanında ən maraqlı, fərqli kanal idi. ANS sizin yaddaşınızda necə qalıb?

- Bu lap çoxdanın söhbətidir. Haradasa 32 il olar. Mən ANS-ə işə qəbul olunmamışdan əvvəl də ANS-də idim. Çünki o vaxt AzTv-də işləyirdim. ANS-in avadanlığı yox idi deyə onların montajını elə AzTv-nin avadanlığı ilə həyata keçirirdilər. Bir il müqavilə əsasında onlarla fəaliyyət göstərdim. Bu, 1991-ci ilin axırlarına təsadüf etdi. 1992-ci ilin payızından isə rəsmi olaraq ANS-in ştatına düşdüm. Çox maraqlı, kiçik bir kollektivimiz vardı.

- Qənirə Paşayeva da ANS-də işləmişdi. Onunla münasibətiniz necə idi?

- Allah rəhmət etsin Qənirə xanıma. O, ANS-də fəaliyyətə başlayanda səhv eləmirsəmsə, 2000-ci ilin əvvələri idi. “İç xəbər” verlişində aparıcı kimi çalışmağa başladı. Onda verlişin layihə rəhbəri mən idim. Qənirə xanımla münasibətim normal idi.

- ANS-dəki fəaliyyətinizdən danışaq...

- Mən burada montaj üzrə rejissor, operator, sonra reportyor, müxbir, daha sonra isə aparıcı, redaktor, aparıcı-redaktor, baş aparıcı kimi işləmişəm, hətta sonradan televiziyanın direktoru da olmuşam.

- Unudulmaz xatirəniz olubmu? Hələ də yaddan çıxmayan xatirə... 

- Yazılmamış qaydalarımız vardı. Hərə öz çəkilişindən gələndə təssüratlarını bölüşürdü. Baxırdıq, qiymətləndirirdik. Mənim elə bir xatirəm var. Çəkilişdən sonra operatorluğu buraxdığımı dedim. 

pp.jpg

- Nə idi o səbəb?

- OMON-çuların (xüsusi təyinatlı polis dəstəsi) məhkəmə prossesi gedirdi. Fasilə elan olunandan sonra nadzorlar imkan verdilər ki, valideynlər öz övladları ilə görüşsünlər. Dəmir barmaqlıqlar arasından. Həmin epizodların birində iki- üç yaşında bir qız uşağının atasını necə öpdüyünü, necə onu qucaqlamaq istədiyinin şahidi oldum. Bu mənim üçün, həqiqətən də, dəhşətli xatirə idi. Həm də dəhşətli kadr idi. Bəlkə, bu anı mən o vaxt daha dərindən hiss etməsəm də, ata olandan sonra bunun nə demək olduğunu dərindən başa düşdüm.

- ANS üçün darıxırsınız? Ümumiyyətlə, televiziyalarda o boşluq hiss olunur...

- Bütün Azərbaycan tamaşaçıları kimi mən də ANS üçün darıxmaya bilmirəm. Bu mümkün deyil. Orada dostlarım vardı, hansı ki o qalanın qurulması üçün tər tökmüşdülər. Heyf, həqiqətən. 

- Şərhçilik tarixçənizdən danışaq. Kim kəşf etdi sizi? Necə oldu şərhçiliyə başladınız?

- 2000-ci ilin yazında AFFA-da idim. O vaxt qurumun vitse-prezidenti Oqtay Zeynalovla dəhlizdə rastlaşdıq. Oqtay müəllim mənə dedi ki, Çempionlar Liqasını yayımlaq istəyirsiniz. Mənə yuxu kimi gəldi. Dedim, bundan kim imtina edər. Cavabında dedi ki, heç bir problem yoxdur, bundan sonra turnirin yayımı sizdə olacaq. Dedim, bəs bizdən nə tələb olunur, dedi ki, Azərbaycan milli komandasının ev oyunlarını ölkəmizdə yayımı zamanı sadəcə anonslarını yayımlayın. Danışıqlarımız müsbət nəticələndi və 2000-ci ilin sentyabr ayında “Qalatasaray” – “Monako” oyunu ilə işə başladıq. Düzü, şərhçi kimi təcrübəmiz yox idi. Mən, İlqar Mikayıloğlu, Rahil, Doktor Ziya. Sonradan Gündüz Abbaszadə də bizə qoşuldu.

- Futbolsevərlər bəzən şərhçilərimizi tənqid edirlər. Hərdən sizləri də yada salanlar az olmur. İndiki idman şərhçilərindən kimləri bəyənirsiniz?

- Aralarında yaxşı şərhçilər var. İsmayıl Abdullayev, Pərviz Musayev. Gündüz Abbaszadəni demirəm, birgə işləmişik deyə. Adını hallandırdığım şərhçiləri bəyənirəm. 

- Siz, bəzən İlqar Mikayıloğlu ilə hər hansısa bir məkanda oyunları şərh edirsiniz. O məkanlarda sizə maraq necə olur? 

- Məsələn, “Xekken”-“Qarabağ” oyununu şərh etmişdik. Orada müəyyən kateqoriyadan tamaşaçı var ki, sırf Asiflə, İlqara görə gəlir. 

yu.jpg

- Dediyiniz kateqoriyadan olan insanlar yaşlı nəsildi?

- Xeyr, amma necə deyərlər, onlar düşünür ki, yeni nəsil bunu bilməz. Tutalım, dünən Yasamalda olsaq, sabah mikrorayona getsək, gələrlər. Məsələn, o gün Masazırda idik, onlar da orada idilər. Birisigün biz Mazandarana da getsək, yüz faiz ora da gələcəklər. Belə tərfiləmək kimi çıxmasın, amma bizə görə gəlirlər.

- Şərhçiliyə yenidən qayıtmaq istəyirsiniz? Söhbət TV-lərdən gedir...

- Bu günlərdə “CBC Sport”a müraciət etdim. Əgər müvafiq qərar 2 həftə ərzində gələrsə, müsabiqəyə dəvət ediləcəkdim. 2 həftə gözlədim, artıq 1 aydan çox vaxt keçib. “CBC”-nin, səhv etmirsəmsə, ilk kastinqi deyil. 5-6 il əvvəl də belə kastinqlər olmuşdu. Əməkdaşların kütləvi uzaqlaşdırılması yox idi, yeni layihələrə başlayırdılar. Çempionlar Liqası, Avro Liqanı alırdılar. Bu boyda böyüklükdə işi kiçik kollektivlə çatdırmayacaqlar deyə işçi heyətini artırmaq istəyirdilər. Mən də birbaşa Elxan Məmmədova zəng vurdum. Elxan müəllimə “CBC”-yə getmək və orada şərhçilik etmək istəyimin olduğunu dedim. O da dedi ki, bununla bağlı Volkan Üstə müraciət et. Dedim, Volkan bəy sizin razılığınız olmadan inanmıram ki, yekun nəsə deyə. Elxan müəllim də dedi, özüm danışaram. Üstündən 1 həftə keçmədi ki, hazırda işlətdiyim məkana Firuz Abdulla və Rüstəm Əfsərli gəldi. O vaxtı Firuz AFFA-da çalışırdı, Rüstəm isə "CBC"-də. Mən elə başa düşdüm ki, onları Elxan müəllim göndərib. Onlar isə belə olmadığını dedilər. Məni görməyə gəldiklərini bildirdilər. 12-13 ildi "Topaz" fəaliyyəti ilə məşğulam. İndiyənə kimi bu adamlar bura gəlməmişdilər. Ona görə Elxan müəllimin sözü yadıma düşdü. Onlara “CBC”-də işləmək istədiyimi dedim, söhbət etdik və Rüstəm dedi ki, bu mənim səlahiyyətimdə deyil, amma söz verirəm, səni Volkan bəylə görüşdürəcəm. İndiyənə kimi də görüşdürür. Kiməsə məcbur etməmişəm ki, bu sözü mənə desin. Desə idi, çalışaram görüşdürüm, bu başqa məsəli.

- "Topaz" açmağınızdan danışaq. Neçə ildi bu sahədəsiniz?

- 2011-ci ilin yanvar ayından "Topaz" məntəqəsini açmışam.

- Bilirsiniz ki, hazırda qumardan əziyyət çəkən adamların sayı durmadan artır. Sanki koronavirus kimi gənclərə yoluxur qumar virusu. Bu sizi narahat edirmi?

- Elə insanlar var, məsələn, deyir ki, siqaretin qiyməti 10 manat olsa da, alıb çəkəcəm. Çalışdığım qədər azyaşlı, 18 yaşına çatmayan uşaqları bu sahədən çəkindirirəm. Hətta məkana girişlərini qadağa edirəm. Bir dəfə bir oğlan gəldi, basketbol oyununa varinat yazdı. Əminliklə dedi ki, bu mərci udacaq. 

kk.jpg

- Nə qədər məbləğ yazdırmışdı?

- 500 dollar məbləğində. 

- Aha, sonra necə oldu?

- Oyuna canlı biz də baxırdıq. Oğlan çox həyəcanlı, gərgin idi. Bir yerdə dayana bilmirdi. Çünki yazdığı proqnoz özünü doğrultmurdu. Biz onda qorxuya düşdük. Hiss edirdim ki, stress yaşayır. Nəzarət kamerasının istiqamətini ona tərəf yönəltdik.

- Niyə?

- Birdən onun başına nəsə iş gələrsə bizim ona heç nə etmədiyimizin sübutu kimi olsun. Fakt olsun.

- Başına nə iş gələcəkdi ki?

- Yəni həyəcandan ürəyi partlayar. Oldu, oldu da. İnsandı. O bizə uduş götürsə qonaqlı verəcəyini də dedi. Biz də dedik ki, narahat olma, gələr kuponun. Qayıtdı ki, bacımın cehizlik puludu. Əminlik yox idi bizdə də, amma xoşbəxtlikdən kuponu gətirdi. Uduşu götürüb getdi, heç qonaqlıq da yadına düşmədi. O oğlanı o gündən sonra heç görmədim. O cür stresslə yaşamaqdansa, heç yazma daha yaxşı. 

Başqa hadisə də xatırlayıram. Bir müştərimiz vardı, həftəlik limit ayırmışdıq ona. Nisyə yazırdı. Həftəlik 500 manatlıq limiti vardı və pulu da geri qaytarırdı. Bir neçə ay bu cür davam elədi. Sonra günlərin bir günü bu adamdan xəbər gəlmədi. Borcu da qalmışdı. Yaxşı kionun evini tanıyırdım. Getdim, dedilər ki, özünü asıb öldürüb. Borcları çox olduğuna görə yaşaya bilməyib.

p.jpg

- Mərc oyunları çox insanın, ailələrin həyatlarını məhv edib...

- 12 ildi artıq mərc oyunları rəsmiləşib. Bağlansın, razıyam sizinlə. İnsanlar Azərbaycanda ancaq iki mərc yerindəmi qumar oynayır? Nərdlə, damino ilə, pokerlə qumar oynayan yoxdur? Qumar həvəskarı deyirlər belələrinə. 

- Özünüz heç oynamısan?

- Arada bir oynayıram. “Barselona” azarkeşiyəm. Komandan deyək ki, “Real Madrid"lə qarşılaşır. “Real”ın ya udacaq, ya heç-heçə edəcək variantına 3 manat yazıram. “Barselona” qələbə qazansa sevinəcəm və 3 manatı nəzir kimi verdim getdi deyəcəm. Uduzacağım o 3 manatı dostlarla çay içdim deyəcəm. 

- 3 manatdan artıq olmayıb?

- Xeyr. 

- Futbol matçlarında bəzən deyirlər ki, filan oyun satılıb. Oyunlar əvvəlcədən razılaşdırılır. Bu barədə nələr söyləyərdiniz?

- Bununla razıyam. Çünki əvvəllər oyunların müqəddaratı meydandan kənarda həll olunurdu. İndi isə oyunların müəyyən qismi meydanda həll olunur. Qalanları kənarda. Sonuncu Dünya Çemiponatını xatırlayaq. Bütün komandalar uduzdu. Fransa, Argentina, Almaniya, İspaniya kimi milli komandalar özlərindən qat-qat zəif komandalara məğlub oldular. Bu təsadüf ola bilərmi? 

j.jpg

- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.

- Xoşdu, sağ olun. 

Söhbətləşdi: Oğuz Ayvaz

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır
16:23 13.05.2024
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
Azərbaycanın kapital bazarının artım potensialı açıqlanıb
16:10 13.05.2024
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
15:48 13.05.2024
Paşinyanın noyabra qədərki sülh vədi: Həqiqət yoxsa illüziya? – Beynəlxalq ekspertlər ŞƏRH EDİR
15:40 13.05.2024
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
15:30 13.05.2024
Almatı görüşü iki ölkə arasında sülh müqaviləsini tezləşdirəcəkmi? – Politoloqdan AÇIQLAMA
15:30 13.05.2024
Bu qadınların maaşları ARTIRILA BİLƏR
15:25 13.05.2024
Ukrayna niyə müdafiə oluna bilmir?
Ukrayna niyə müdafiə oluna bilmir?
15:20 13.05.2024
YAP Umud Mirzəyevi Fəxri Fərmanla təltif etdi – FOTO
15:00 13.05.2024
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
Şəkər qiymətləri kəskin bahalaşa bilər - SƏBƏB
14:59 13.05.2024
İranda yeni nüvə reaktoru tikiləcək
İranda yeni nüvə reaktoru tikiləcək
14:50 13.05.2024
"Qarabağ"a qızıl medal və kubok bu stadionda veriləcək
14:46 13.05.2024
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
Ukrayna rəsmisi Xarkov vilayətində “çətin vəziyyətin” olduğunu etiraf edib
14:32 13.05.2024
Babək prospektində piyadanı maşın vurdu - Sıxlıq yaranıb
14:15 13.05.2024
“Azərbaycanda minimum əməkhaqqı kifayət qədər azdır” – İqtisadi ekspert açıqlayır
14:00 13.05.2024
Bu məhkəmələrə yeni hakimlər təyin edildi - SİYAHI
13:46 13.05.2024
Qarabağda ötən həftə aşkarlanan minaların SAYI
13:27 13.05.2024
Ötən ay Azərbaycanda ən çox ucuzlaşan məhsullar – SİYAHI
13:05 13.05.2024
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
Temperaturun 3 dərəcə qalxması nələrə səbəb ola bilər? – ARAŞDIRMA
13:00 13.05.2024
"Paşinyanın tək yolu Azərbaycanla sülh müqaviləsi bağlamaqdır" - Moldovali ekspert şərh edir
13:00 13.05.2024
ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
12:50 13.05.2024
Geomaqnit qasırğası gözlənilir
Geomaqnit qasırğası gözlənilir
12:45 13.05.2024
MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan etdi
12:41 13.05.2024
MEDİA çap mediası subyektləri üçün müsabiqə ELAN EDİR
12:35 13.05.2024
Ərdoğan Yunanıstanı sülhü təmin etmək üçün qəti addımlar atmağa çağırdı
12:30 13.05.2024
Azərbaycanda illik inflyasiya ENDİ
12:25 13.05.2024
Əməkdar artist vəfat etdi
12:21 13.05.2024
"Rusiyada daxili vəziyyət qarışıqdır" - Ukraynalı deputat açıqlayır
12:15 13.05.2024
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə rəis təyin olunan Müşfiq Məmmədov KİMDİR? – DOSYE
11:55 13.05.2024
Bu ölkələrin rəsmiləri İlham Əliyevin QƏBULUNDA
11:53 13.05.2024
Əhmədlə bağlı yekun ekspertiza rəyi AÇIQLANDI
11:50 13.05.2024
Azərbaycanda güclü zəlzələ GÖZLƏNİLİR? – AÇIQLAMA
11:40 13.05.2024
Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq - RƏSMİ
11:20 13.05.2024
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
Dövlətlər kriptovalyutalara nə qədər maraq göstərir - ARAŞDIRMA
11:15 13.05.2024
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
Erməni keşiş “Dağlıq Qarabağ”a qayıtmaq istədiyini bildirib - VİDEO
11:00 13.05.2024
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
Kanada qəzetində Baqrat Qalstanyan haqqında utanc verici faktlar yayımlanıb - FOTO
10:52 13.05.2024
Hamısı