Proqnozlara görə, Azərbaycan konstitusiyasında bir çox ciddi dəyişikliklərin edilməsi gözlənilir. Yeni Konstutsiyada deputat sayının artırılması, ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsi, yaradılan 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi, yerli özünüidarəetmənin gücləndirilməsi, həmçinin Milli Məclis üzvlərinin sayının 125-dən 151-ə qaldırılması nəzərdə tutulur.
Yeni referendumun olmasının gerçəklik payı nə qədər? Konstitutsiya İslahatlarının keçirilməsi həqiqətənmi vacibdir?
Məsələ ilə bağlı deputat Fazil Mustafa Ednews-a açıqlamasında bildirib ki, Azərbaycanda ciddi Konstitutsiya dəyişiklərinə ehtiyyac var.
“Konstitutsiya dəyişikliklərinə ehtiyacın yaranmasının səbəbi ölkədə baş verən aktual situasiyadır. Torpaqların işğaldan azad olunmasının nəticəsi kimi torpaq bütövlüyümüz təmin olundu. Bu proses mütləq qanunvericilikdə öz əksini tapmalıdır və islahatların həyata keçirilməsi üçün konstutsion maneələr aradan qaldırılmalıdır.
Əlavə olaraq Naxçıvan Muxtar Respublikası ilə əlaqəli bir çox qanunlar dəyişilməlidir. Lakin mövcud Konstitutsiya buna imkan vermir.
Daha sonra iqtisadi zonaların yaranması, böyük şəhər bələdiyyələrinin təsisi və s, Prezidentin Xüsusi Nümayəndəsi İnstutu hazır ki Konstutsiyada praktikada edilən formada nəzərdə tutulmayıb amma reallıqda fərqli fəaliyyət göstərir.
Bunun kimi dəyişiklikləri təmin etmək vacibdir.
Ümumiyyətlə istər ümumi şəkildə qanun ilə və parlamentlə bağlı islahatlar keçirilə bilər.
Konkret olaraq Konstitusiya İslahatlarının hansı sahələri əhatə etməsi müzakirələrdən sonra dəqiqləşdiriləcək”.
Deputat son olraraq qeyd edib ki, toplu şəkildə Konstitutsiya islahatı bu ilin sonundan və ya gələn ilin əvvəlindən keçirilə bilər.
Xəyal Ramiz