İrlandiyalı hərbi ekspert: Dünyanı bürüyən III Dünya Müharibəsi anonsu gerçəkləşir - ÖZƏL

Müsahibələr 14:30 23.02.2024

ABŞ prezidenti Co Bayden San Fransiskoda ianə kampaniyasında iştirakı zamanı mətbuata verdiyi açıqlamasında, Rusiya prezidenti Vladimir Putinin ünvanına bir sıra təhqiramiz ifadələr bildirib. Onu yumşaq dillə desək “it oğlu” (son of a bitch) adlandırıb və əlavə edib ki, onun kimi şəxslərə görə biz hər zaman nüvə münaqişəsindən narahat olmalıyıq. 

Maraqlısı odur ki, Baydendən savayı son zamanlarda dünyanın aparıcı bir sıra liderləri yeni bir dünya müharibəsinin çıxacağı ilə bağlı bir sıra fikirlər səsləndirib. Bəs bu dünya üzərində  nüvə müharibəsinin başlanğıcının xəbərçisi ola bilərmi?

İlk öncə nüvə silahları ilə təchiz olunmuş ölkələrin adlarına baxaq.

Hazırda dünya üzərində 9 ölkə rəsmi olaraq nüvə silahları ilə təchiz olunub. Ümumilikdə isə qlobal nüvə ehtiyatı 13.000 silaha yaxındır. Yəni potensial bir müharibə ehtimalında bu ölkələr ümumilikdə bu qədər nüvə silahından istifadə edə bilər.

Lakin məsələ burasındadır ki, bu silahların istifadəsi bir o qədər də asan deyil. Belə ki, nüvə silahlarının sayının çoxluğuna görə 5 ölkə - Çin, Fransa, Rusiya, Böyük Britaniya və ABŞ Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin üzvüdürlər. Bu da o deməkdir ki, bu aparıcı ölkələr hazırda rəsmi olaraq nüvə silahlarının istifadəsini qadağan ediblər. Bu müqavilə 1968 – ci ildə imzalanıb. Bu müqavilədən kənarda isə Hindistan, Şimalı Koreya və Pakistan, silahların istifadəsi edilməməsi ilə bağlı heç bir müqavilənin iştirakçısı deyillər. Geridə isə 1 ölkə qalır o, isə İsraildir. 90 ədəd nüvə başlığına sahib olduğu güman edilir. 

İrlandiyalı hərbi ekspert Deklan Makkelli Ednews – a bildirib ki, açıqlamalarda bu ehtimalın yüksək olmasına baxmayaraq,  praktikada bunu etmək elə də asan deyil.

“Etiraf etmək lazımdır ki, hazırda dünya siyasətinin gəldiyi məqam elədir ki, hər an kiçik bir mübahisədən müharibə çıxa bilər. Nüvə silahları ilə təchiz olunan bütün ölkələrdən an etibarı ilə Rusiya və İsrail rəsmi olaraq müharibə şəraitindədirlər. Hərçənd İsrailin sahib olduğu nüvə silahları güman edilir. Ona görə ki, digər nüvə silahına sahib ölkələrlə müqayisədə onların praktikada bu silahları istifadə etdikləri qeydə alınmayıb. Sözsüz ki, İsrailin bunu istifadə etməsi məntiqsiz olardı. Lakin, Rusiyanın olduğu vəziyyətdə hər an hər şey ola bilər. Hərçənd Rusiya da nüvə silahlarını istifadə etməyin bir növ dəlilik olduğunu bilir, lakin Rusiyanın, Nüvə Silahlarının Yayılmaması Haqqında Müqavilədən çıxması gözlənilə bilər. Bundan əvvəl Rusiyanın ya özünün könüllü olaraq, ya da rəqib hesab etdiyi aktorlar tərəfindən bir sıra müqavilə, təşkilatlardan çıxdığını görmüşük. Belə bir hadisə olacağı təqdirdə isə səsləndirilən ifadələrin artıq real olacağını deyə bilərik. Ələxsus böyük və güclü aktorların dünya üzərində baş verən böhran və münaqişələrə göz yumduğu bugünümüzdə, III Dünya Müharibəsi hər zaman aktiv olmaqda davam edəcək. Ya yeni bir dünya nizamı qurulacaq, ya da böyük bir fəlakətin şahidi olacağıq”.

Əkbər Novruz

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Avropa Birliyi ölkələri Türkiyə ilə əməkdaşlıq etməlidir"
02:23 25.06.2025
Klublararası dünya çempionatı: "Benfika" və "Bavariya" növbəti mərhələdə
02:01 25.06.2025
"300 min manat kredit borcum var"
01:58 25.06.2025
Ərdoğan və Tramp arasında görüş baş tutdu
01:54 25.06.2025
Sovet dövrünün adamları niyə çox yaşayırlar?
01:39 25.06.2025
Paris Şuşada təslim oldu
01:23 25.06.2025
Tramp Nobel Sülh Mükafatına namizəd göstərildi
01:10 25.06.2025
İsrail dronları İranın Rəşt şəhərinin ətrafına hücum edib
01:03 25.06.2025
"İsrail məqsədlərinə nail ola bilmədi"
00:55 25.06.2025
Erməni deputatın Rusiyaya girişi qadağan edildi
00:40 25.06.2025
Ceyranbatanda KÜÇƏ İTİ nənə və nəvəyə hücum edib
00:25 25.06.2025
Tramp NATO baş katibinin şəxsi mesajını sosial şəbəkədə paylaşdı
00:10 25.06.2025
Üç min avtomobillə dolu gəmi Sakit okeanda batdı
23:55 24.06.2025
"İsrail və İran arasındakı atəşkəs razılaşması qüvvədədir"
23:40 24.06.2025
Donald Trampa impiçment elan oluna bilər
23:25 24.06.2025
"Serbiyanı heç kim düşünmür"
23:10 24.06.2025
"İrana qarşı kampaniya bitməyib"
22:55 24.06.2025
Dövlət xidmətləri sadələşdiriləcək
22:40 24.06.2025
Neymar "Santos"da qalır
22:25 24.06.2025
Azərbaycan-İran sərhədində radiasiya artımı var?
22:10 24.06.2025
Yeni unikal qan qrupu kəşf edildi
21:55 24.06.2025
"Aİ vətəndaşlarının təxliyəsinə kömək etdiyinə görə Azərbaycana minnətdarıq"
21:49 24.06.2025
Sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
21:34 24.06.2025
Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
21:19 24.06.2025
AEBA Fordo və Natanzdakı nüvə obyektlərində yeni zədələnmələr qeydə alıb
21:02 24.06.2025
85 Yaşında Gənc Qalan İnsanlar: Uzun və Sağlam Ömrün Sirləri
16:10 24.06.2025
Endi Marreyin heykəli ucaldılacaq
16:08 24.06.2025
Avstraliya Azərbaycan-İran sərhədinə diplomatlar göndərib
16:06 24.06.2025
İsrail Babol və Babolser şəhərlərinə zərbə endirib
16:04 24.06.2025
Tramp və Netanyahu İranla atəşkəsin dayandırılmasını telefonla müzakirə ediblər
15:01 24.06.2025
Tramp ABŞ FES in rəhbərinə "axmaq" dedi
14:36 24.06.2025
Azərbaycan BMT-nin Bürosuna sədr seçildi
14:33 24.06.2025
İraqdakı hərbi bazalar PUA hücumuna məruz qalıb
13:08 24.06.2025
Prezident İlham Əliyev Mingəçevirdə səfərdədir
10:59 24.06.2025
Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI
08:31 24.06.2025
Filippin sahilində güclü zəlzələ baş verib
08:26 24.06.2025
Rusiya Sumı vilayətini atəşə tutub -Fotolar
08:18 24.06.2025
İsrailin Beer-Şeva şəhərinə İran raketi düşüb
08:16 24.06.2025
Dominikan sahilində güclü zəlzələ baş verib
08:14 24.06.2025
İsrail İranın daha bir nüvə alimini öldürüb
05:58 24.06.2025
Hamısı