Turan Birliyinin yaranması Azərbaycana necə töhfə verəcək? – Zərdüşt Əlizadədən ÖZƏL ŞƏRH

Müsahibələr 14:00 05.07.2024

Turan Birliyinin qurulması reallıqda nə dərəcədə mümkündür və bu Birliyin yaranması üçün hansı addımlar atılmalıdır? Türk dövlətlərinin iqtisadi, siyasi və hərbi əməkdaşlığı gələcəkdə necə inkişaf edə bilər? Bu birliyin qurulması Türk dövlətlərinin regional və qlobal siyasətinə necə təsir edə bilər? Turan Birliyinin formalaşmasında mədəni və tarixi bağlar nə dərəcədə əhəmiyyətlidir? Bu prosesdə Azərbaycanın rolu və mövqeyi necə ola bilər?

Bütün bu sualları tanınmış politoloq Zərdüşt Əlizadə Ednews-a açıqlamasında cavablayıb. 
O qeyd edib ki, Turan ideyasının əsasını Türkiyə və Azərbaycan təşkil edir:
“Yer üzündə xeyli sayda iqtisadi, siyasi təşkilatlar var. Bunlardan ən səmərəlisi Avropa İttifaqıdır. Bundan əlavə Şimali Amerikada NAFTA adlanan təşkilat var idi. Lakin Tramp gəlib onu dağıtdı və yenidən baxaraq əsasları dəyişdi. Afrikada buna bənzər iqtisadi-siyasi birliklər var. Saylarının çox olmasına baxmayaraq kökləndikləri mövqedə çox da uğurlu ola bilmirlər. Azərbaycan GUAM, İƏT, Qoşulmama Hərəkatı və s. kimi birliklərin üzvüdür. Türk Dövlətləri Təşkilatı isə yəni, Turan növbəti cəhddir ki, mədəniyyət və dil yaxınlığı əsasında hansısa bir birlik yaratsınlar. Bu birliyin ilk rüşeymi Azərbaycan və Türkiyədir. Azərbaycanı Türkiyə ilə hərbi-siyasi əməkdaşlıq, qaz və neft kəmərləri və s. nüanslar bir-birinə bağlayır. Qısaca desək hər iki ölkə ümumi mənafe içərisində əməkdaşlıq quraraq bir-birindən qazanc əldə edir”. 

Z.Əlizadə düşünür ki, Türk dövlətlərinin Turan adlı iqtisadi-siyasi birlik yaratması yaxşı bir cəhddir:

“Yəni imkan var və bu dövlətlər bundan müsbət halda istifadə etməyə çalışırlar. Məsələn, Özbəkistanın dənizə çıxışı yoxdur. Qazaxıstanın isə var. Qazaxıstan dəniz vasitəsilə ilə Azərbaycana bağlıdır. İstəyir ki, Rusiyadan asılılığı azaltmaq xatirinə neftinin bir hissəsini Azərbaycan üzərindən daşıyıb dünya bazalarına çıxarsın. Bunun üçün də limanlarını və  dəmiryollarını təkminləşdirir. Bunun üçün də Mərkəzi Asiyada yerləşən Türk dövlətləri çalışır ki, Çin və Avropa arasında nəzərdə tutulan böyük nəqliyat yolunun alternativlərindən istifadə etsinlər. Bura Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və qismən də farsdilli ölkə olmasına baxmayaraq Tacikistan cəlb olunub. Hələ ki, ortada belə istəklər var. Lakin əsas gerçəkliyə yönəlməliyik. İndiyə kimi  adı sadalanan ölkələrin bağlı olduğu iqtisadi-siyasi kurslar olub”. 
Politoloq qeyd edib ki, Mərkəzi Asiya respublikaları vaxtı ilə SSRİ-i iqtisadiyyatının tərkib hissə idilər:

“SSRİ-i dağıldıqdan sonra onlar sırf Rusiya ilə iqtisadi əlaqələri saxlayıblar. Əlbəttə, bu əlaqələr xeyli zəifləyib, səbəbi isə Rusiyanın öz iqtisadiyatının zəifləməsidir. Lakin ənənəvi əlaqələr Şimal ilə saxlanılıb. Bundan  əlavə bu ölkələrdə yeni bir istiqamət yaranıb. Bu isə sürətlə inkişaf edən Çin amilidir. Bu yönəlmədə xüsusilə Qazaxıstan və Türkmənistanı vurğulaya bilərik. Mərkəzi Asiya ölkələri içərisində yalnız bir tərəfli seçim yoxdur. Hər iki istiqamətlə də münasibətlər var. Çin sadəcə regionda Rusiyanın boşalan yerini doldurdu. Son Şanxay görüşündən də göründüyü kimi Rusiya və Çin arasında həm rəqabət var, həm də əməkdaşlıq”. 

Zərdüşt Əlizadə vurğulayır ki, Turan iqtisadi-siyasi birliyi isə sadəcə bir ehtimal və imkandır:  

“Bu fürsətdən heç kəs imtina etmir. Onlar bu fürsətdən xəyallara, xülyalara uymadan istifadə etməyə çalışırlar. Azərbaycanda və Türkiyə də xüsusi  bir “Turan ordusu”, “Turan Gücü” xülyaları var ki, bunların hamısı boşdur və savadsızlıqdan irəli gəlir. Lakin Mərkəzi Asiya ölkələri anlayırlar ki, onların əsas siyasi-iqtisadi əlaqələri təkcə Turanla deyil, mövcüd siyasi vəziyyətin gətirdiyi xəttlə olmalıdır. Rusiya və Çin. Türk dövlətləri ümumi olaraq Turan layihəsinə maraqla baxır. Azərbaycan Respublikasının  prezidenti İlham Əliyev də bilir ki, Turan böyük bir layihədir, fürsətdir. Prezident İlham Əliyev tez-tez Mərkəzi Asiya ölkələrinə səfərlər edir. Həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat qovşaqlarında iştirak edərək bu fürsətləri müsbət cəhətdən iqtisadiyyatda dəyərləndirir”. 

Xəyal Ramiz

Paris Şuşada təslim oldu

Xəbər xətti

İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
“Bakı Fond Birjası” ötən il 1 milyon manat zərər edib
12:58 25.06.2025
Kibercasusluq: Gizli əməliyyatlar necə aşkar olur?
12:35 25.06.2025
Günəşdəki partlayışlar 72 saat ərzində planetdə iqlim cəhənnəmi yarada bilər
12:28 25.06.2025
" İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir"
12:25 25.06.2025
İrlandiyada "ilah kral" mifi təkzib olundu
12:08 25.06.2025
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb
12:02 25.06.2025
Ermənistan höküməti ilə erməni kilsəsi arasında gərginlik səngimir
11:46 25.06.2025
Şahzadə Harri ailəsiylə barışır
11:25 25.06.2025
Britaniya ABŞ-dən F-35A qırıcısı alacaq
11:09 25.06.2025
Daşınmaz əmlak nədir və hansı növləri var?
10:52 25.06.2025
"ABŞ bazasına zərbə Qətərin suverenliyini pozmaq məqsədi daşımırdı"
10:43 25.06.2025
Çin lideri BRİCS sammitində iştirak etməyəcək
10:42 25.06.2025
Albalı-qırmızı rəngli dodaq boyası kimlərə yaraşır?
10:38 25.06.2025
Hamısı