"Jurnalistlərin hüquqlarının müdafiəsi mövzusunda kitab yazacağam".
Bunu Ednews-a “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhac yeni kitab yazmaq ehtimalına cavab olaraq deyib.
"Həbs olunmağımla bağlı hekayəmi insanlar mənim hekayəmi bilsinlər deyə yazmadım. Mənim əsl hədəfim, bunun digər həmkarlarımın bu cür hadisə ilə qarşılaşmasının önünü almaqdır. Yazacağım ikinci kitab, Əl-Cəzirə şəbəkəsində və bizimlə əməkdaşlıq edən qurumların, o cümlədən Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə dünyada jurnalistlərin müdafiəsi məsələsində göstərdiyimiz təşəbbüslərdən bəhs edəcək Diplomatların və humanitar sahədə çalışanların müdafiəsi olduğu kimi, jurnalistlərin də müdafiəsi kitabı yazmaqdır".
Əkbər Novruz