“Ermənilər nə qədər böyük və düzəlməsi mümkün olmayan səhv etdiklərini hələ dərk eləmirlər”

Müsahibələr 13:41 26.12.2024

"EDnews" xəbər verir ki, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Modern.az saytına müsahibə verib.
 - Əziz müəllim, hər ilin dekabrı dünya azərbaycanlıları üçün həm də deportasiya ilə assosiasiya olunur. Necə hesab edirsiniz, Qərbi azərbaycanlıların deportasiyasını dünyanın diqqətinə çatdıra bilirik?
 - Dekabr ayı doğrudan da tariximizə həm də soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hadisələrlə xarakterizə olunur. Məhz 1947-ci il dekabr ayının 23-də ermənilərin təkidi ilə Stalin Ermənistan SSR ərazisindən 100 min nəfər azərbaycanlı əhalinin deportasiyası barədə 4083 nömrəli qərar qəbul etmişdi və bu qərar 150 minə yaxın insanı evindən-yurdundan didərgin salmış, ölümün, aclığın qucağına atmışdı.

Eyni ssenari 1988-ci ilin dekabrında da təkrar olundu. Ermənistanın o vaxtkı rəhbərliyinin göstərişi ilə noyabrın 24-də start götürən azərbaycan­lıların son nəfərinə qədər ata-baba yurdlarından zorla çıxarılması prosesi dekabrın 5-də başa çatdı. Ermənistan monoetnik dövlətə çevrildi.  

Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyasına ilk tarixi-siyasi qiymətin verilməsi də dekabr ayına təsadüf edir. Belə ki, Ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiyası ilə bağlı fərman imzalayıb.

- Ata-baba yurdlarından sürülən soydaşlarımız Azərbaycandan başqa, daha çox hansı ölkələrdə məskunlaşıblar?
 - Ermənilər tərəfindən etnik təmizləməyə məruz qalan soydaşlarımızın böyük əksəriyyəti Azərbaycanda məskunlaşsa da, keçmiş SSRİ-nin müxtəlif bölgələrində məskunlaşanlar da az olmadı. Məsələn, Gürcüstanla sərhəddə yerləşən Dağ Borçalısına Loru mahalına aid olan dörd rayondan – Allahverdi, Cəlaloğlu, Barana və Vorontsovkadan, həmçinin və Amasiya rayonundan qovulan soydaşlarımızın bir hissəsi sığındı, indi də orada yaşayırlar. Bundan əlavə, keçmiş SSRİ-nin müxtəlif bölgələrində hərbi xidmətdə olanların, təhsil alanların, mövsümi işlərdə çalışanların böyük bir hissəsi geri dönmədi. Çox təəssüf ki, qohum-əqrəbaları, hətta bəzən valideynləri Azərbaycanda yaşasa da, özlərinin Azərbaycana qayıdışında ciddi problemlər mövcuddur, onlar vətəndaşlıq ala bilmirlər.

- Deportasiya ilə Ermənistanda sonuncu azərbaycanlı öz tarixi yurdundan qaçqın edildi. Məlumatlara görə, Qərbi Azərbaycanda bizə aid bütün tarixi-mədəni nümunələr, qəbiristanlıqlar, bir sözlə, milli izimiz yox edilib. Bunu bərpa etmək mümkün olacaqmı?

- Erməni vandalizmi sərhəd tanımır, necə ki Qarabağda və Şərqi Zəngəzurda xalqımızın tarixi-mədəni irsini məhv etmək siyasəti yürüdüblər, eləcə də Qərbi Azərbaycanda xalqımıza məxsus tarixi-mədəni irsi yer üzündən yox etməyə çalışıblar. Amma necə ki işğaldan azad olunmuş ərazilərimizi yenidən bərpa edirik, Qərbi Azərbaycana da qayıtdıqdan sonra orada erməni vandalizminə məruz qalmış izlərimizi bərpa edəcəyik. Buna heç kəs şübhə etməsin.

- 44 günlük Zəfər savaşımız Qərbi Azərbaycana yol açdı. Qərbi azərbaycanlıların sosial-psixoloji durumu necədir?
 - 44 günlük Vətən müharibəsi millətin zəifləmiş milli ruhunu özünə qaytardı, cənab Prezident mümkün olmayanı etdi. Bu gün artıq heç kəs şübhə etmir ki, biz nəinki Zəngəzura, Göyçəyə dönəcəyik, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın hər qarışına qayıdacağıq: Zəngəzurdan tutmuş Ağbabaya qədər, Vedidən tutmuş Göyçəyə qədər.

- İşğal edilən tarixi torpaqlarımızı hər an yada salırıq. Bu, milli xarakterdir, yoxsa dövlət siyasəti?
 - Hər ikisi. Sonuncu deportasiyadan 36 il keçir, amma insanlarımız doğma ocaqlarına qayıdacaqlarına ümidlərini bir an belə itirməyiblər. Bir geriyə dönüb baxın, görün bu 36 ildə Qərbi azərbaycanlılar neçə dəfə qayıdışa təşəbbüs üçün təşkilatlanmağa cəhd ediblər. Amma bunların hamısı uğursuz olub. Bilirsiniz niyə? Ona görə ki, millətin və dövlətin qarşısında daha mühüm və taleyüklü məsələ vardı: işğal altında olan Qarabağ və Şərqi Zəngəzur. Artıq işğal altında olan ərazilərimiz düşməndən geri alınıb və biz suverenliyimizi bərpa etmişik. İndi hədəfdə Qərbi Azərbaycandır. Ermənilər soydaşlarımızı Qərbi Azərbaycandan vəhşicəsinə qovublar, yüzlərlə insanımız döyülüb, şikəst edilib, qətlə yetirilib. Amma biz öz torpaqlarımıza dinc yolla qayıtmaq istəyirik. Ona görə yox ki, biz onlardan qorxuruq, xeyr, ona görə ki, biz ata-baba yurdumuza sahib çıxmaq istəyirik, o torpaqlar bizə əcdadlarımızın yadigarıdır.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Hamısı