"Orta Dəhliz sanksiyalardan azad olan azsaylı dəhlizlərdən biridir"

Müsahibələr 13:45 05.03.2025

Dünən  Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib. İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.

Tədbirdə qeyd edilib ki, əsas məqsəd yüklərin təhlükəsizliyini təmin etməklə, vahid tarifləri razılaşdırmaqla və yük axınının sürətini artırmaqla daşıma sisteminin səmərəliliyini artırmaqdır ki, bu da bütün tərəfdaşların tələbatını qarşılayacaq. Bu yanaşma Orta Dəhliz ölkələrinə uzunmüddətli perspektivdə uğur qazanmağa imkan verəcək.

“APA-Economics” redaksiyası Orta Dəhliz çərçivəsində daşımaların həcminin artırılması planları, dəhlizin inkişafı və bir sıra digər suallarla  TBNM BN-nın baş katibi Qaydar Abdikerimovla danışıb.

Oxucularımızın marağını nəzərə alaraq həmin  müsahibəni təqdim edirik:

- İclasda ötən il əldə olunmuş yükdaşımaların həcmi və bu il üçün nəzərdə tutulan göstəricilər açıqlanıb. Növbəti beş il kimi daha uzun dövrlərdə yük daşımaları üçün gözləntilər nələrdir?

- 2030-cu ilə qədər biz marşrut üzrə bugünkü rəqəmləri 5-6 dəfə artırmağı qarşımıza məqsəd qoyuruq. Orta Dəhliz çərçivəsində qarşımızda konteyner daşımalarının həcmini ildə 300 min TEU-ya (konteyner daşımalarında standart ölçü, iyirmi fut ekvivalent vahidi – red.) çatdırmaq vəzifəsi durur. 2023-cü ilin yekunlarına görə, marşrut üzrə 20,5 min konteyner, keçən il isə 56,5 min konteyner daşınıb, yəni həqiqətən yüksək artım müşahidə edirik.

- Orta Dəhliz çərçivəsində istifadə olunan infrastruktur layihələri, infrastrukturun və donanmanın yenilənməsi istiqamətində hansı işlər görülür?

- Bütün ölkələr, bütün iştirakçılar bizim dəhlizimizin inkişafında, onun sinxron inkişafında çox fəal iştirak edirlər. Onlar lazımi sərmayələr ayırır, dəhlizin inkişafına böyük diqqət yetirirlər.

Biz hazırda dəhlizin imkanlarının genişləndirilməsi məsələsində böyük sıçrayış yaşayırıq. Qazaxıstan, Azərbaycan və Gürcüstan dəhlizin imkanlarını genişləndirmək üçün həm sərt infrastruktura (texniki məsələlər), həm də yumşaq infrastruktura (təşkilati məsələlər) külli miqdarda vəsait yatırır.

Bununla belə, bizim müəyyən problemlərimiz də var ki, onların da indi həlli tələb olunur və biz onları həll edirik.

- Məlum olduğu kimi, mövcud geosiyasi vəziyyət ənənəvi nəqliyyat və logistika zəncirlərinin fəaliyyətinə ciddi təsir göstərib, onların pozulmasına səbəb olub. Bütün bunlar Orta Dəhlizə marağı artırıb?

- Orta Dəhlizə maraq dəfələrlə artıb. Həqiqətən də dəhliz çox mühüm əhəmiyyət kəsb etməyə başlayıb. Bu gün o, heç bir məhdudiyyət olmadan malların istehsalçıdan istehlakçıya çatdırılmasını təmin edə bilən sanksiyalardan azad dəhlizlərdən biridir.

 
- Prezident İlham Əliyevin bu yaxınlarda imzaladığı Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı) ona qoşulması formasında yenidən təşkil ediləcək. Sizcə, bu, dəhlizin inkişafına necə təsir edəcək?

- Biz istənilən dəyişikliyi müsbət baxımdan izah etməyə çalışırıq. Bu baxımdan indi qarşıda bizi böyük iş gözləyir. Bu, birbaşa dəhlizə aiddir, çünki bu, dəhlizin inkişafına fəal töhfə verən iki subyektlə (ADY və Bakı Limanı – red.), bizim dəhlizimizin iştirakçıları ilə əlaqəli prosesdir. Və yəqin ki, yaxın gələcəkdə biz bu töhfəni görəcəyik.

- Nəqliyyatdan, nəqliyyat dəhlizlərinin fəaliyyətindən söhbət gedəndə, əlbəttə ki, tariflərlə bağlı suallar böyük maraq doğurur. Orta Dəhlizlə müəyyən tarif sistemi artıq formalaşıb?

- Orta Dəhliz çərçivəsində tariflər 2021-ci ildən stabildir. Xırda dəyişikliklər var, amma ətrafımızda baş verən inflyasiya prosesləri fonunda tariflərimiz çox sabitdir.

Beş il ərzində tariflərimiz çox dəyişməyib və bizim vəzifəmiz bu səviyyəni saxlamaq, müştərilərimizi bu səviyyə ilə təmin etməkdir.

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
"Terror aksiyası həyata keçirsə, "Hizbullah" olmayacaq"
11:43 20.06.2025
"Ermənistan Qarabağdan imtina etməklə suverenlik qazanıb"
11:40 20.06.2025
İran və İsraildə həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur
11:37 20.06.2025
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib
11:24 20.06.2025
"Haber Global" İPrezident İlham Əliyevin Kahramanmaraşa səfəri haqqında video-sujet hazırladı
11:18 20.06.2025
Prezident İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
10:54 20.06.2025
Prezidentlər zəlzələdən zərərçəkənlərin evində qonaq oldu
09:15 20.06.2025
Prezidentlər onların evinə getdi
09:04 20.06.2025
" İran nüvə bombası hazırlamırdı"
06:12 20.06.2025
"Britaniya ABŞ-ni İrana zərbə endirməməyə çağırır"
02:39 20.06.2025
Meksikanın şimalında narkotik tuneli tapılıb
02:06 20.06.2025
BMT TŞ-də İran - İsrail münaqişəsi ilə bağlı təcili iclas keçiriləcək
01:03 20.06.2025
"Əməliyyatın məqsədi İran hökumətini devirmək deyil"
20:42 19.06.2025
Prezident İlham Əliyevə “Qarabağın fatehi” dedilər
17:54 19.06.2025
"Şlyapa Zahid"in məhkəmə prosesində yeni təfərrüat üzə çıxdı
17:49 19.06.2025
İranlılar şəhərləri tərk edirlər
17:23 19.06.2025
Alonso rəhbərlikdən yarımmüdafiəçi tələb edir
17:21 19.06.2025
İsrail Məşhədi "vurdu"
17:06 19.06.2025
İtaliya ABŞ-yə öz bazalarını təklif edə bilər
17:01 19.06.2025
Bolqarıstanın İrandakı səfirliyi Azərbaycana köçürülüb
16:47 19.06.2025
Sökülən binalarda evlər hansı üsulla qiymətləndirilməlidir? -Ekspert Danışdı
16:37 19.06.2025
Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir
16:27 19.06.2025
Yeni Papanın məşhur qohumları üzə çıxdı Madonna,Anjelina Coli,Castin Biber...
15:45 19.06.2025
BQXK hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslərə baş çəkib
15:21 19.06.2025
Paşinyan Aİİ sammitinə getməyəcək
15:02 19.06.2025
Hamısı