"Xərçənglə mübarizədə cəmiyyətin dəstəyi vacibdir"

Müsahibələr 17:11 11.03.2025

Xərçənglə mübarizə, dünyanın ən ciddi sağlamlıq problemlərindən biridir. Hər il milyonlarla insan bu xəstəliklə mübarizə aparır. Erkən diaqnoz, doğru müalicə və psixoloji dəstək bu mübarizədə böyük rol oynayır. Xərçəngə qarşı mübarizə təkcə həkimlərin deyil, hər birimizin məsuliyyətidir. Sağlam həyat tərzi, düzgün qidalanma və müntəzəm yoxlamalar xərçəngin qarşısını almaqda mühüm amillərdir. Bu mübarizədə həm fərdi yanaşma, həm də cəmiyyətin dəstəyi vacibdir.

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinin ailə həkimi, “check up” üzrə mütəxəssisi Dr. Fərəh Məmmədova Xərçəng xəstəliyindən danışıb.

 Oxucuların marağını nəzərə alaraq həmin müsahibəni təqdim edirik:

- Fərəh xanım, xərçənglə mübarizə hər il olduğu kimi bu il də səhiyyənin aktual problemlərindən biridir. Bu haqda nə deyə bilərsiniz?

- Xərçəng xəstəliyi həyati təhlükə törədən risklərə görə ürək-damar xəstəliklərindən sonra ikinci yerdədir və hər il açıqlanan statistik göstəricilər bu xəstəliklə mübarizənin zəruriliyini bir daha vurğulayır.

Xərçəng normal bədən hüceyrələrinin mutasiyası və anormal hüceyrələrin nəzarətsiz böyüməsi və yayılması ilə xarakterizə olunan xəstəliklər qrupudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə; Kişilərdə ağciyər, prostat, kolorektal, mədə, qaraciyər və mədəaltı vəzi xərçəngləri, qadınlarda isə ən çox rast gəlinən xərçəng növləri süd vəzi, bağırsaq, ağciyər, mədəaltı vəzi, mədə, qalxanabənzər vəzi və uşaqlıq yolu xərçəngləridir. Bu gün piylənmə, şəkərli diabet və xərçəng kimi qeyri-infeksion xəstəliklər bütün dünyada əsas ictimai sağlamlıq problemlərindən biridir. İstər artan xəstələnmə və ölüm nisbətləri, yüksək müalicə xərcləri və təhlükəli təsirləri ilə xərçəng ciddi bir vəziyyətə çevrilir. Bu səbəbdən bu xəstəliklə mübarizə tədbirlərinin şüurlu planlaşdırılması və profilaktik sağlamlıq siyasətlərinin müəyyən edilməsi çox vacibdir.

-  Hansı müayinə və ya testlər xərçəngi aşkar etməyə kömək edir?

- Xərçəngin erkən mərhələdə aşkarlanması xərçəng müalicəsinin müvəffəqiyyətini artırır. Erkən diaqnoz üçün, şəxsin heç bir şikayəti olmasa belə, illik check up müayinələrin və yaşa və risk faktorlarına uyğun skrininq testlərin aparılması vacibdir. Məsələn, uşaqlıq boynu xərçənginin erkən diaqnostikası üçün qadınlar mütəmadi olaraq Pap-smear testləri və digər skrininq testlərindən keçməlidirlər; döş xərçənginin erkən aşkarlanması üçün 40 yaşa qədər süd vəzilərinin öz-özünə müayinəsi və süd vəzisinin kliniki müayinəsi və 40 yaşdan sonra isə mammoqrafiya aparılması vacibdir. Həm qadınlar, həm də kişilər üçün yo]un bağırsaq xərçənginin erkən diaqnozu üçün nəcisdə gizli qan testi, kolonoskopiya və kolon rentgenoqrafiyası, prostat xərçənginin erkən diaqnozu üçün kişilərə PSA və rektal müayinə tövsiyə olunur.

- Bəzən insanlar qorxaraq ,“həklimə getsəm nəsə tapacaq” fikri ilə müayinələrdən yayınır. Bu haqda fikriniz nədir?

- Çox tez-tez rastladığımız vəziyyətdir. Əsla belə deyil. Məlumatlı olmaq həmişə vacibdir. Ona görə də sizin kimi mətbuatın, nəşrlərin dəstəyi çox böyükdür. Fərqinə varmaq və maariflənmək- Xərçəng nədir, kimlərdə ola bilər? Qorunmaq üçün nə etmək lazımdır? Bu haqda xəstələrlə daima söhbət aparırıq. Şübhə etdiyimiz hər şey xərçəng ola bilməz. Həmişə qorxmaq əvəzinə öyrənmək daha önəmlidir- xərçəngdirsə, xərçəngdir, deyilsə, yox. Erkən diaqnoz olduqda, bir çox xərçəng növlərində müvəffəqiyyət nisbəti artmış olur, qalxanabənzər vəzi xərçəngi, prostat vəzi xərçəngi və süd vəzi xərçəngi üçün müalicə nisbətləri hətta 100% təşkil edir.

- Xərçəng genetik xəstəlikdirmi?

- Xərçəng genetik xəstəlik hesab olunur. Ancaq xərçəng iki qrupa bölünür: Xərçənglərin əksəriyyəti siqaret, müəyyən kimyəvi maddələrə məruz qalma, müəyyən virusların və ya qidalanma vərdişlərinin səbəb olduğu infeksiyalar, narahatlıq və stress kimi xarici amillərlə normal genetik quruluşun birdən-birə pozulduğu zaman meydana gəlir. Təsadüfən meydana gələn bu xərçəng qrupu bütün xərçənglərin 90-95% ni təşkil edir. İkinci qrup irsi xərçənglərdir. Bu qrupda xəstəliyin ortaya çıxmasında ailədən miras alınan genlər təsirli olur.

Genetik testlər xərçəngin erkən diaqnozunda və fərdi müalicə yanaşmalarının müəyyən edilməsində mühüm vasitədir. Bu testlər bir insanın xərçəngə tutulma riskini təyin etməkdə faydalı ola bilər, xüsusən də ailəsində xərçəng xəstəliyi olan insanlar üçün. Bu məlumat erkən müdaxiləyə və fərdi müalicə planlarının yaradılmasına imkan verir. Bu, müalicənin müvəffəqiyyətini artıra və sağ qalma şansını artıra bilər.

- Düşünürəm ki, xərçəngdə yaş faktoru önəmlidir. Xərçəng yetkinlərdə, uşaqlarda və yaşlılarda necə inkişaf edir?

- Xərçəng hər yaşda baş verə bilər. Ancaq müəyyən dövrlərdə artır. Cəmiyyət yaşlandıqca insan yaşlandıqca xərçəngə tutulma ehtimalı artır. Amma bu o demək deyil ki, 25 yaşında xərçəng görünə bilməz. Uşaq xərçəngləri müxtəlifdir- belə xəstəliklərin bir qrupu irsiyyətlə bağlı baş verir, bir qrupu isə zamanla inkişaf edə bilər.

Təəssüf ki, qocalma prosesinin qarşısını ala bilmirik. Ancaq bunun xərçəng riskini necə artırdığını bilmək vacib bir başlanğıcdır. Məsələn, siqaret çəkmə, həddindən artıq spirt istehlakı və yaşlanmanın xərçəng riskini artıran oxşar mexanizmlər vasitəsilə işlədiyini bilmək vacibdir. Yaşla riski artan xərçəng növlərinə ən yaxşı nümunələr kolorektal, süd vəzi, prostat, ağciyər və uşaqlıq boynu xərçəngləridir.

Yaşlanma birdən baş vermir və hər kəs xərçəngə tutulmur. Bununla belə, bədənimizdən xəbərdar olmaq, anormal və davamlı dəyişiklikləri görmək və azaltmaq səlahiyyətimizdə olan risk faktorlarını nəzərə almaq yaşlandıqca daha da vacib ola bilər. Normal olmayan və keçməyən hər hansı bir fiziki dəyişiklik hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

- Əlavə etmək istədikləriniz varmı?

- İnanırıq ki, diaqnostik üsullardakı irəliləyişlər və maarifləndirmə, aparılan skrininq proqramları sayəsində xərçəngin bütün növləri yaxın gələcəkdə daha erkən mərhələlərdə aşkar ediləcək. Bu, şübhəsiz ki, sağalma şansını artıracaq. Nanotexnoloji metodların inkişafı ilə paralel olaraq yenidən qurulmuş və ya yeni kəşf edilən dərmanların canlı hüceyrələrə zərər vermədən yalnız xərçəng hüceyrələrinə yönəldilməsi xərçəngin müalicəsi strategiyalarında çox mühüm addımdır və bu sahədə yeniliklər davam edir. Ən vacib addım isə rutin sağlamlıq müayinələrindən keçmək və bu yoxlamaların yaşa və risk qrupuna görə aparılmasıdır.

Mənbə: Modern.az

“Euronews” telekanalı Azərbaycandakı mina problemindən danışdı

Xəbər xətti

Dünya Nizamı Necə Dəyişir? III Hissə: Texnoloji İnqilablar və Yeni Dövrün Mühitləri
17:38 17.04.2025
Azərbaycanın Geosiyasi Imperativləri: Regiondakı Strateji Gücün Yeni Tərifi II Hissə: Azərbaycanın Strateji İnteqrasiyası və Qlobal Təsiri
14:03 17.04.2025
Meksika ABŞ-a diplomatik nota göndərib
12:29 17.04.2025
Səudiyyə Ərəbistanının müdafiə naziri İrana gedəcək
12:21 17.04.2025
Çayların həcmində artım davam edir
12:14 17.04.2025
Cənubi Koreya dronları uzaqdan aşkarlayacaq radar sistemini sınaqdan keçirib
12:10 17.04.2025
Ceyhun Bayramov Sloveniya XİN başçısını qarşılayıb
12:06 17.04.2025
“Time” 2025-ci ilin 100 nüfuzlu insanının siyahısını təqdim edib
12:02 17.04.2025
Azərbaycan təbii qaz ixracını 20 %-ə yaxın artırıb
11:59 17.04.2025
Fələstinin İsrail Həbsxanalarındakı Ağrısı: 10000 Məhbus
11:57 17.04.2025
Qırğızıstanın keçmiş prezidentinə hökm oxundu
11:51 17.04.2025
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb
11:47 17.04.2025
Dnepr şəhərinə kütləvi dron hücumu baş tutub
11:40 17.04.2025
HƏMAS maliyyə böhranı yaşayır?
11:25 17.04.2025
Modriç "Real"ın heyətində Çempionlar Liqasında ən çox oyun keçirən futbolçu olub
11:25 17.04.2025
Bu il Xocavəndə ilk köç nəzərdə tutulur
11:15 17.04.2025
Kürdəmirdə yük avtomobilində yanğın olub
11:08 17.04.2025
"İqlim sərmayəsinin artırılması dayanıqlı inkişaf məqsədlərinə xidmət edir"
11:04 17.04.2025
AZAL bir sıra istiqamətlərdə uçuşların sayını artıracaq
10:46 17.04.2025
Türkiyədə ölkə tarixinin ən böyük narkotik əməliyyatı keçirilib
10:43 17.04.2025
“Xocalı” gəmisi Hind okeanına daxil olub
10:40 17.04.2025
Argentinalı futbolçu İtaliya klubunun tarixinə düşüb
10:37 17.04.2025
Kolumbiyada sarı qızdırma ucbatından fövqəladə vəziyyət elan edilib
10:34 17.04.2025
Ağsuda torpaq sürüşməsi baş verib
10:31 17.04.2025
100 illik ayaqqabı markası müflis oldu
10:26 17.04.2025
AK süni intellekt proqramlarından onlayn görüşlərdə istifadəni qadağan etdi
10:21 17.04.2025
Avropa Komissiyası təhlükəsiz mənşə ölkələrinin siyahısını açıqlayıb
10:14 17.04.2025
Kompüter tomoqrafiyası Xərçəngə yoluxma riskini artırır?
10:10 17.04.2025
Səmərqənddə Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurası sammiti keçiriləcək
10:05 17.04.2025
UEFA Avropa Liqası: Yarımfinala yüksələcək komandalar bəlli olacaq
09:59 17.04.2025
Ağdam, Füzuli və Xocavənd rayonlarında minaların 40%-i təmizlənib
09:58 17.04.2025
Keniyada 5 min nadir diri qarışqanı ölkədən çıxaranlar saxlanılıb
09:54 17.04.2025
Milli Məclisin nümayəndə heyəti Rusiyaya işgüzar səfər edib
09:53 17.04.2025
Şuşada Birinci İslam Dünyası Mədəni Forumu keçirilir
09:12 17.04.2025
Yeni qan qrupu sistemi aşkarlanıb
08:25 17.04.2025
"Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub"
07:38 17.04.2025
Azərbaycan səfiri Əlcəzair XİN-in idarə rəhbəri ilə görüşüb
06:34 17.04.2025
Qətər Livan ordusuna hərbi texnika verəcək
06:21 17.04.2025
Dünya Nizamı Necə Dəyişir? II Hissə: İqtisadi Dəyişikliklər və Yeni Qüvvələr
17:32 16.04.2025
Qlobal Liderlikdən Mühafizəkarlığa: Trampın Xarici Siyasətdə Yeni Dövrü
16:49 16.04.2025
Hamısı