Nüfuzlu rus saytı Azərbaycandan üzr istədi - FOTO | Eurasia Diary - ednews.net

23 Sentyabr, Bazar ertəsi


Nüfuzlu rus saytı Azərbaycandan üzr istədi - FOTO

Siyasət A- A A+

Cari ilin 23 iyun tarixində “Lenta.ru” saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.

Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.

Səfirlik Konstantin Dvoretskinin «Они заводят любовников втайне от мужа и хвастаются подругам» başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...